Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-661/2023 17.11.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi ilə, Şəxs Ağaəli oğlunun haqqında Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə Göyçay rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta protokolu üzrə materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Ağaəli oğlunun barəsində Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə 31 oktyabr 2023-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta protokolu tərtib edilərək baxılması üçün Göyçay Rayon Məhkəməsinə göndərilmişdir ona görə ki, Şəxs Ağaəli oğlu barəsində Azərbaycan Respublikası İXM-nin 328.1-ci maddəsi ilə tərtib edilmiş 08 iyul 2022-ci il tarixli, EQ 15577447 nömrəli inzibati xəta haqqında qərara əsasən 10 manat inzibati qaydada cərimə edilmiş, qəbul edilmiş inzibati xəta haqqında qərar qanuni qüvvəyə mindiyi vaxtdan 3 ay müddət keçməsinə baxmayaraq, Şəxs Ağaəli oğlu cəriməni ödəməmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs Ağaəli oğluna və səlahiyyətli orqana (nümayəndəsinə) məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə hər hansı məlumat verməmişlər. Məhkəmə işə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Mərkəzi Bankı Hökümət ödəniş portalında görünür ki, Şəxs Ağaəli oğlu 08 iyul 2023-cü il tarixli, EQ 15577447 nömrəli inzibati xəta haqqında elektron qərar üzrə təyin edilmiş cəriməni və dəbbə pulunu tam olaraq ödəmişdir. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs Ağaəli oğlunun cəriməni və dəbbə pulunu ödədiyini nəzərə alaraq, Göyçay rayon Polis Şöbəsi tərəfindən Şəxs Ağaəli oğlu barəsində 529.3-cü maddəsi ilə tərtib edilmiş 31 oktyabr 2023-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta protokolu üzrə icraata xitam verilməsini qanuna uyğun hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529-cu maddəsinin Qeyd: hissəsinə əsasən 1. Bu Məcəllənin 529.1-ci və ya 529.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs müvafiq cəriməni, dəbbə pulunu (bu Məcəllə ilə müəyyən edilmiş hallarda), 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs isə müvafiq cəriməni, dəbbə pulunu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqqı inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədikdə inzibati məsuliyyətdən azad olunur. Qanunun mənasından göründüyü kimi Şəxs Ağaəli oğlu barəsində olan inzibati xəta materialı üzrə icraata xitam verilməlidir. Yuxarıda şərh olunanlara əsasən Azərbaycan Respublikası İXM-nin 43, 114, 115, 128, 129, 152 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Ağaəli oğlu barəsində Azərbaycan Respublikası İXM-nin 328.1-ci maddəsi ilə tərtib edilmiş 08 iyul 2023-cü il tarixli, EQ 15577447 nömrəli inzibati xəta haqqında elektron qərar üzrə inzibati cəriməni və hesablanmış dəbbə pulunu ödədiyindən, Göyçay rayon Polis Şöbəsi tərəfindən Şəxs Ağaəli oğlu barəsində 529.3-cü maddəsi ilə tərtib edilmiş 31 oktyabr 2023-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta protokolu üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Göyçay rayon məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №3(046)-661/2023
Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-661/2023
17.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver