Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-652/2023 02.11.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Göyçay rayon Məhkəməsinin hakimi Qurbanova Gülnaz İntiqam qızının sədrliyi, Nəsirov Məhəmməd Yasin oğlunun katibliyi, X1nun iştirakı ilə, X2 Bakı şəhər X9 İdarəsinin polis mayoru X4 tərəfindən qəbul edilmiş 13 oktyabr 2023-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X1 məhkəməyə müraciət edərək Bakı şəhər X9 İdarəsinin polis mayoru X4 tərəfindən qəbul edilmiş 13 oktyabr 2023-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv olunmasını və inzibati xəta haqqında işə xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında X5 şikayət ərizəsini müdafiə edərək göstərdi ki, 01 oktyabr 2023cü il tarixində saat 16:39 radələrində idarə etdiyi Mercedes Benz E220 CDİ minik markalı **- LA-*** dövlət qeydiyyat nişanlı avtomobillə ilə Bakı şəhəri Hüseyn Seyidzadə 132 a ünvanında hərəkətdə olarkən Bakı şəhər X9 İdarəsinin polis mayoru X4 tərəfindən saxlanılmış və svetoforun qadağanedici işarəsindən sonra hərəkət etdiyi üçün barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş 327.2-ci maddəsi ilə 80 manat inzibati qaydada cərimə edilməsi barədə inzibati tənbeh vermə haqqında protokol qəbul edilmişdir. Hesab edir ki, həmin protokol əsasında qəbul edilmiş qərar əsassızdır və qanuna uyğun olaraq qəbul edilməmişdir. Belə ki, avtomaşında quraşdırılmış video qeydiyyat cihazından köçürülmüş videogörüntüdən aydın görünür ki, svetoforun qadağanedici işarəsindən əvvəl hərəkəti davam etdirmişdir. Bakı şəhər BPİ DYPİ-nin inzibati xətalar haqqında işlər üzrə icraat şöbəsinin baş inspektoru polis mayoru Emin Süleymanov tərəfindən real vaxt rejimində qeydə alınmış videogörüntülərə protokol tərtib olunmamışdan əvvəl baxsa da, svetoforun işlək vəziyyətdə olduğuna şübhə edir. Belə ki, videogörüntüdə yalnız yolun bir istiqamətində quraşdırılmış svetofor görünürdü və onun hərəkət etdiyi istiqamətdə də svetoforun qadağanedici işarəsini görməmişdir. Ona görə də hesab edir ki, barəsində inzibati xəta haqqında tərtib edilmiş protokol əsasında qəbul edilmiş 13 oktyabr 2023-cü il tarixli, TP ******* nömrəli qərar ləğv edilməli və inzibati xəta haqqında işə xitam verilməlidir. X2 mübahisələndirdiyi 13 oktyabr 2023-cü il tarixli, TP ******* nömrəli qərardan görünür ki, inzibati xəta səlahiyyətli vəzifəli şəxs (yol polisi əməkdaşı) tərəfindən bilavasitə aşkar etmişdir. Bakı şəhər BPİ-nin DYPİ-nin nümayəndəsi Nümayəndə məhkəməyə təqdim etdiyi etirazda göstərmişdir ki, 01 oktyabr 2023-cü il tarixində saat 16:39 radələrində idarə etdiyi Mercedes Benz E220 CDİ minik markalı **-LA-*** dövlət qeydiyyat nişanlı avtomobillə ilə Bakı şəhəri Hüseyn Seyidzadə 132 a ünvanında hərəkətdə olarkən svetoforun qadağanedici işarəsi verilərkən hərəkətini davam etdirmişdir. Bu zaman ərazidə xidmət aparan Bakı şəhəri Baş Polis İdarəsinin X8 İdarəsinə bilavasitə tabe olan Yol Patrul Xidməti Alayının YPX inspektoru tərəfindən sürücü saxlanılmış xətanın mahiyyəti izah edilərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bakı şəhəri BPİ DYPİ-nin inzibati xətalar haqqında işlər üzrə icraat şöbəsinin baş inspektoru polis mayoru Emin Süleymanov protokola əsasən işə baxaraq real vaxt rejimində qeydə alınmış videogörüntülərə baxış keçirərək İXM-nin 327.2-ci maddəsi ilə X5 təqsirli bilinərək 80 manat məbləğində cərimə edilmişdir. Barəsində qərar çıxarılmış fiziki şəxs X2 şikayətində göstərdiyi arqumentlər tam əsassızdır. İşin faktiki hallarından müəyyən olunur ki, 01 oktyabr 2023-cü il tarixində X5 tərəfindən Bakı şəhəri Hüseyn Seyidzadə 132 a ünvanında törədilmiş inzibati xəta bilavasitə YPX inspektoru tərəfindən vizual olaraq aşkar edilmiş həmçinin ərazidə quraşdırılmış Təhlükəsiz şəhər müşahidə-nəzarət kamerasi və patrul avtomobilində olan videokamera ilə qeydə alınmışdır. Buna görə də şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, şikayət vermiş şəxsi dinləyib, şikayəti və iş materiallarına əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan 13 oktyabr 2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında elektron qərardan görünür ki, X5 xx.xx.2023-cü il tarixdə saat 16:39-da Bakı şəhəri, Hüseyn Seyidzadə, 132 A-da Mercedes Benz E220 markalı **-LA-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən svetoforun qadağanedici işarəsi verilərkən hərəkətini davam etdirdiyi üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş 327.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək, 80 manat məbləğində cərimə edilmişdir. Məhkəməyə təqdim edilən DVD diskə köçürülmüş həm Bakı şəhəri BPİ DYPİ-nin inzibati xətalar haqqında işlər üzrə icraat şöbəsinin baş inspektoru polis mayoru Emin Süleymanov tərəfindən real vaxt rejimində qeydə alınmış həm də Təhlükəsiz şəhər müşahidə-nəzarət kamerasinın görüntülərindən aydındır ki, X5 xx.xx.2023-cü il tarixdə saat 16:39-da Bakı şəhəri, Hüseyn Seyidzadə, 132 A-da Mercedes Benz E220 markalı **-LA-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən svetoforun qadağanedici işarəsi verilərkən hərəkəti davam etdirmişdir. Beləliklə məhkəmə işin araşdırılmış sübütlarlna məcmu halında qiymət verərək hesab edir ki, X5 tərəfindən 13 oktyabr 2023-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan şikayət verilsə də, həmin şikayət əsassızdır. Belə ki, X5 həmin vaxt Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmiş və barəsində protokol tərtib edilərək inzibati tənbeh vermə haqqında qərarla təqsirli bilinərək tənbeh edilmişdir. X5 tərəfindən sübüt kimi təqdim olunmuş cihazla qeydə alınmış videogörüntüdən svetoforun işarələri ümümuyyətlə görünmür. 13 oktyabr 2023-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə əsas ola bilən digər mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Məhkəmə hesab edir ki, Bakı şəhər X9 İdarəsinin polis mayoru X4 tərəfindən X5 barəsində 13 oktyabr 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən Azərbaycan Respublikası İXM-nin normalarına riayət edilmişdir. Azərbaycan Respublikası İXM-nin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən isə heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 99.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəb ola bilər. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Odur ki, X1 tərəfindən Bakı şəhər X9 İdarəsinin polis mayoru X4 tərəfindən qəbul edilmiş 13 oktyabr 2023-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayət əsassız olduğundan şikayət rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128, 129 və 133-136-cı maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: X5 tərəfindən verilmiş şikayət təmin edilməsin. X2 Bakı şəhər X9 İdarəsinin polis mayoru X4 tərəfindən qəbul edilmiş 13 oktyabr 2023-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Göyçay rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Gülnaz Qurbanova
Məhkəmə qərarları › İş №3(046)-652/2023
Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-652/2023
02.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver