Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-652/2022 10.11.2022 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Göyçay Rayon Məhkəməsinin hakimi Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Xanbutov Elşən Aleksandr oğlunun katibliyi, X1nun və Göyçay RPŞ-nin DYPB-nin inzibati təcrübə üzrə inspektoru X7 iştirakları ilə, Göyçay RPŞ-nin DYPB-nin inzibati təcrübə üzrə inspektoru X9 tərəfindən xx.xx.2022-ci il tarixdə qəbul edilmiş qərardan verilmiş şikayətə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: X1 Göyçay RPŞ-nin DYPB-nin TP ******* saylı, 07 yanvar 2022-ci il tarixli qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında X1 izahat verərək göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə Göyçay rayonu Cəyirli kənd ərazisində idarə etdiyi “MERCEDES BENZ C 230” markalı, **- CD-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkət edərkən Göyçay RPŞ-nin DYPB-nin polis baş leytenantı X9 onu saxlamış və təhlükəsizlik kəmərindən istifadə etmədiyinə görə barəsində inzibati tənbeh vermə haqqında protokol tərtib edilmişdir. Barəsində tərtib edilmiş inzibati xəta protokolu ona xx.xx.2022-ci il tarixdə göndərilmiş, bundan əlavə tərtib edilmiş inzibati xəta protokoluna əsasən barəsində sözügedən protokol üzrə inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Lakin həmin qərardan məlumatı olmamışdır. Hesab edir ki, inzibati xəta hadisəsi olmadığı üçün barəsində tərtib olunmuş xx.xx.2022 tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməlidir. Göyçay RPŞ-nin DYPB-nin inzibati təcrübə üzrə inspektoru X9 göstərmişdir ki, X5 barəsində xx.xx.2021-ci il tarixli İXP ******* saylı protokol tərtib edilmiş, həmin protokol xx.xx.2021-ci il tarixdə Rəşad Xəlilovun yaşadığı yer üzrə Göyçay rayonu Qızılağac kəndinə göndərilmiş, xx.xx.2021-ci il tarixdə Rəşad Xəlilov şəxsən imza edərək götürmüşdür. Sözügedən protokol əsasında xx.xx.2022-ci il tarixdə inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. X5 xx.xx.2022-ci il tarixdə 40 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Buna görə də şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə, tərəflərin izahatlarını dinləyərək, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş Göyçay RPŞ-nin DYPB tərəfindən X4 ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, X4 inzibati xəta protokolu üzrə qərar qəbul ediləcəyi barədə məlumat verilmişdir. İş materiallarında olan Göyçay RPŞ-nin DYPB-nin TP ******* saylı, 07 yanvar 2022ci il tarixli inzibati xəta haqqında iş üzrə qərara əsasən Rəşad Xəlilov İXM-nin 329.1-ci maddəsi ilə təqsirli bilinib 40 manat cərimə edilmişdir. X1 şikayətində həmin qərarın ləğv olunmasına əsas olan halları məhkəməyə təqdim edə bilməmişdir. İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Bununla da həmin protokolla müəyyən edilir ki, şikayətçi İXM-nin həmin maddəsində göstərilən inzibati xətanı törətmişdir. Həmçinin şikayətçi onun həmin maddədə göstərilən inzibati xətanı törətməməsini bildirsə də, məhkəmədə müəyyən edildi ki, o həmin maddədə göstərilən inzibati xətanı törətmişdir, bu barədə onun barəsində protokol tərtib edilmişdir. İXM-in yuxarıda qeyd edilən maddəsinə əsasən isə protokol inzibati iş üzrə sübut kimi qəbul edilir. Həmin protokolla şəxsin inzibati xəta törətməsi tam sübut olunur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Həmçinin İXM-in 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İXM-nin tələblərinin pozuntusu müəyyən edilmədi. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində İXM-in 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: X3 Göyçay RPŞ-nin DYPB-nin TP ******* saylı, 07 yanvar 2022-ci il tarixli inzibati xəta haqqında qərardan verdiyi şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Göyçay Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №3(046)-652/2022
Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-652/2022
10.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver