Məhkəmə qərarları › İş №3(046)-654/2024

Göyçay Rayon Məhkəməsi Qərardad — İş №3(046)-654/2024

12.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Göyçay rayonu İş № 3(046)-654/2024 12.08.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Qurbanova Gülnaz İntiqam qızının sədrliyi, Nəsirov Məhəmməd Yasin oğlunun katibliyi ilə, X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X11 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, EQ 17791783 saylı qərarın ləğv edilməsi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X5 xüsusi texniki vasitənin məlumatlarına əsasən barəsində elektron qaydada tərtib edilmiş protokola əsasən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, EQ 17791783 nömrəli elektron qərarın ləğv edilməsini və inzibati xəta haqqında həmin işə xitam verilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Qəbələ rayonu, Tüntül kəndində qeydiyyatda olan X3 mülkiyyətində olan «VAZ 21074» minik markalı, ** BK *** qeydiyyat nişanlı nəqliyyat vasitəsinə onun adına etibarnamə verilmişdir. Həmin avtomobilə dair adına etibarnamə olsa da avtomobili (sürücülük vəsiqəsi olmadığına görə) şəxsən özü idarə etmir. Sözügedən nəqliyyat vasitəsini (o yanında olmaqla) hərdən X1 idarə edir. X1 «VAZ 21074» minik markalı, ** BK *** qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən o da həmin vaxt sözügedən nəqliyyat vasitəsində olmuşdur. Bir dəfə də olsun o olmadan qardaşının həmin nəqliyyat vasitəsini idarə etməsinə yol verməmişdir. Buna baxmayaraq, bir neçə dəfə barəsində xüsusi texniki vasitənin məlumatlarına əsasən barəsində elektron protokol və qərar qəbul edilərək, inzibati qaydada cərimə olunmuşdur. Belə ki, xüsusi texniki vasitələrin nəqliyyat vasitəsini sürücülük vəsiqəsi olan şəxs tərəfindən idarə edilibedilməməsi və həmin vaxt nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halını müəyyən etmək üçün texniki imkanlara malik deyil. Görüntülərə baxış keçirilərsə, nəqliyyat vasitəsi onun tərəfindən deyil, X1 tərəfindən idarə olunması aşkar olunar. Bu səbəbdən bir neçə dəfə qanunsuz olaraq adına etibarnamə verilmiş nəqliyyat vasitəsini (o yanında olmaqla) X1 tərəfindən idarə olunarkən barəsində xüsusi texniki vasitənin məlumatlarına əsasən barəsində elektron protokol və qərar qəbul edilərək, inzibati qaydada cərimə olunmuşdur. Bu səbəbdən hesab edir ki, işə məhkəmədə baxılarkən görüntülər tələb edilərək, onlara baxış keçirilməli, inzibati xəta hadisəsi törətməyinin müəyyən edilməli və xüsusi texniki vasitənin məlumatlarına əsasən barəsində elektron qaydada tərtib edilmiş protokola əsasən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, EQ 17791783 nömrəli elektron qərar ləğv edilməlidir. Məhkəmə şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, şikayət geri qaytarılmalıdır. Belə ki işə əlavə edilmiş DİN-nin DYP Web Portalından çıxarışın surətindən görünür ki, xx.xx.2023-cü il tarixli, EQ 17791783 nömrəli elektron qərar barədə xx.xx.2023-cü il tarixdə X2 mobil telefonuna SMS məlumatı göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin Həmin Məcəllənin 125.2-ci maddəsinə əsasən inzibati xətanı törətmiş nəqliyyat vasitəsinin istifadəçisi (həmçinin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitələri ilə əlaqədar hüquqi şəxs, yaxud istifadəsində olan nəqliyyat vasitələri ilə əlaqədar dövlət qurumu) inzibati xəta haqqında protokol və inzibati xəta haqqında iş üzrə qərar barədə aşağıdakı qaydada məlumatlandırılır: 125.2.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi inzibati xəta haqqında protokolu və ya inzibati xəta haqqında iş üzrə qərarı və onların əlavələrini hər bir nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılmış elektron kabinetə dərhal yerləşdirir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin elektron ünvanına (olduğu halda) göndərir. 125.2.2-ci maddəsinə əsasən eyni zamanda müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi nəqliyyat vasitəsi istifadəçisinin elektron kabinetində olan mobil telefon nömrəsinə inzibati xəta törətməsi, törətdiyi xətanın qısa məzmunu, xətanın törədildiyi yer və vaxt, bu Məcəllənin hansı maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunması, cərimənin məbləği, inzibati xəta haqqında iş üzrə qərarın nömrəsi, həmin sənədlə və ona əlavə edilmiş materiallarla tanış ola biləcəyi elektron kabinetin internet ünvanı və daxilolma qaydası barədə ödənişsiz SMS məlumatı dərhal göndərir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda,şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim,səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Həmin Məcəllənin 130.3-cü maddəsinə əsasən buraxılmış müddətin bərpası qeyrimümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. Məhkəmə hesab edir ki, X5 xx.xx.2023-cü il tarixli, EQ 17791783 nömrəli elektron qərar barədə xx.xx.2023-cü il tarixdə SMS məlumat vasitəsilə məlumatlandırıldığından 20 gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verməli olduğu halda, həmin müddəti ötürməklə şikayət vermiş, müddətin bərpası barədə vəsatət verməmişdir. Belə olan halda xx.xx.2023-cü il tarixli, EQ 17791783 nömrəli qərardan verilmiş şikayət geri qaytarılmalı, şikayət vermiş şəxsə izah olunmalıdır ki, müddətin bərpası barədə vəsatətlə məhkəməyə müraciət etmək hüququna malikdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130-cu maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 xx.xx.2023-cü il tarixli, EQ 17791783 nömrəli inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayəti geri qaytarılsın. X4 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X11 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, EQ 17791783 nömrəli qərardan şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsinə dair vəsatət ilə məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Hakim: Gülnaz Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar