Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-646/2025 15.09.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Qurbanova Gülnaz İntiqam qızının sədrliyi, Əliyeva Leyla Bəhər qızının katibliyi, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx.xx.1974-cü il tarixdə Göyçay rayonu, 2-ci Ərəb kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Göyçay rayonu, 2-ci Ərəbcəbirli kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Göyçay rayon prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, müəyyən etdi: Göyçay rayon prokurorluğu tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında xx.xx.2025-ci il tarixli qərar qəbul edilərək toplanmış sənədlərlə birlikdə baxılması üçün Göyçay Rayon Məhkəməsinə göndərilmişdir. 15 sentyabr 2025-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərara əsasən Şəxs Zərərçəkmiş şəxs məxsus və sonuncunun işlətdiyi "Jasmin" adlı kafedən xx.xx.2025-ci il tarixdə saat 15 radələrində 134 manat məbləğində ziyan vurmuş və nəticədə o, Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında bildirdi ki, xx.xx.2025-ci il tarixdə saat 15 radələrində Zərərçəkmiş şəxs işlətdiyi kafeyə getmiş, həmin vaxt Zərərçəkmiş şəxs içəridə olmadığını görmüş və hesab dəftərini açaraq onun arasında olan 130 manat pulu götürmüşdür. Sərxoş olduğu üçün etdiyi hərəkətin fərqində olmamışdır. Daha sonra polis əməkdaşları tərəfindən saxlanılaraq rayon polis şöbəsinə gətirilmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında bildirdi ki, tərəfindən idarə olunan Göyçay şəhəri, M.Hüseynzadə küçəsində yerləşən "Təzə Bazar" adlanan bazarda yerləşən "Jasmin" adlı kafeyə xx.xx.2025-ci il tarixdə saat 15 radələrində Şəxs gəlmiş, kafedə 10-15 dəqiqə baş qarışıqlığından istifadə edərək kafedə olan hesab dəftərinin arasından 134 manat məbləğində pulu götürərək getmiş, o, kafedə olan müşahidə kamerasına baxaraq hadisəni törədənin Şəxs olduğunu görərək dərhal bununla bağlı Göyçay RPŞ-nə müraciət etmişdir. Hal-hazırda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs ilə arasında barışıq əldə edilmişdir. Ona dəymiş ziyan tam ödənilmişdir. Məhkəmə inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarı və ona əlavə edilmiş sənədləri araşdıraraq, tərəfləri dinləyərək qeyd edir ki, zərər çəkmiş şəxsə dəymiş ziyan tam ödənildiyindən və tərəflər arasında barışıq əldə olunduğundan, başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İnzibati xətalar qanunvericiliyinin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 39.2-ci maddəsinə əsasən bu Məcəllənin 227, 232-1-ci və 351-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. 53.1.10-cu maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrinin qeyd hissələrində bilavasitə müəyyən edilmiş hallarda inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışması inzibati icraatı rədd edən hallardan biridir. 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta hadisəsinin törədilib-törədilməməsi, inzibati xəta törətmiş şəxs və sair hallar müəyyən edilməlidir; 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş: İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 227-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır. xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs Göyçay rayon polis şöbəsinə ərizə ilə müraciət edərək Şəxs işlətdiyi kafedən xx.xx.2025-ci il tarixdə saat 15 radələrində 134 manat pul oğurladığını bildirmişdir. Cinayət işi başlanmasının rədd edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibinin əlamətləri olmadığından barəsində cinayət işinin başlanması rədd edilmişdir. Şəxs əməlində İXM-nin 227-ci maddəsinin tərkib əlamətləri olduğundan barəsində inzibati qaydada tədbir görülməsi məsələsinə baxılması üçün Göyçay rayon prokuroru qarşısında vəsatət qaldırılmışdır. xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs ilə barışdığını, ona dəymiş ziyanın tam ödənilmişdir. Məhkəmə qeyd edir ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 15 radələrində Zərərçəkmiş şəxs işlətdiyi "Jasmin" adlı kafedən 134 manat məbləğində pulu dələduzluq yolu ilə ələ keçirmişdir. Göyçay rayon polis şöbəsinin TB-nin baş təhqiqatçısı Orxan Kərimov tərəfindən "cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar” qəbul edilmiş və iş üzrə inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır. Şəxs tərəfindən dəymiş ziyan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs tam ödənilmişdir. Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Beləliklə, məhkəmə qeyd edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs tərəfindən Zərərçəkmiş şəxs dəymiş ziyan tam ödənildiyindən və tərəflər arasında barışıq əldə olunduğundan tərtib edilmiş inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar əsasında o, inzibati məsuliyyətə cəlb edilə bilməz, ona görə də Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 53, 105, 115, 128- 130cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikasının İXM-in 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında iş üzrə icraata Azərbaycan Respublikasının İXM-in 39.2-ci maddəsinə əsasən xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülnaz Qurbanova
Məhkəmə qərarları › İş №3(046)-646/2025
Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-646/2025
15.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver