Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-663/2023 02.11.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Göyçay Rayon Məhkəməsinin hakimi Qurbanova Gülnaz İntiqam qızının sədrliyi, Nəsirov Məhəmməd Yasin oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərər çəkmiş şəxs X2 iştirakı ilə, xx.xx.1970-ci ildə Göyçay şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Göyçay şəhəri, Bakı küçəsi, ev 12-də qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinin tələbinin pozulması ilə əlaqədar Göyçay rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq məhkəmə, müəyyən etdi: Şəxs 30 oktyabr 2023-cü il tarixdə saat 13 radələrində Göyçay şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən çay evinin yaxınlığında X2 ünvanına nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmaqla xırda xuliqanlıq hərəkətləri etmişdir. İnzibati xəta hadisənin olması 02 noyabr 2023-cü il tarixli inzibati xəta haqqında protokolla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin və inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin izahatları, habelə inzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərlə təsdiq olunur. Məhkəmə iclasında Göyçay rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X4 izahat verərək bildirdi ki, Şəxs 30 oktyabr 2023-cü il tarixdə saat 13 radələrində Göyçay şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən çay evinin yaxınlığında X2 ünvanına nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuşdur. Bununla bağlı Şəxs barəsində İXM-nin 510 maddəsi ilə protokol tərtib edilmişdir. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, zərər çəkmiş şəxs X1 rayon İcra Hakimiyyətinin icra nümayəndəliyində işləyir. Əvvəllər arayış alması ilə bağlı onun yanında olmuş, lakin o, müxtəlif bəhanələr gətirərək ona arayış verməkdən imtina etmiş, buna görə də aralarında qərəzçilik olmuşdur. xx.xx.2023-cü il tarixdə Göyçay şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən çay evinin yaxınlığında “noldu Paşinyan” mahnısını oxuyarkən X3 ona yaxınlaşaraq oxuduğu mahnının ona oxuduğunu demiş, o isə həmin mahnının ona ünvanlayaraq oxumadığını bildirmiş, lakin Nurlan İsmayılov təkidlə oxuduğu mahnını ona oxuduğunu demişdir. Bildirir ki, X2 ünvanına heç bir nalayiq ifadələr işlətməmiş, lakin buna baxmayaraq X1 rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək ondan şikayətçi olmuşdur. Zərər çəkmiş X3 izahat verərək bildirdi ki, Göyçay rayon İcra Hakimiyyətinin icra nümayəndəliyində işləyir. Şəxs əvvələr icra nümayəndəliyinə gələrək orada işləyən işçilərin dəfələrlə ünvanına nalayiq ifadələr işlətmişdir. xx.xx.2023-cü il tarixdə saat 13 radələrində Şəxs Göyçay şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən çay evinin yaxınlığında ona qarşı “noldu Paşinyan” mahnısını ünvanlamış, ona yaxınlaşaraq həmin mahnın ona oxuduğunu soruşduqda, Şəxs onun ünvanına nalayiq ifadələr işlətmişdir. Bununla bağlı xx.xx.2023-cü il tarixdə Göyçay rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək Şəxs barəsində qanuna müvafiq tədbirlər görülməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İnzibati xəta haqqında protokola əlavə edilmiş Göyçay Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarının surətindən görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535-ci maddələri ilə təqsirli bilinərək, ona 150 manat cərimə təyin edilmişdir. İnzibati xəta haqqında protokola əlavə edilmiş Göyçay Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarının surətindən görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinərək, ona 5 gün müddətə inzibati həbs təyin edilmişdir. Məhkəmə işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək hesab edir ki, inzibati xəta hadisəsi oldugundan inzibati xəta törətmiş şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Eyni zamanda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31-33 maddələrinə müvafiq olaraq inzibati həbs tətbiq edərkən xətanın ictimai qayda əleyhinə olması barədə xarakteri, inzibati xəta törədən şəxsin əmlak vəziyyətinin qənaətbəxş olmaması, iş üzrə məsuliyyəti yüngülləşdirən halların olmaması və eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsini iş üzrə məsuliyyətin ağırlaşdıran hal olması kimi nəzərə alınır. Məhkəmə hesab edir ki, inzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş xətaya görə həmin maddənin sanksiyasının yuxarı həddində inzibati həbs edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114,115 ,128-130-ci maddələrini rəhbər tutub məhkəmə, qərara aldı: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinərək barəsində 10 (on) gün müddətə inzibati həbs tətbiq olunsun. İnzibati həbs müddətinin əvvəli 02 noyabr 2023-cü il tarixdən saat 17:25-dən hesablansın. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. Qərarın icrası Göyçay rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən on gün müddətində qərardan Göyçay rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülnaz Qurbanova
Məhkəmə qərarları › İş №3(046)-663/2023
Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-663/2023
02.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver