Məhkəmə qərarları › İş №3(046)-675/2024

Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-675/2024

22.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-675/2024 22.07.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Mən, Göyçay Rayon Məhkəməsinin hakimi X1, xx.xx.1993-cü ildə Göyçay rayonunda anadan olmuş, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Göyçay rayonu, 2-ci Ərəbcəbirli kəndində qeydiyyatda olan yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu və 535.1-ci maddələrinin tələblərinin pozulması ilə əlaqədar Göyçay rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdim: Şəxs 20 iyul 2024-cü il tarixdə, saat 00.30 radələrində sərxoş vəziyyətdə Göyçay rayonu Potu kəndi ərazisində yerləşən «Palmalı» kafesində ucadan nalayiq ifadələr işlədərək xırda xuliqanlıq hərəkətlərini etmiş, onu nizam-intizama dəvət edən ictimai qaydanın mühafizə vəzifələrini icra edən Göyçay rayon Polis Şöbəsinin PPXB-nin polis nəfərləri Elnur Səlimovun və Bayram Nəbiyevin qanuni tələblərinə qəsdən tabe olmamışdır. İnzibati xəta hadisənin olması 22 iyul 2024-cü il tarixli inzibati xəta haqqında protokolla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və şahidlərin izahatı, habelə inzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərlə təsdiq olunur. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, Şahin onun qohumudur. xx.xx.2024-cü il tarixdə, saat 22 radələrində Şahin adlı şəxslə birlikdə “Palmali” adlanan kafeyə getmişlər. Şahinlə aralarında zarafatları var. Orada birlikdə yeyib içən zaman Şahin ucadan zarafatla söyüş söymüşdür. O Şahini sakitləşdirmək istəsədə Şahin yenədə uca səslə söyüş söymüşdür. Daha sonra orada olan polis əməkdaşları onlara yaxınlaşaraq kafedən kənara çıxartmışlar və rayon polis şöbəsinə gətirmişlər. Törətdiyi əməlindən peşmandır. Məhkəmə iclasında şahid qismində izahat vermiş Göyçay rayon Polis Şöbəsinin PPXBnin polis nəfəri X3 izahat verərək bildirdi ki, xx.xx.2024-cü il tarixdə saat 00:30 radələrində Göyçay RPŞ-nin PPXB-nin polis nəfəri Bayram Nəbiyevlə birlikdə xidmətdə olan zaman Göyçay rayonu, Potu kəndində yerləşən “Palmali” kafedə 2 nəfər tanımadıqları şəxsin ucadan səs-küy salıb ünvansız nalayiq söyüşlər söydüyünü görmüşlər. Onlar həmin şəxsləri sakitləşdirib nizam-intizama dəvət etmişlər, həmin şəxsləri kafedən kənara çıxartmışlar. Lakin söyüş söyən şəxslər onların qanuni tələblərinə qəsdən tabe olmayaraq öz hərəkətlərinə davam ediblər. Bu səbəbdən həmin şəxlərin barəsində qanuni tədbir görülməsi üçün Göyçay RPŞ-nə gətirib növbətçi hissəyə təhvil vermişlər. Məhkəmə iclasında şahid qismində izahat vermiş X2 izahat verərək bildirdi ki, xx.xx.2024cü il tarixdə saat 23 radələrində Potu kəndində yerləşən “Palmali” kafeyə çay içməyə getmişdir. Kafedə 2 nəfər şəxs oturub yeyib içirdi. Həmin şəxslərin bir-birilərinə qarşı söyüş söydüklərini eşitmiş həmin vaxtı polis əməkdaşları onlara yaxınlaşdılar. Polis əməkdaşları onları ictimai qaydaları pozmamağa sakitləşdirməyə çalışdı. Lakin həmin şəxslər yenədə öz hərəkətlərini davam edirdilər. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli 022749 nömrəli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 01:30-da inzibati qaydada tutulmuş, xx.xx.2024-cü il tarixdə, saat 12:25-də azad edilmişdir. İş materiallarına əlavə edilmiş 20 iyul 2024-cü il tarixli 273 saylı sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Şəxs orta dərəcəli sərxoşluq müəyyən olunmudur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 34.3-cü maddəsinə görə şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Həmin Məcəllənin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Həmin Məcəllənin 31-33-cü maddələrinə müvafiq olaraq inzibati tənbeh tətbiq edərkən xətanın idarəçilik qaydaları əleyhinə olması barədə xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun əmlak vəziyyətinin qənaətbəxş olması nəzərə alınır. Bundan başqa inzibati xəta törədən şəxsin əməlindən peşman olması məsuliyyəti yüngülləşdirən hal olması, inzibati xətanın sərxoş halda olan şəxs tərəfindən törədilməsi məsuliyyəti ağırlaşdıran hal olması nəzərə alınır. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək hesab edirəm ki, inzibati xəta törətmiş şəxs Şəxs eyni vaxtda öz hərəkətləri ilə həm İXM-in 510-cu,həm də 535.1-ci maddəsi ilə inzibati xəta törətdiyindən, daha ciddi xətaya görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə müəyyən edilmiş sanksiya çərçivəsində İXM-in 31.4-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla inzibati cərimə tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114,115 ,128-130-ci maddələrini rəhbər tutub, qərara aldım: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinərək 150 manat cərimə edilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən on gün müddətində qərardan Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elçin Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar