Məhkəmə qərarları › İş №3(046)-651/2023

Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-651/2023

06.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-651/2023 06.11.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Bürcəliyev Sabir Arzu oğlunun katibliyi ilə, Vetlife MMC barəsində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsindən daxil olmuş xx.xx.2023-ci il tarixli protokola Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsi tərəfindən Vetlife MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 544.2-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2023-cü il tarixli inzibati xəta protokolu baxılması üçün Göyçay Rayon Məhkəməsinə göndərmişdir. Tərtib edilmiş xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Vetlife MMC **********95 nömrəli müraciət əsasında ölkəyə idxal edilən malların sınaq protokolunu təqdim etməmişdir. Məhkəmə təqdim edilmiş xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsi tərəfindən Vetlife MMC-yə ünvanlanmış məktubdan görünür ki, Vetlife MMC tərəfindən ölkəyə idxal edilmiş malların Azərbaycan Respublikasının Qida İnstitu tərəfindən aparılan tədqiq (sınaq) nəticələrinə dair protokolun xx.xx.2023-cü il tarixədək agentliyə təqdim olunması bildirilmişdir. Təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, Vetlife MMC -nin Azərbaycan Respublikası İnzibati Xətaları Məcəlləsinin 544.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam sübuta yetir. Vetlife MMC-yə həmin maddədə nəzərdə tutulmuş inzibati tənbeh təyin edilməlidir. Azərbaycan Respublikası İXM-nin 544.2-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının və ya ticarət qaydalarının pozulmasının aradan qaldırılması haqqında istehlakçıların hüquqlarının müdafiəsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxslərinin qanuni yazılı tələblərini yerinə yetirməməyə görə- dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Təqdim edilmiş materiallardan görünür ki, Vetlife MMC hüquqi şəxs hesab edilir. Məhkəmə Vetlife MMC barəsində inzibati tənbeh təyin edərkən törədilmiş xətanın xarakterini, törədilmə şəraitini, həmçinin məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq Vetlife MMC -yə inzibati cərimə tənbeh növünün təyin edilməsini məqsədə müvafiq hesab edir. Göstərilənləri və Azərbaycan Respublikası İXM-nin 43, 112, 114, 115, 117, 128-130cu maddələrini əldə rəhbər tutub QƏRARVERDİ: Vetlife MMC Azərbaycan Respublikası İXM-nin 544.2-ci maddəsi ilə təqsirli bilinib, 4000 manat inzibati qaydada cərimə təyin edilsin. Qərarın icrası Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Azərbaycan Respublikası Şəki Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim : İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar