Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-670/2023 09.11.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Qurbanova Gülnaz İntiqam qızının sədrliyi, Bürcəliyev Sabir Arzu oğlunun katibliyi, İnzibati xəta törətmiş şəxs Şəxs, Zərərçəkmiş şəxs iştirakı ilə, xx.xx.1983-cü il tarixdə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Düdəngə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonu, Qarabağlar kəndində yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə Göyçay rayon Polis Şöbəsində daxil olmuş inzibati xəta haqqında materiallara Göyçay şəhərində baxaraq, məhkəmə müəyyənetdi: Şəxs barəsində xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati xəta protokol tərtib edilmişdir ondan ötrü ki, Şəxs xx.xx.2023-cü il tarixdə Göyçay rayonu Ləkçıplaq kəndində Zərərçəkmiş şəxs qarşı dələduzluq edərək 300 manat pulunu talamışdır. İnzibati xəta törətmiş Şəxs törətdiyi əməli etiraf edərək göstərmişdir ki, 2023-cü ilin sentyabr ayında Göyçay şəhəri Nizami küçəsində icarə əsasında özünə məxsus “Gold Corona” adı ilə evlərin təmir və tikintisi ofisi açaraq fəaliyyətə başlamışdır. 2023-cü ilin sentyabr ayının sonlarında Zərərçəkmiş şəxs ona zəng edərək həyətində olan tövlənin təmirə ehtiyacı olduğunu bildirmişdir. xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs yaşadığı Göyçay rayonu Ləkçıplaq kəndində yerləşən fərdi yaşayış evində olmuş, tövlənin dam örtüyünün təmiri ilə əlaqədar aralarında 1700 manat ödəmək şərti ilə razılaşmışlar. İşə başlamaq üçün Güləndam Süleymanovdaya ilkin olaraq 300 manat pul ödəməli olduğunu bildirmiş, Zərərçəkmiş şəxs da 300 manat pulu onun kart hesabına köçürmüşdür. Daha sonra aralarında olan razılığa əməl etməyərək gizlənmək məqsədi ilə Quba rayonuna getmişdir. Törətdiyi əməldən peşmandır. Zərərçəkmiş Zərərçəkmiş şəxs göstərmişdir ki, Göyçay rayonu Ləkçıplaq kəndində yaşayır. Yaşadığı evin həyətindəki tövlənin təmirə ehtiyacı olmuşdur. Bununla bağlı Göyçay şəhərində tikinti işi aparan “X1’ MMC ad ilə şirkət olması barədə məlumat aldıqdan sonra xx.xx.2023-cü il tarixdə özünü şirkətin işçisi kimi təqdim edən Şəxs zəng edərək ondan həyətindəki tövləni təmir etdirmək istədiyini bildirmişdir. xx.xx.2023-cü il tarixdə Şəxs onun yaşadığı ünvana gələrək tövləyə baxmış və təmiri üçün ondan beh olaraq 300 manat pul istəmişdir. Şəxs kart hesabına xx.xx.2023-cü il tarixdə 300 manat pul göndərmişdir. xx.xx.2023-cü il tarixdə müqaviləni bağlamaq üçün Şəxs Göyçay şəhəri, Nizami küçəsində yerləşən ofisinə getmiş, həmin vaxt Şəxs ofisi bağlı olmuş və özünün harada olması məlum deyildir. Daha sonra Şəxs digər şəxsləri də aldadaraq pullarını ələ keçirdiyini öyrənmişdir. Hazırda ona dəymiş ziyan ödənilməmişdir. Buna görə də inzibati xəta törətmiş Şəxs şikayətçidir və barəsində qanuni tədbir görülməsini məhkəmədən xahiş etmişdir. Məhkəməyə təqdim edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə Göyçay rayonu Ləkçıplaq kəndində Zərərçəkmiş şəxs qarşı dələduzluq edərək 300 manat pulunu talamışdır. Dəymiş zərərin məbləği 500 manatdan az olduğundan onun barəsində cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati tədbir görülməsi məsələsinə baxılması üçün qərar aidiyyəti üzrə Göyçay RPŞ-nin İTB-nə göndərilmişdir. Məhkəmə baxışı zamanı tədqiq edilmiş sübutlar və tərəflərin izahatları ilə müəyyən edilmişdir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.4. Bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Həmin Məcəllənin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə -yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə Şəxs inzibati tənbeh təyin edərkən törətdiyi əməlin xarakterini, törədilmə şəraitini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, ona Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs tənbeh növü təyin edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərarverdi: Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə təqsirli bilinib, ona 25 (iyirmi beş) gün müddətinə inzibati həbs təyin edilsin. Həbsin əvvəli xx.xx.2023-ci il tarixdən saat 17:20-dən hesablansın. Qərarın icrası Göyçay rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Şəki Apelyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hakim : Gülnaz Qurbanova
Məhkəmə qərarları › İş №3(046)-670/2023
Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-670/2023
09.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver