Məhkəmə qərarları › İş №3(046)-669/2023

Göyçay Rayon Məhkəməsi Qərardad — İş №3(046)-669/2023

06.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Göyçay rayonu İş № 3(046)-669/2023 06.11.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Mən, Göyçay Rayon Məhkəməsinin hakimi X1 Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsinin tələblərinin pozulması ilə əlaqədar Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi X3 İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdim: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsinin tələblərinin pozulması ilə əlaqədar tərtib edilmiş inzibati xəta haqqında protokol Göyçay Rayon Məhkəməsinə 06 noyabr 2023-cü il tarixdə daxil olmuşdur. İnzibati xəta haqqında protokola əlavə edilmiş sənədləri nəzərdən keçirtdikdə, toplanmış materialın natamam olması müəyyən edilmişdir. Belə ki, inzibati xəta haqqında protokola əlavə edilmiş inzibati tənbeh vermə haqqında 12 iyul 2023-cü il qərarın surətindən görünür ki, Şəxs xx.xx.2023-cü il tarixli qərarla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsi ilə təqsirli bilinərək 40 manat məbləğində cərimə edilərək inzibati tənbeh edilmişdir. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair inzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli qərarın surətinin ona verilməsini təsdiq edən müvafiq poçtun xəbərnaməsi inzibati xəta haqqında materiallara əlavə edilməmişdir. İnzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli qərarın surətinin Şəxs rəsmi qaydada verilməsini təsdiq edən sübut əlavə edilmədiyindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi günü müəyyən etmək mümkün olmamışdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 138.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərar, habelə şikayət və ya protest üzrə qəbul edilmiş qərar aşağıdakı halda qanuni qüvvəyə minir: əgər bu qərardan şikayət və ya protest verilməmişdirsə, inzibati xəta haqqında iş üzrə qəbul edilmiş qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün. Bundan başqa Şəxs barəsində tərtib edilmiş xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokolun surətinin ona verilməsini təsdiq edən sübut da inzibati xəta haqqında materiala əlavə edilməmişdir. Halbuki Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir . Həmin Məcəlləsinin 57.1-ci maddəsinə əsasən İnzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarına bu Məcəllədə müəyyən edilmiş hallarda inzibati xətalar haqqında işlər üzrə sənədlər (qərarlar, qərardadlar, protokollar, bildirişlər) hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi ilə çatdırılır, yaxud səlahiyyətli vəzifəli şəxs tərəfindən şəxsən verilir. Sifarişli poçt göndərişi - göndərilmək üçün qəbul olunduğuna dair istifadəçiyə qəbz verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərişidir. Sənədin çatdırılmasını hakim məhkəmə işçisinə, səlahiyyətli orqan isə müvafiq orqanın əməkdaşına tapşıra bilər. Həmin Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda və işə baxılarkən tamamlamaq mümkün olmadıqda ,inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana,vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Göstərilənləri nəzərə alıb hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində toplanmış materiallar natamam olduğundan və işə baxılarkən tamamlamaq mümkün olmadığından, inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər onu tərtib etmiş orqana geri qaytarılmalıdır. Qeyd olunanlara və Azərbaycan Respublikasının İXM-nin 417 və 420-ci maddələrinə əsasən , qərara aldım: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsinin tələblərinin pozulması ilə əlaqədar tərtib edilmiş 24 oktyabr 2023-cü il tarixli İXP № ******* saylı inzibati xəta haqqında protokol onu tərtib etmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsinin X3 İdarəsinə geri qaytarılsın. Hakim :Elçin Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar