Məhkəmə qərarları › İş №3(046)-673/2025

Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-673/2025

22.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-673/2025 22.09.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Qurbanova Gülnaz İntiqam qızının sədrliyi, Əliyeva Leyla Bəhər qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən X2, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs, X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1989-cu ildə Göyçay şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə Göyçay rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokollara və ona əlavə olunmuş materiallara baxaraq, məhkəmə müəyyən etdi: Şəxs xx.xx.2025-ci il tarixdə X3 aldadaraq dələduzluq yolu ilə 50 ədəd 500 manat dəyərində ev quşlarını əla keçirib, xırda talamaqla zərərçəkmiş şəxsə zərər vurmuşdur. Bundan başqa 2025-ci ilin iyun ayının əvvəllərində Zərərçəkmiş şəxs aldadaraq dələduzluq yolu ilə 300 manat dəyərində ev quşlarını əla keçirib, xırda talamaqla zərərçəkmiş şəxsə maddi zərər vurmuşdur. Qeyd olunanlara əsasən Şəxs barəsində Göyçay rayon polis şöbəsinin sahə rəisi X5 tərəfindən inzibati xəta haqqında protokollar tərtib edilmiş və baxılması üçün Göyçay Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmədə inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Göyçay rayon polis şöbəsinin sahə rəisi, polis mayoru X5 inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, Şəxs barəsində rayon polis şöbəsinə şikayətlər daxil olmuşdur. Şikayətlə bağlı iş araşdırılaraq materilların biri təhqiqat bölməsindən, digəri isə istintaq bölməsindən daxil olmuşdur. Şəxs xx.xx.2025-ci il tarixdə X3 aldadaraq dələduzluq yolu ilə 50 ədəd, 500 manat dəyərində ev quşlarını əla keçirib, xırda talamaqla zərərçəkmiş şəxsə zərər vurmuşdur. Bundan başqa 2025-ci ilin iyun ayının əvvəllərində Zərərçəkmiş şəxs aldadaraq dələduzluq yolu ilə 300 manat dəyərində ev quşlarını əla keçirib, xırda talamaqla zərərçəkmiş şəxsə maddi zərər vurmuşdur. Daha sonra barəsində inzibati qaydada tutma protokolu tərtib edilərək müvəqqəti saxlama yerində saxlanılmış, İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı inzibati xəta haqqında protokollar tərtib edilərək baxılması üçün məhkəməyə gətirilmişdir. Şəxs barəsində qanuna müvafiq qaydada qərar qəbul edilməsini xahiş etmişdir. Göyçay rayon polis şöbəsinin sahə rəisi X5 həmçinin ona verilən suala cavab olaraq bildirmişdir ki, Şəxs xx.xx.2025-ci ildə saat 17:00-da tutulmuşdur. Zərər çəkmiş şəxslərə dəymiş ziyan ödənilməmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, zərərçəkmiş şəxslərə borcu olmuş, maddi imkanı olmadığı üçün borcunu ödəyə bilməmişdir. Xurma mövsümu vaxtı işləyib borcundan hissə-hissə ödəniş edəcəkdir. Hal-hazırda ödəniş etməyə maddi imkanı yoxdur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, 3 ay bundan əvvəl o, “Tap.az” elan saytında toyuqların satılması ilə bağlı paylaşım etmiş, Şəxs ona zəng edərək həmin toyuqların yaşadığı ünvana gətirməsini, gətirdikdən sonra kartına 300 manat pul yükləyəcəyini bildirmişdir. O, da 300 manat dəyərində 11 ədəd qaz, 2 ədəd ördək və 1 ədəd toyuq vermişdir. Daha sonra Şəxs mobil telefonuna zəng etdikdə Nicat ona pulu 1 saata göndərəcəyini bildirmiş, lakin göndərməmişdir. O, həmin toyuqları Şəxs verdikdə Nicat toyuqlara baxaraq təhvil götürmüşdür. Hal-hazırda Şəxs tərəfindən ona dəymiş ziyan ödənilməmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X4 izahatında göstərmişdir ki, yaşadığı evdə olarkən həmkəndlisi Qnyaz adlı şəxs onun mobil telefonuna zəng edərək ondan həyətində toyuq olub-olmamasını, varsa əgər almaq istəyən olduğunu deyərək mobil nömrəsinin həmin şəxsə verəcəyini bildirmişdir. Sonra Şəxs ona zəng edərək onda toyuq olub-olmamasını soruşmuş, bir qədər sonra bazarın yanına gedərək onunla görüşmüşdür. Əvvəlcədən o, Şəxsla şəxsi tanışlıqları olmasa da Göyçay rayon sakini kimi tanımışdır. Şəxs ayın 14 gününə toy olacağını 2 gündən sonra aldığı toyuqların pulunu toy günü qaytaracağını bildirmiş, onunla razılaşaraq toyuqları Nicatın yaşadığı evə gətirərək təhvil vermişdir. Sonra ayın 14 günü ona zəng edərək pulunu istədikdə borclu olduğu pulu səhər verəcəyinə vəd verərək 3 ay müddətdən çoxdur ki, ona borclu olduğu pulu qaytarmayaraq ona maddi zərər vurmuşdur. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, Zərərçəkmiş şəxs müraciəti əsasında toplanmış material əsasında Şəxs əməli üzrə cinayət işinin başlanması rədd edilmiş, inzibati xətanı törətmiş şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün qərarın surəti Göyçay RPŞ-nin İTB-nə göndərilmişdir. xx.xx.2025-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, X1 müraciəti əsasında toplanmış material əsasında Şəxs əməli üzrə cinayət işinin başlanması rədd edilmiş, inzibati xətanı törətmiş şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün qərarın surəti Göyçay RPŞ-nin İTB-nə göndərilmişdir. xx.xx.2025-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 17:00-da inzibati qaydada tutulmuşdur. R-X6 Cəmiyyəti tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, R-X6 Cəmiyyətinə məxsus “Təzə Bazar” ticarət mərkəzində xx.xx.2025-ci il tarixdə 1 (bir) ədəd toyuqun satış qiyməti 10 (on) manat, 1 ədəd qazın satış qiyməti 24 (iyirmi dörd) manat, 1 (bir) ədəd ördəyin satış qiyməti 13 (on üç) manat təşkil edir. Ümumilikdə 1 ədəd toyuq, 11 ədəd qaz və 2 ədəd ördəyin satış qiyməti 300 manat təşkil edir. R-X6 Cəmiyyəti tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, R-X6 Cəmiyyətinə məxsus “Təzə Bazar” ticarət mərkəzində xx.xx.2025-ci il tarixdə 1 (bir) ədəd toyuqun satış qiyməti 10 (on) manat təşkil edir. 50 (əlli) ədəd toyuqun satış qiyməti 500 (beş yüz) manat təşkil edir. Azərbaycan Respublikası İXM-in 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs istinad edilən inzibati xəta əməlinə inzibati xətalar qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, təqsirin əsası kimi məhkəmədə tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu əmələ qiymət verilməsi baxımından kifayət edir. Odur ki, məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunu tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində Şəxs təqsirliliyi öz izahatı ilə yanaşı, zərərçəkmiş şəxslərin izahatı və inzibati araşdırma materialları, inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilir və onun barəsində düzgün olaraq həmin maddə ilə protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs qeyd olunan hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsiri sübuta yetirildiyinə görə inzibati məsuliyyətinə cəlb edilməli və tənbeh edilməlidir. Məhkəmə Şəxs inzibati tənbeh təyin etmək məsələsini həll edərkən qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iş üzrə Şəxs törətdiyi əməlindən peşmançılığını məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirir. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın xarakterini, törədilməsi hallarını və vurduğu ziyandan ödəmə etməməsini nəzərə alaraq hesab edir ki, ona yalnız inzibati həbs növündə tənbeh təyin etməklə tənbehin məqsədlərinə nail olmaq olar. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsə inzibati həbslə əlaqədar olmayan cərimə tənbehinin təyin edilməsi isə məqsədəmüvafiq deyildir. Belə ki, maddi ziyandan ödəmə etməmişdir, zərərçəkmiş şəxslərlə barışığı yoxdur. Ona görə də, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində göstərilmiş inzibati həbs növündə tənbeh təyin edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs təyin edilən inzibati həbs müddətinin əvvəli ilə bağlı qeyd edir ki, işdə olan inzibati qaydada tutma haqqında protokolda o, xx.xx.2025-ci ildə saat 17:00-da tutulmuş, xx.xx.2025-ci il taerixdə isə məhkəmə iclasına gətirilmişdir. İşin müəyyən edilmiş mübahisəsiz hallarına əsasən Şəxs xx.xx.2025-ci il tarixdə məhkəməyə gətirilənədək Göyçay rayon polis şöbəsində, yəni polis əməkdaşlarının fasiləsiz nəzarəti altında olmaqla, onların müşayiəti ilə məhkəmə iclasına gəlmişdir. Belə olan halda məhkəmə hesab edir ki, ona təyin edilən inzibati həbs müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmalıdır. Həmin Məcəllənin 38.3-cü maddəsinə görə Cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-cü maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 23 (iyirmi üç) gün müddətə inzibati həbs tətbiq olunsun. İnzibati həbs müddətinin əvvəli 20 sentyabr 2025-ci il tarixdən saat 17:00-dan hesablansın. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. Qərarın icrası Göyçay rayon polis şöbəsinə həvalə edilsin. Qərarın sürəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Gülnaz Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar