Məhkəmə qərarları › İş №3(046)-660/2022

Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-660/2022

02.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-660/2022 02.11.2022 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Xanbutov Elşən Aleksandr oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş Göyçay RPŞ-nin İTB-nin sahə rəisi, polis leytenantı X2, X1nun və inzibati xəta törətmiş Şəxs iştirakı ilə, xx.xx.1958-ci il tarixdə Göyçay rayonu Hacalıkənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Göyçay rayonu Hacalıkənd kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə Göyçay rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara Göyçay şəhərində baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə inzibati xəta protokolları tərtib edilərək, baxılması üçün Göyçay Rayon Məhkəməsinə göndərilmişdir ona görə ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 10 radələrində yaşadığı Göyçay rayonu Hacalıkənd kəndində sərxoş vəziyyətdə kənd orta məktəbinə getmiş, zəfər bayramı münasibəti ilə tədbirdə iştirak edən müəllimələri ucadan nalayiq söyüşlərlə söymüş, hadisə yerinə çağırılan polis əməkdaşları onu nizam-intizama dəvət edərkən polis əməkdaşlarını nalayiq söyüşlərlə söymüş, qanuni tələblərinə tabe olmayaraq öz hərəkətlərini polis şöbəsində davam etmişdir. Məhkəmədə inzibati xəta törətmiş Şəxs göstərmişdir ki, arvadı X8 rayonunun Hacalıkənd kəndində yerləşən orta məktəbdə müəllimə işləyir. xx.xx.2022-ci il tarixdə saat 10 radələrində içkili vəziyyətdə arvadından açar almaq məqsədi ilə orta məktəbin qarşısına gəlmişdir. Lakin orada olarkən o heç kimin ünvanına nalayiq söyüşlər söyməmişdir. Barəsində tərtib edilmiş protokolu əsassız hesab edir. Məhkəmədə inzibati xəta protokolu tərtib etmiş Göyçay RPŞ-nin İTB-nin sahə rəisi, polis leytenantı X4 izahat verərək göstərmişdir ki, Şəxs 02 noyabr 2022-ci il tarixdə saat 10 radələrində, Göyçay rayonu Hacalıkənd kəndində yerləşən orta məktəbə getmiş, tədbirdə iştirak edən müəllimləri sərxoş vəziyyətdə nalayiq söyüşlərlə söymüşdür. Hadisə yerinə çağırışla polis əməkdaşları getmiş, Şəxs polis əməkdaşlarını nalayiq söyüşlərlə söymüşdür. Şəxs polis şöbəsinə gətirilmiş, polis şöbəsinin inzibati binasının qarşısında polis əməkdaşlarını ucadan nalayiq söyüşlərlə söymüş, onu nizam-intizama dəvət etmiş polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmayaraq öz hərəkətlərini davam etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X5 izahat verərək göstərmişdir ki, Göyçay rayon Hacalıkənd kəndinin icra nümayəndəsidir. xx.xx.2022-ci il tarixdə saat 11 radələrində zəfər bayramı günü münasibəti ilə orta məktəbdə tədbir keçirilən zaman Göyçay rayon Hacalıkənd kənd sakini Şəxs məktəbə içkili vəziyyətdə gələrək tədbirə maneəçilik yaratmış, tədbirdə iştirak edən müəllimlərin ünvanına nalayiq söyüşlər söymüşdür. Bununla bağlı Göyçay rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək onun barəsində tədbirlər görülməsini xahiş etmişdir. İnzibati materialına əlavə edilmiş xx.xx.2022-ci il tarixli 404 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə orta dərəcəli sərxoş olmuşdur. Məhkəmə, tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetir. Şəxs 510 və 535.1-ci maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati tənbeh təyin edilməlidir. Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə -əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs inzibati xətaları sərxoş halda törətməsini onun məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə inzibati xəta törətmiş Şəxs tərəfindən törədilən inzibati xətaların xarakterini, onun şəxsiyyətini və təqsirinin dərəcəsini, habelə məsuliyyəti yüngülləşdirən halın olmamasını və məsuliyyətini ağırlaşdıran halı nəzərə alaraq ona Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbehin təyin edilməsini məqsədə müvafiq hesab edir. X1 iş materialları ilə tanış olmaqla və məhkəmə iclasında iştirak etməklə cəmi 01 (bir) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 66.3-cü maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinib, ona 20 (iyirmi) gün müddətinə inzibati həbs tənbeh növü təyin edilsin. İnzibati həbs müddətinin başlanğıcı 02 noyabr 2022-ci il tarixdən saat 17:25-dən hesablansın. Qərarın icrası Göyçay rayon PŞ-nə həvalə edilsin. 01 (bir) saata görə hesablanmış 06 (altı) manat məbləğində pul Göyçay rayon Vəkil Bürosunun Azərbaycan Respublikası Beynəlxalq Bankın Göyçay filialı, Bankın kodu 805294, VÖEN ********** M/h AZ03NABZ********************, SWİFT kodu İBAZAZ2X, hesablaşma hesabı AZ83İBAZ******************** (VÖEN **********) hesabına köçürülsün. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Göyçay Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar