Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-67/2022 15.02.2022 GÖYÇAY RAYON MƏHKƏMƏSİ X9 Hümbət oğlunun sədrliyi, Xanbutov Elşən Aleksandr oğlunun katibliyi, inzibati xəta törətmiş Şəxs və müdafiəçisi Vəkil iştirakı ilə, xx.xx.1980-ci il tarixdə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, Göyçay rayon Ləkçıplaq kənd orta məktəbində müəllim vəzifəsində işləyən, Göyçay rayon Ləkçıplaq kəndində yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə Göyçay rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Göyçay şəhərində baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə inzibati xəta protokolu tərtib edilərək, baxılması üçün Göyçay Rayon Məhkəməsinə göndərilmişdir, ona görə ki, 13.02.2022-ci il tarixdə, saat 15 radələrində Göyçay rayonu Ləkçıplaq kəndi ərazisində xidmətdə olan sahə rəisi polis leytenantı X3 qanuni tələbinə tabe olmamışdır. Barəsində inzibati icraat aparılan şəxs Şəxs özünü Azərbaycan Respublikası İXMnin 535.1-ci maddəsi ilə təqsirli bilməyərək izahatında göstərmişdir ki, o, Göyçay rayon Ləkçıplaq kəndində yaşayır və həmin kəndin orta məktəbində hərbi müəllim vəzifəsində işləyir. 13.02.2022-ci il tarixdə səhər saat 11 radələrində yaşadığı Göyçay rayonu Ləkçıplaq kəndində yerləşən fərdi yaşayış evində olarkən bir neçə polis əməkdaşları həyətyanı sahəsinə daxil olaraq onlarla polis şöbəsinə getməsini tələb etmişlər. Polis şöbəsinə aparılmasının səbəbini soruşduqda, polis əməkdaşları şöbədə hər şeyin aydın olacağını bildirmişlər. Etiraz etməmiş və polis əməkdaşları ilə birlikdə polis şöbəsinə getmişdir. Polis şöbəsində rəis müavini Rasim Mirzəyev onu sorğu sual etmiş, 12.02.2022ci il tarixdə gecə saatlarında Göyçay şəhəri ərazisində azyaşlı uşağın ölümü, anasının isə ağır xəsarətlər alması və sürücünün hadisə yerindən qaçması ilə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı Facebook sosial şəbəkəsində paylaşılan xəbərin şərh bölməsində hansı səbəbdən polis əməkdaşlarının ünvanına təhqir xarakterli şərh yazdığını soruşmuş, cavabında həmin şərhin onun tərəfindən yazılmadığını, ola bilsin ki, kiminsə onun adından belə bir şərh yazdığını bildirmişdir. Bundan sonra barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Göyçay rayon məhkəməsinə göndərilmişdir. Hazırda məhkəməyə verdiyi məzmunda polis şöbəsində izahat versədə inzibati xəta haqqında protokol tərtib etmiş sahə rəisi, polis leytenantı X5 izahatı sərbəst sürətdə yazmağa imkan verməmiş, ağ kağıza imza etdirərək dediklərini yazacağını bildirmişdir. Hazırda müdafiəçisinin iştirakı ilə məhkəmədə inzibati xəta materialı ilə tanış olarkən görmüşdür ki, izahatı polis leytenantı X5 tərəfindən onun dediyi məzmunda deyil, təhrif olunmuş formada yazılmışdır. Buna görə də barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata əməlində həmin xətanın tərkibi olmaması əsası ilə xitam verilməsini xahiş etmişdir. Göyçay rayon PŞ-nin İTB-nın sahə rəisi polis leytenantı X5 göstərmişdir ki, 13.02.2022-ci il tarixdə, saat 15 radələrində Göyçay rayon Ləkçıplaq kəndində xidmətdə olarkən təsadüfdən Şəxs ilə rastlaşmış, söhbət əsnasında 12.02.2022-ci il tarixdə gecə saatlarında Göyçay şəhəri ərazisində azyaşlı uşağın ölümü, anasının isə ağır xəsarətlər alması və sürücünün hadisə yerindən qaçması ilə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı Facebook sosial şəbəkəsində paylaşılan xəbərin şərh bölməsində hansı səbəbdən polis əməkdaşlarının ünvanına təhqir xarakterli şərh yazdığını soruşmuş, Şəxs həmin şərhin onun tərəfindən yazıldığını bildirmiş, ona polis əməkdaşlarının ünvanına təhqir xarakterli şərhin cəmiyyətdə mənfi emosiyalar yaratdığını bildirmiş və həmin şərhi silməsini tələb etmişdir. Şəxs bundan əsəbləşərək səs-küy salmış, tərəfindən Şəxs nizam-intizama dəvət edilsə də, sonuncu buna məhəl qoymamış, qanunsuz hərəkətlərini davam etdirmişdir. Şəxs onun qanuni tələblərinə tabe olmadığı üçün digər polis əməkdaşları X2 və X1 ilə polis şöbəsinə gətirilmişdir. Polis şöbəsində Şəxs barəsində tutma və inzibati xəta haqqında protokollar tərtib edilmiş və izahatı alınmışdır. Şəxs adından izahat onun tərəfindən yazılsa da, lakin həmin izahat sonuncu tərəfindən imzalanmışdır. Məhkəmədə şahid qismində izahat vermiş Şahid göstərmişdir ki, 13.02.2022-ci il tarixdə dəqiq saatını bilmədiyi vaxtda Göyçay rayonu Ləkçıplaq kəndində özünə məxsus avtomobillə hərəkətdə olarkən sonradan adını bildiyi Şəxs polis əməkdaşları ilə mübahisə etdiyini görmüşdür. Göyçay rayon Ləkçıplaq kəndinin ərazisini yaxşı tanımadağı üçün hadisənin harda baş verdiyini bilmir. Məhkəmə, məhkəmədə baxışı zamanı tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetir. Şəxs 535.1-ci maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati tənbeh təyin edilməlidir. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə Şəxs inzibati tənbeh təyin edərkən şəxsiyyətini, törətdiyi əməlin xarakterini, törədilmə şəraitini, məsuliyyətini ağırlaşdıran eləcə də məsuliyyətini yüngülləşdirən halın olmadığını nəzərə alaraq ona Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə tənbeh növü təyin edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRAR VERDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinib, ona 200 manat inzibati cərimə təyin edilsin. Qərarın icrası Göyçay rayon İcra və Probasiya həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Şəki Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №3(046)-67/2022
Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-67/2022
15.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver