Məhkəmə qərarları › İş №3(046)-648/2023

Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-648/2023

02.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-648/2023 02.11.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Göyçay rayon Məhkəməsinin hakimi Qurbanova Gülnaz İntiqam qızının sədrliyi, Nəsirov Məhəmməd Yasin oğlunun katibliyi ilə, xx.xx.1995-ci ildə Göyçay rayonu, Qarayazı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Göyçay şəhəri, Heydər Əliyev prospekti ev 109-da qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsinin tələblərinin pozulması ilə əlaqədar Bakı şəhər Xətai Rayon Məhkəməsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq məhkəmə, müəyyən etdi: Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polis İdarəsinin polis mayoru X2 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokola görə Şəxs yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə EQ 14305347 nömrəli, xx.xx.2023-cü il tarixli qərara əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsi ilə təqsirli bilinərək 50 manat miqdarında cərimə, 30 manat məbləğində dəbbə, ümumilikdə 80 manat məbləğində cərimə edilməsinə baxmayaraq inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan həmin qərarı icra etməmişdir. İnzibati xəta hadisəsinin olması xx.xx.2023-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokolla, habelə inzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərlə təsdiq olunur. İnzibati xəta haqqında protokola baxılmasının yeri və müddəti ilə əlaqədar xəbərdar edilmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında ondan vəsatət daxil olmamışdır. Ona görə də Azərbaycan Respublikası İXM-in 61.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq, iş üzrə olan sübutları qiymətləndirərək hesab edir ki, inzibati xəta hadisəsi olmasına baxmayaraq qərar qəbul edilənədək inzibati xəta törətmiş şəxs cərimə və dəbbə pulunu ödədiyindən o, inzibati məsuliyyətdən azad olunmalıdır. İşə əlavə edilmiş AsanPay X1 çıxarışın surətindən görünür ki, Şəxs xx.xx.2023-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokola görə yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə EQ 14305347 nömrəli, xx.xx.2023-cü il tarixli qərara əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsi ilə təqsirli bilinərək 50 manat miqdarında cərimə, 30 manat məbləğində dəbbə, ümumilikdə 80 manat məbləğində ödəniş etmiş, onun qalıq borcu yaranmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsinin qeyd hissəsinin 1-ci bəndinə əsasən bu Məcəllənin 529.1-ci və ya 529.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs müvafiq cəriməni, dəbbə pulunu (bu Məcəllə ilə müəyyən edilmiş hallarda), 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs isə müvafiq cəriməni, dəbbə pulunu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqqı inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədikdə inzibati məsuliyyətdən azad olunur. Məhkəmə hesab edir ki, inzibati xəta törətmiş şəxs Şəxs məhkəmə qərar qəbul edənədək xx.xx.2023-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokola görə yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə EQ 14305347 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qərara əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsi ilə təqsirli bilinərək 50 manat miqdarında cərimə, 30 manat məbləğində dəbbə, ümumilikdə 80 manat məbləğində cəriməni ödədiyindən və qalıq borcu qalmadığından, o inzibati məsuliyyətdən azad olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 112 və 115-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə inzibati məsuliyyətdən azad olunaraq barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən on gün müddətində qərardan Göyçay rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülnaz Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar