Məhkəmə qərarları › İş №3(046)-648/2022

Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-648/2022

31.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-648/2022 31.10.2022 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Xanbutov Elşən Aleksandr oğlunun katibliyi, Göyçay rayon prokurorluğunun nümayəndəsi X1 və inzibati xəta törətmiş Şəxs iştirakı ilə, xx.xx.1971-ci il tarixdə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Göyçay şəhəri, S.Vurğun küçəsi, ev 12də yaşayan . Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə Göyçay rayon Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə Göyçay rayon Prokuroru, ədliyyə müşaviri Ramin Hüseynov tərəfindən qərar qəbul edilərək baxılması üçün Göyçay Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmədə inzibati xəta törətmiş Şəxs törətdiyi inzibati xətanı etiraf edərək göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 15 radələrində yaşadığı evdə olarkən Göyçay RPŞ-nin əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmiş, narkotik vasitələrin qanunsuz saxlanılmasında şübhəli olduğunu bildirərək onu rayon polis şöbəsinə dəvət etmişlər. Daha sonra üzərinə baxış keçirilmiş, baxış zamanı üzərində psixotrop maddə olan fenazepam həbi aşkar edilmişdir. Törətdiyi əməldən peşmandır. Məhkəmədə Göyçay rayon prokurorluğunun nümayəndəsi X2 izahat verərək göstərmişdir ki, Şəxs barəsində inzibati həbs tədbiq edilməsini təklif etmişdir. İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Şəxs üzərində keçirilən şəxsi axtarış zamanı 0,001 qram çəkidə psixotrop maddə olan fenazepam həbi aşkar edilərək götürülmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 04 oktyabr 2022-ci il tarixli 6/5217 saylı rəyindən görünür ki, 1 ədəd konvalyut kəsiyində ağ rəngli, dairəvi formalı həb psixotrop maddə fenazepam olub, həbin tərkibində fenazepam təsiredici maddəsinin miqdarı 0,001 qramdır. Fenazepamın ümumi çəkisi – 0,001 qr.., tədqiqata sərf edildi – fenazepam həbinin yarısı.., qalıq - 0,0005 qr Məhkəmə, məhkəmə baxış zamanı tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 206-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi sübuta yetir. Azərbaycan Respublikasının İXM-nin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə - üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə inzibati xəta törətmiş Şəxs inzibati tənbeh təyin edərkən, törətdiyi inzibati xətanın xarakterini, şəxsiyyətini xarakterizə edən halları, eləcə də törətdiyi əməli etiraf etməklə peşman olmasını məsuliyyətini yüngülləşdirən hallar kimi, həmçinin məsuliyyətini ağırlaşdıran halın olmamasını nəzərə alaraq, ona Azərbaycan Respublikası İXM-nin 206ci maddəsinin sanksiyası həddində inzibati həbs tənbeh növünün təyin edilməsini məqsədə müvafiq hesab edir. İş üzrə maddi sübut olan və Göyçay rayon Polis Şöbəsinin MSSK saxlanılan ekspertiza tədqiqatından sonra qalan ümumi çəkisi – 0,0005 qram fenazepam həbi məhv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARVERDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə təqsirli bilinib, ona 20 gün müddətinə inzibati həbs təyin edilsin. Həbsin əvvəli xx.xx.2022-ci il tarixdən saat 11:45-dən hesablansın. İş üzrə maddi sübut olan və Göyçay rayon Polis Şöbəsinin MSSK saxlanılan ekspertiza tədqiqatından sonra qalan ümumi çəkisi – 0,0005 qram fenazepam həbi məhv edilsin. Qərar inzibati həbsə dair hissədə icrası Göyçay rayon Polis Şöbəsinə, maddi sübutun məhv edilməsinə dair hissədə Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar