Məhkəmə qərarları › İş №3(046)-67/2021

Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-67/2021

08.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-67/2021 08.03.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Bürcəliyev Sabir Arzu oğlunun katibliyi, inzibati xəta törətmiş X2 iştirakı ilə, xx.xx.1992-cı il tarixdə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşqul olan Mingəçevir şəhəri Günəş küçəsi ev 66-da yaşayan X4 haqqında Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə Göyçay rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Göyçay şəhərində xx xxxx 2021-ci il tarixdə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X4 barəsində Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə inzibati xəta protokolu tərtib edilərək, baxılması üçün Göyçay Rayon Məhkəməsinə göndərilmişdir, ona görə ki, X4 xx.xx.2021-ci il tarixdə saat 00:00-dan sonra Göyçay şəhəri Nizami küçəsində yerləşən Zeynəb kafesində xidmətçi işləyərək karantin qaydalarını pozmuşdur. Məhkəmədə inzibati xəta törətmiş X4 göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə saat 00:00-dan sonra Göyçay şəhəri Nizami küçəsində yerləşən Zeynəb kafesində ofsiant işləyir. Polis əməkdaşları həmin kafeyə gələrək, barəsində inzibati protokol tərtib etmişlər. Törətdiyi əməldən peşmandır. Bir daha belə hallara yol verməyəcəkdir. Məhkəmə baxışı zamanı tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, X4 xx.xx.2021-ci il tarixdə saat 00:00-dan Göyçay şəhəri Nizami küçəsində yerləşən Zeynəb kafesində ofsiant etməklə Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. X3 həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati tənbeh təyin edilməlidir. Xüsusi karantin rejiminin müddətinin uzadılması və sərtləşdirilmiş karantin rejimində tətbiq edilən bəzi məhdudiyyətlərin aradan qaldırılması barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxxxx 2021-ci il tarixli qərarının 2.3-cü bəndində qeyd edilir ki, 2021-ci il 1 fevral saat 00:00-dan Azərbaycan Respublikasının bütün ərazisində ictimai iaşə obyektlərində, eləcə də restoran, kafe, çay evləri və bu kimi digər məkanlarda Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarları ilə müəyyən edilmiş məhdudiyyətlər və tələblər nəzərə alınmaqla, müştərilərə saat 06.00-dan 00.00dək yerində xidmət göstərilməsinə icazə verilir; İnzibati qaydada tutma haqqında xx.xx.2020-ci il tarixli protokola əsasən X4 xx.xx.2021-ci il tarixdə saat 00:40-da inzibati qaydada 24 saat müddətinə tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə -fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər beş min manatdan on bir min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə X3 inzibati tənbeh təyin edərkən şəxsiyyətini, inzibati xətanın törədilmə şəraitini, həmçinin törətdiyi əməli etiraf etməklə səmimi peşman olmasını məsuliyyəti yüngülləşdirən hal kimi, məsuliyyətini ağırlaşdıran halın olmadığını nəzərə alaraq ona Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddələrinin sanksiya nəzərdə tutulmuş cərimə inzibati tənbeh növü təyin edilməsini məqsədə müvafiq hesab edir. X1 iş materialları ilə tanış olmaqla və məhkəmə iclasında iştirak etməklə cəmi 01 (bir) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 66.3-cü maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. X1 iş materialları ilə tanış olmaqla və məhkəmə iclasında iştirak etməklə cəmi 01 (bir) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 66.3-cü maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X4 Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə təqsirli bilinib, ona 150 manat cərimə inzibati tənbeh təyin edilsin. Qərarın icrası X2 yaşadığı ərazi üzrə Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Şəki Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hakim : İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar