Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-655/2025 18.09.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, İnzibati xəta törətmiş Şəxs, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, X1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 iştirakı ilə, xx.xx.1997-ci il tarixdə Ağcabədi rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində iki azyaşlı uşağı olan, Ağcabədi rayonu Həzi Aslanov küçəsi ev 154-də yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə Göyçay rayon PŞ-dən daxil olmuş inzibati xəta haqqında materiallara Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə MN 2260338, MN 2260339, MN ******* və MN ******* saylı inzibati xəta protokolları tərtib edilmişdir ondan ötrü ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 11 radələrində Göyçay şəhəri M.Ə.Rəsulzadə küçəsində Göyçay rayon İcra Hakimiyyətinin inzibati binasında Zərərçəkmiş şəxs1 200 manat pulunu, Zərərçəkmiş şəxs2 180 manat pulunu, xx.xx.2025-ci il tarixdə saat 11 radələrində Göyçay şəhəri M.Ə.Rəsulzadə küçəsində Göyçay rayon İcra Hakimiyyətinin inzibati binasında Zərərçəkmiş şəxs3 180 manat pulunu, və xx.xx.2025-ci il tarixdə saat 11 radələrində Göyçay şəhəri N.Nərimanov küçəsində yerləşən X3 Təhsil İdarəsinin Göyçay sektorunun inzibati binasında X1 100 manat pulunu onlara “Bakcell” mobil nömrə satacağı adı altında dələduzluq yolu ilə ələ keçirmişdir. Məhkəmədə inzibati xəta törətmiş Şəxs izahatında göstərmişdir ki, əvəllər Bakcel MMC-də işləmişdir. xx.xx.2025-ci il tarixdə saat 11 radələrində Göyçay şəhəri M.Ə.Rəsulzadə küçəsində yerləşən Göyçay rayon İcra Hakimiyyətinin inzibati binasına Bakcell MMC-nin satış təmsilçisi kimi daxil olmuş, icra hakimiyyətinin işçiləri olan Zərərçəkmiş şəxs1 200 manat pulunu, Zərərçəkmiş şəxs2 180 manat pulunu, xx.xx.2025ci il tarixdə saat 11 radələrində Göyçay şəhəri M.Ə.Rəsulzadə küçəsində Göyçay rayon İcra Hakimiyyətinin inzibati binasında Zərərçəkmiş şəxs3 180 manat pulunu bakcel nömrəsi satacağı adı altında ələ keçirmişdir. Bundan başqa xx.xx.2025-ci il tarixdə saat 11 radələrində Göyçay şəhəri N.Nərimanov küçəsində yerləşən X3 Təhsil İdarəsinə Bakcell MMC-nin satış təmsilçisi kimi daxil olmuş, Göyçay sektorunun inzibati binasında müdir X1 100 manat pulunu bakcel nömrəsi satacağı adı altında ələ keçirmişdir. Törətdiyi əməlindən peşmandır. Zərərçəkmiş şəxslərə dəymiş ziyanı ödəmiş, onlarla barışmışdır. İş üzrə Zərərçəkmiş şəxs1 göstərmişdir ki, Göyçay rayon İcra hakmiyyətində işləyir. Şəxs xx.xx.2025-ci il tarixdə saat 11 radələrində Göyçay şəhəri M.Ə.Rəsulzadə küçəsində yerləşən Göyçay rayon İcra Hakimiyyətinin inzibati binasına daxil olaraq özünü Bakcell MMC-nin satiş nümayəndəsi kimi təqdim etmiş, 200 manat pul müqabilində mobil nömrə satdığını bildirmiş, ona 200 manat pul vermiş, lakin mobil nömrə sonradan aktiv olmamışdır. Hazırda ona dəymiş ziyan ödənilmişdir. Şəxs ilə barışmış, ondan heç bir şikayəti və tələbi yoxdur. İş üzrə Zərərçəkmiş şəxs2 oğlu göstərmişdir ki, Göyçay rayon İcra hakmiyyətində işləyir. Şəxs xx.xx.2025-ci il tarixdə saat 11 radələrində Göyçay şəhəri M.Ə.Rəsulzadə küçəsində yerləşən Göyçay rayon İcra Hakimiyyətinin inzibati binasına daxil olaraq özünü Bakcell MMC-nin satiş nümayəndəsi kimi təqdim etmiş, 180 manat pul müqabilində mobil nömrə satdığını bildirmiş, ona 180 manat pul vermiş, lakin mobil nömrə sonradan aktiv olmamışdır. Hazırda ona dəymiş ziyan ödənilmişdir. Şəxs ilə barışmış, ondan heç bir şikayəti və tələbi yoxdur. İş üzrə zərərçəkmiş şəxs X2 göstərmişdir ki, X3 Təhsil İdarəsinin Göyçay sektorunun müdiri vəzifəsində işləyir. Şəxs xx.xx.2025-ci il tarixdə saat 10 radələrində X3 Təhsil İdarəsinin Göyçay sektorunun müdiri vəzifəsində işləyir. Şəxs inzibati binasya daxil olaraq özünü Bakcell MMC-nin satiş nümayəndəsi kimi təqdim etmiş, 100 manat pul müqabilində mobil nömrə satdığını bildirmiş, ona 100 manat pul vermiş, lakin mobil nömrə sonradan aktiv olmamışdır. Hazırda ona dəymiş ziyan ödənilmişdir. Şəxs ilə barışmış, ondan heç bir şikayəti və tələbi yoxdur. Təqdim edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2025-ci il tarixli və xx.xx.2025-ci il tarixli qərarlardan görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinə əsasən - xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İXM-nin 39.2-ci maddəsinə əsasən bu Məcəllənin 227, 232-1-ci və 351-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Azərbaycan Respublikası İXM-nin 53.1.10-cu maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrinin Qeyd hissələrində bilavasitə müəyyən edilmiş hallarda inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati işin icraatına xitam verilir. Belə olan halda məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-nin 53-cü maddəsinə əsasən Şəxs zərərçəkmiş şəxslərə dəymiş ziyanı tamamilə ödədiyindən və zərərçəkmiş şəxslərlə barışdığından barəsində olan inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərar verdi: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə Göyçay rayon Polis Şöbəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN 2260338, MN 2260339, MN ******* və MN ******* saylı inzibati xəta protokollar üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Şəki Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hakim : İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №3(046)-655/2025
Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-655/2025
18.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver