Məhkəmə qərarları › İş №3(046)-656/2024

Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-656/2024

18.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-656/2024 18.07.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Göyçay Rayon Məhkəməsinin hakimi Qurbanova Gülnaz İntiqam qızının sədrliyi, Nəsirov Məhəmməd Yasin oğlunun katibliyi, Göyçay rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və X1nın iştirakı ilə, xx xxxx 1993-cü il tarixdə Göyçay rayonu, Ləkçılpaq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, Göyçay rayonu, Ləkçılpaq kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Göyçay Rayon Məhkəməsi tərəfindən verilmiş 2(046)-1098/2019 saylı, 10 oktyabr 2019-cu il tarixli icra vərəqəsinə əsasən iddiaçı Zərərçəkmiş şəxs övladları xx.xx.2013-cü il təvəllüdlü X11 və xx.xx.2013-cü il təvəllüdlü X9 ilə ünsiyyətdə olma hüququ təmin olunmuş və ünsiyyətin qaydası ayda 4 dəfə, hər həftənin bazar günü saat 10:00-dan 16:00-dək müəyyən edilməsi qət edilmişdir. Borclu Şəxs icra sənədi üzrə tələbləri yerinə yetirmədiyinə görə onun barəsində «İcra haqqında» qanunun 82-ci maddəsinə əsasən 18 iyul 2024-cü il tarixdə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında Göyçay rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X6 izahat verərək bildirdi ki, Göyçay Rayon Məhkəməsi tərəfindən verilmiş 2(046)-1098/2019 saylı, 10 oktyabr 2019-cu il tarixli icra vərəqəsinə əsasən iddiaçı Zərərçəkmiş şəxs övladları xx.xx.2013-cü il təvəllüdlü X11 və xx.xx.2013-cü il təvəllüdlü X9 ilə ünsiyyətdə olma hüququ təmin olunmuş və ünsiyyətin qaydası ayda 4 dəfə, hər həftənin bazar günü saat 10:00-dan 16:00-dək müəyyən edilməsi qət edilmişdir. İcra sənədi üzrə icraata başlamaq haqqında qərar və borcun könüllü icrası haqqında bildiriş borclu Şəxs rəsmi qaydada verilmişdir. Tələbkar Zərərçəkmiş şəxs icra şöbəsinə müraciət edərək, uşaqları ilə görüşmək istəmiş, icra işi böyük icra məmuru X4 icraatında olmuş, icra məmuru məzuniyyətdə olduğu üçün ona bildirmişdir ki, borclu Şəxs uşaqları atası Zərərçəkmiş şəxs ilə görüşdürmək istəmir. Buna görə də Şəxs axtarışa verilmiş, polis əməkdaşları Şəxs Bakı şəhərində polis əməkdaşları tərəfindən saxlanılaraq icra şöbəsinə gətirilmiş, həmin vaxt polis əməkdaşları uşaqları gətirib onlara təqdim etməmişdir. Uşaqlarla bağlı heç bir məlumatı yoxdur. Şəxs Zərərçəkmiş şəxs ona aliment borcunun olmasını bildirmiş, Zərərçəkmiş şəxs aliment borcunun ödənilməsi ilə bağlı icra şöbəsinə gəlmiş, poçt vasitəsi ilə Şəxs adına 870 manat aliment borcunu ödəmiş, hal-hazırda aliment borcu qalmamışdır. Şəxs 17:00-da iltizam alınaraq buraxılmış, barəsində İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə gətirilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, məhkəmə qətnaməsinə əsasən Zərərçəkmiş şəxs övladları xx.xx.2013-cü il təvəllüdlü X11 və xx.xx.2013-cü il təvəllüdlü X9 ilə ünsiyyətdə olma hüququ təmin olunmuş və ünsiyyətin qaydası ayda 4 dəfə, hər həftənin bazar günü saat 10:00-dan 16:00-dək müəyyən edilmişdir. Bildirir ki, o, uşaqlarının görüşü ilə bağlı Zərərçəkmiş şəxs heç bir maneçilik yaratmamış, məhkəmənin qeyd etdiyi vaxtlarda atası uşaqları icra şöbəsinə apararaq icra məmuruna təhvil vermişdir. 10 günə yaxındır ki, uşaqları ilə birlikdə Bakı şəhərinə gəzməyə getmişdir. Bakı şəhərində olarkən polis əməkdaşları ona yaxınlaşaraq axtarışda olduğunu demiş, polis əməkdaşlarına axtarışda olması ilə bağlı ünvanına heç bir bildirişin gəlməməsini bildirmişdir. Daha sonra polis əməkdaşlarına etiraz etməyərək icra şöbəsinə gəlmiş, icra şöbəsinə gələrkən polis əməkdaşları uşaqlarını atası Zərərçəkmiş şəxs vermişdir. Hesab edir ki, barəsində tərtib edilmiş protokol tam olaraq qanunsuz və əsassızdır. Belə ki, icra şöbəsi tərəfindən ona heç bir məlumat verilməmiş, axtarışda olmasından məlumatı olmamışdır. X1 çıxış edərək bildirdi ki, icra məmurunun da qeyd etdiyi kimi uşaqla ünsiyyətlə bağlı görüşləri aktları 2019 və 2020-ci il tarixlərdə olmuşdur. Hal-hazırda müdafiə etdiyi şəxsin dediyi kimi Zərərçəkmiş şəxs ilə uşaqlarin ünsiyyəti ilə bağlı razılığa gəlinmişdir. Hesab edir ki, hüquqlarını müdafiə etdiyin şəxsin əməlində İXM-nin 528.1-ci maddənin tərkibi yoxdur. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin dispozisiyasında qeyd edilir ki, icra məmurunun qanuni tələblərinə qəsdən tabe olmadıqda şəxsin barəsində həmin maddənin tərkibi yaranır. Qanuni tələb o halda olardı ki, icra məmuru tərəfindən akt tərtib edilərdi, müdafiə etdiyi şəxs uşaqların görüşməsi ilə bağlı maneçilik törədərdi və bununla bağlı aktda qeydlər aparılardı. Hal-hazır ki, vaxtda bununla bağlı heç bir akt və sübut yoxdur ki, müdafiə etdiyi şəxs uşaqların görünüşünə maneçilik yaratmış olsun. Məhkəmə işdə iştirak edən şəxslərin işin halları ilə bağlı verdikləri izahatları dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə tövsif olunmuşdur. Odur ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək, inzibati qaydada tənbeh edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Göyçay Rayon Məhkəməsinin 2(046)-1098/2019 saylı, 10 oktyabr 2019-cu il tarixli icra vərəqəsinə əsasən iddiaçı Zərərçəkmiş şəxs övladları xx.xx.2013-cü il təvəllüdlü X11 və xx.xx.2013-cü il təvəllüdlü X9 ilə ünsiyyətdə olma hüququ təmin olunmuş və ünsiyyətin qaydası ayda 4 dəfə, hər həftənin bazar günü saat 10:00-dan 16:00-dək müəyyən edilməsi qət edilmişdir. İcraata başlamaq haqqında xx.xx.2019-cu il tarixli qərardan görünür ki, Göyçay Rayon Məhkəməsi tərəfindən verilmiş 2(046)-1098/2019 saylı, 10 oktyabr 2019-cu il tarixli icra vərəqəsi əsasında icraata başlanılmışdır. Borclu Şəxs xx.xx.2024-cü il tarixli izahatından görünür ki, o rəsmi şəkildə icra şöbəsinə çağırılmış, çağırışa əsasən icra məmuru tərəfindən ona hüquq və vəzifələri izah olunmaqla bərabər barəsində olan uşaqla ünsiyyət tələbinə dair uşaqların tələbkar Zərərçəkmiş şəxs ilə görüşüb ünsiyyətdə olması tələbi ondan tələb olunmuşdur. Uşaqla ünsiyyət hüququna şərait yaratmadığı halda inzibati və cinayət məsuliyyətinə cəlb olunacağı bildirilmişdir. Məhkəmə tərəflərin izahatını dinləyərək və iş materiallarına əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1ci maddənin tərkib əlamətləri mövcüddür. Belə ki, o, cavabdehin uşaqları ilə ünsiyyət vaxtından xəbərdar olmuş və Bakı şəhərində olduğu müddət uşaqların ataları ilə görüş vaxtına təsadüf etmişdir. Bunlara baxmayaraq iddiaçı icra məmuruna bununla bağlı heç bir məlumat verməmiş və çağırışı üzrə də şöbəyə gəlməmişdir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin maddənin Qeydinə əsasən bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş borclu müvafiq icra sənədini həmin inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək icra etdikdə inzibati məsuliyyətdən azad olunur. Məhkəmə iclasında Şəxs göstərilən qaydada inzibati məsuliyyətdən azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında inzibati xəta törətmiş Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti yüngülləşdirən, həmin Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsində göstərilən halları, o cümlədən törədilmiş inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini nəzərə alaraq, onun barəsində İXM-nin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiqini kifayət və məqsədə müvafiq hesab edir. Məhkəmə bu zaman nəzərə alır ki, inzibati xəta törətmiş Şəxs barəsində inzibati cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsi, həmin şəxsi qanunlara əməl etməsi ruhunda tərbiyələndirmək məqsədi daşıyır, həmçinin gələcəkdə bu xarakterli əməllərə yol verməsinin daha ağır tənbehlərə səbəb olacağı barədə ona edilmiş xəbərdarlıq hesab edilməli, bu əməldən nəticə çıxarması üçün yaddaqalan və təsirli şəraitin yaradılması kimi qəbul olunmalıdır. İş materiallarından görünür ki, Şəxs hazırkı iş üzrə tutulmamışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114,115,128-130-cü maddələrini rəhbər tutub məhkəmə, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 500 (beş yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilsin. Qərarın icrası Şəxs yaşadığı yer üzrə Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən on gün müddətində qərardan Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülnaz Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar