Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-675/2023 14.11.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədirliyi, Bürcəliyev Sabir Arzu oğlunun katibliyi, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakı ilə, xx.xx.1952-ci il tarixdə Göyçay rayonu İnçə kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, sahibkarlıq fəaliyyəti ilə məşqul olan, Göyçay rayonu İnçə kəndində qeydiyyatda olan və yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə Göyçay RPŞ-dən daxil olmuş inzibati xəta haqqında materiala Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs barəsində xx.xx.2023-cü il tarixdə Göyçay RPŞ-də Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə inzibati xəta protokolu tərtib edilərək, baxılması üçün Göyçay Rayon Məhkəməsinə göndərilmişdir, ona görə ki, Şəxs 14.11.202-cü il tarixdə saat 10 radələrində Göyçay rayon İnçə kəndində özünə məxsus mağazanın qarşısında polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmədə izahat vermiş Şəxs göstərmişdir ki, Göyçay rayonu İnçə kəndində yaşayır, özünə məxsus mağazada ərzaq satışı ilə məşqul olur. xx.xx.2023-cü il tarixdı işlətdiyi mağazanın qarşısında avtomobil yanacağı olan benzin (plasmas butulkalarda) satışını həyata keçirərkən iki nəfər polis əməkdaşı ona yaxınlaşmış, benzin satışını qanunsuz olduğunu, dərhal satışı dayandırmağını bildirmişlər. Polis əməkdaşlarına işlətdiyi mağazanın qarşısında benzin satışını həyata keçirdiyini bildirən zaman, polis əməkdaşı qolundan tutaraq, “sənin başına oyun açacam, gedək polis şöbəsində gör sənə nələr edəcəm” ifadələrin işlətmişdir. Polis əməkdaşlarına özünün könüllü olaraq polis şöbəsinə gedəcəyini bildirmişdir. Daha sonra polis şöbəsinə getmiş, polis şöbəsində qanunsuz küçə alveri etdiyi üçün inzibati qaydada cərimə edilmişdir. Polis əməkdaşlarına qarşı kobudluq etməmiş, ictimai qaydanı pozmamış və onlara müqavimət göstərməmişdir. Buna görə də barəsində tərtib edilmiş inzibati protokol üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında təqdim eidlmiş DVD disk görüntülərinə keçirilən vizual baxış zamanı müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdə Göyçay rayonu İnçə kəndində Şəxs hərəkətlərində polis əməkdaşlarının qanuni tələblərinə tabe olmama halı müəyyən edilməmişdir. Məhkəmə, məhkəmə baxışı zamanı tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyi sübuta yetməmişdir. Məhkəmə hesab edir ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 10 radələrində Göyçay rayonu İnçə kəndində ictimai qaydanın pozulmasına səbəb olan hərəkətlərə yol verməmiş, inzibati xəta törətməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-nin 53.0-cı maddəsinə əsasən aşağıdakı hallarda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir: 53.0.1. inzibati xəta hadisəsi olmadıqda; 53.0.2. inzibati xəta tərkibi olmadıqda; Azərbaycan Respublikası İXM-nin 8.1.-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2.-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3.-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 76.1.-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1.-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2.-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.0.5.-ci maddəsinə əsasən hakim inzibati xətalar haqqında işlərə baxarkən mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanması məsələsini həll edir. Sadalananlara əsasən məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2023-cü il tarixli inzibati xəta protokolu üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 114, 115, 128, 129 və 130-ci maddələrini rəhbər tutaraq QƏRARAALDİ: Şəxs barəsində Göyçay RPŞ-də Azərbaycan Respublikası İXM-nin 535.1.-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2023-cü il tarixli inzibati xəta protokolu üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №3(046)-675/2023
Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-675/2023
14.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver