Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-672/2025 02.10.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 264.0.3-cü maddəsi ilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X2 Xidməti 11 saylı X4 Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala Göyçay şəhərində açıq məhkəmə iclasın baxaraq, məhkəmə müəyyən etdi: Şəxs haqqında İXM-nin 264.0.3-cü maddəsi ilə inzibati xəta protokolu tərtib edilərək baxılması üçün Göyçay Rayon Məhkəməsinə göndərilmişdir, ona görə ki, xx.xx.2025-ci il tarixdə keçirilmiş monitorinq zamanı Göyçay rayonu Alpout kənd ərazisində su obyektlərinin istifadəsinə və mühazifəsinə nəzarət orqanı ilə razılaşdırılmış layihə sənədləri olmadan Alpout kənd suvarma kanalının mühafizə zolağında Şəxs tərəfindən mişar daşından hasar inşa edilmişdir. İş üzrə inzibati xəta törətmiş şəxs Şəxs izahat verərək göstərmişdir ki, Göyçay rayonu Alpout kəndində fərdi yaşayış evinin yaxınlığından keçən suvarma arxının mühafizə zonasında bilmədən mişar daşından hasar inşa etmişdir. Törətdiyi əməlindən peşmandır. xx.xx.2025-ci il tarixli 002235 nömrəli aktdan görünür ki, Orucov X3 rayonu Alpout kənd ərazisində su obyektlərinin istifadəsinə və mühazifəsinə nəzarət orqanı ilə razılaşdırılmış layihə sənədləri olmadan Alpout kənd suvarma kanalının mühafizə zolağında uzunluğu 90 metr, hündürlüyü 2.40 metr olan mişar daşından hasar inşa etmişdir. Azərbaycan Dövlət Su X1 Su Melorasiya Xidməti PHŞ X5 Sistemlərinin İstismarı İdarəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Göyçay rayonu Alpout kəndi ərazisindən keçən suvarma arxı Alpoud-4 suvarma arxıdır. Arxın uzunluğu 6.69 km, suburaxma qabiliyyəti 0.29 m3/san, xidmət etdiyi ərazi 26 ha-dır. Su mühafizə zonalarının, onların sahil mühafizə zolaqlarının, ölçülərinin, sərhədlərinin və istifadəsinin müəyyən edilməsi Qaydalarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 mart 2000-ci il tarixli 56 saylı qərarının 12-ci bəndindən görünür ki, Magistral və təsərrüfatlararası kanallar və kollektorlar boyu su mühafizə zonalarının minimum eni onların su buraxma qabiliyyətindən asılı olaraq aşağıdakı hədlərdə qəbul edilir: 3 kbm/san-yə qədər olduqda—5 m; 3—10 kbm/san olduqda—10 m; 10—30 kbm olduqda—25 m; 30—50 km/san olduqda—60 m; 50 kbm/san-dən artıq olduqda—100 m. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Orucov X3 rayonu Alpout kəndi ərazisindən keçən suvarma arxı Alpoud-4 suvarma arxının mühafizə zonasında mişar daşından hasar inşa etdiyinə görə onun Azərbaycan Respublikası İXM-nin 264.0.3-cü maddəsində nəzərdə tutulan inzibati xətaya yol verməsi tam sübuta yetir. Buna görə də Şəxs həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati tənbeh təyin edilməlidir. Azərbaycan Respublikası İXM-nin 264.0.3-cü maddəsinə əsasən su mühafizəsi zonaları və sahil mühafizə zolaqları ilə bağlı Azərbaycan Respublikasının Su Məcəlləsində müəyyən edilmiş tələblərə riayət edilməməsinə görə - fiziki şəxslər altı yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər yeddi min beş yüz manatdan on min manatadək məbləğdə cərimə edilir. Məhkəmə Şəxs inzibati tənbeh təyin edərkən, törətdiyi əməlin xarakterini, törədilmə şəraitini məsuliyyətini yüngülləşdirən, eləcə də məsuliyyətini ağırlaşdıran halın olmamasını nəzərə alaraq, ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə inzibati tənbeh növünün təyin edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 264.0.3-cü maddəsi ilə təqsirli bilinib, ona 600 manat məbləğində inzibati cərimə təyin edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Şəki Apelyasiya məhkəməsinə şikayət və protest verilə bilər. Hakim İbrahim Fəttahov.
Məhkəmə qərarları › İş №3(046)-672/2025
Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-672/2025
02.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver