Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-678/2024 23.07.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Göyçay Rayon Məhkəməsinin hakimi Qurbanova Gülnaz İntiqam qızının sədrliyi, Nəsirov Məhəmməd Yasin oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs iştirakı ilə, 19 avqust 1977-ci il tarixdə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, fərdi əməklə məşğul olan, Kürdəmir şəhəri, İ.Məmmədov küçəsi, ev 3-də qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinin tələbinin pozulması ilə əlaqədar Göyçay rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: Şəxs 23 iyul 2024-cü il tarixdə saat 10 radələrində Göyçay rayonu, Bəydövül kəndi ərazisində Zərərçəkmiş şəxs və onun ailə üzvlərinin ünvanına ucadan nalayiq söyüşlər söyərək xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər etmişdir. Bu barədə Göyçay rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi, polis baş leytenantı X4 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərərk baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında Göyçay rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X4 izahat verərək bildirdi ki, X3 DİN-nin 102 xidmətinə etdiyi müraciəti əsasında əməliyyat qrupu ilə birlikdə Göyçay rayonu, Bəydövül kəndinə getmiş, orada olarkən Zərərçəkmiş şəxs qohumu Şəxs tərəfindən onun və ailə üzvlərinin ünvanına nalayiq söyüşlərlə söyülərək təhqir olunduğunu bildirmişdir. Daha sonra Dadaşov X1 ərazisində saxlanılaraq polis şöbəsinə gətirilmiş, barəsində İnzibati Xətalar Məcəlləsinin 510 maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, ailə üzvləri ilə birlikdə Kürdəmir rayonunda yaşayır. Zərərçəkmiş şəxs onun yaxın qohumudur. xx.xx.2024-cü il tarixdə saat 10 radələrində Göyçay rayonu, Bəydövül kəndində yaşayan dayısı Etibargilə qonaq getmiş, onların yaşadığı evin qapısını döymüş, açan olmadığı üçün yenidən geri qayıtmışdır. Həmin vaxt o, orada olarkən Yasəmənin və onun ailə üzvlərinin ünvanına nalayiq söyüşlər söyməmişdir. Məhkəmədə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs izahat verərək bildirdi ki, ailə üzvləri ilə birlikdə Göyçay rayonu, Bəydövül kəndində yaşayır. Şəxs onun yaxın qohumudur. Şəxs dəfələrlə onların yaşadığı evə gələrək onun və ailə üzvlərinin ünvanına nalayiq söyüşlər söyərək təhqir etmişdir. Sonuncu dəfə onun hərəkətləri dözülməz həddə çatdığı üçün qızı Elnarə Bağırova DİN-nin 102 xidmətinə zəng edərək Qorxmazdan şikayətçi olduğunu bildirmişdir. xx.xx.2024-cü il tarixdə saat 10 radələrində Qorxmaz onların yaşadığı evə gələrək ucadan nalayiq söyüşlər söymüş, ona təkidlə qapını açmasını, açmadığı halda yaşadığı evi yandıracağını deyərək hədələmişdir. Qorxmazın gəldiyini eşitdikdən sonra qonşunun evində gizlənmək qərarına gəlmişdir. Daha sonra həmin əraziyə polis əməkdaşları gəlmiş, Qorxmazın barəsində tədbir görülməsi üçün polis şöbəsinə aparmışlar. Şəxs şikayətçidir. Barəsində qanuna müvafiq qaydada tədbirlər görülməsini xahiş edir. İş materiallarında olan və məhkəmə baxış iclasında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli MN saylı ******* saylı protokoldan görünür ki, Şəxs 23 iyul 2024cü il tarixdə saat 10 radələrində Göyçay rayonu, Bəydövül kəndi ərazisində Zərərçəkmiş şəxs və onun ailə üzvlərinin ünvanına nalayiq söyüşlər söyərək xırda xuliqanlıq etmişdir. Bu səbəbdən barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı inzibati xəta haqqında protokol tərtib edilmişdir. xx.xx.2024-cü il tarixli, 022748 saylı inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 12:00-da inzibati qaydada tutulmuşdur. 23 iyul 2024-cü il tarixli 279 saylı sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Şəxs orta dərəcəli sərxoşluq müəyyən olunmudur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanıın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır.Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin izahatı və inzibati materialda olan digər sənədlərlə Şəxs tərəfindən AR İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi öz təsdiqini tapmışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs söyüşdən istifadə etmədiyini, ucadan danışmadığını bildirsə də, onun izahatındakı həmin xüsusatlarla məhkəmə iclasında tədqiq edilmiş digər sübutlarla təkzib edilmişdir. Belə olan halda məhkəmə Şəxs özünü təqsirli bilməməsi ilə əlaqədar irəli sürdüyü dəlilləri özünü müdafiə xarakterli dəlillər kimi qiymətləndirir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsindən görünür ki, xırda xuliqanlıq xətasının tərkibinin mövcud olması ictimai qaydanı pozan hərəkətlərin törədilməsi zəruridir. İctimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. Həmin qaydaların pozulması nümayişkaranə şəkildə olmalı, yəni subyekt ictimai qaydanı pozmaqla yanaşı bunu cəmiyyətdə və açıq nümayiş etdirməli, əhalinin dincliyi pozulmalıdır. Məhkəmə prosess iştirakçılarının izahatlarını dinləyərək, iş materiallarına əlavə edilmiş sübutları tədqiq edərək müəyyən etdi ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs sərxoş olduğundan əsəbi və aqressiv formada davranaraq zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs ünvanına nalayıq ifadələr işlətmiş, hadisə yerində başqa şəxslər (qonşular) olmuş, onun ucadan danışması nəticəsində hadisə yerinə kənar şəxslər gəlmişdir. Bu da Şəxs tərəfindən ictimai qaydanın pozulması ilə nəticələnən hərəkətlər etməsinə dəlalət edir. Odur ki, məhkəmənin gəldiyi qənaət ondan ibarətdir ki, Şəxs AR İXM-nin 510-cu maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyasının hüdudları daxilində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs inzibati xətanı sərxoş vəziyyətdə törətməsini və inzibati xətaya görə inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən 1 il ərzində həmin əməlin təkrar törədilməsini Azərbaycan Respublikası İXM-nin 33.1.2 və 33.1.7-ci maddəsinə əsasən məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alır. Məsuliyyətini yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati xətanı törətmiş şəxsin əvvəllər də eyni xarakterli inzibati xətaların törətdiyini və inzibati xətaya görə inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən 1 il ərzində həmin əməlin təkrar törədilməsini nəzərə alaraq hesab edir ki, ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Belə ki, Şəxs üzərinə daha yüngül inzibati tənbeh növünün tətbiq edilməsi məntiqsiz və nəticə etibarilə səmərəsiz olar. Belə vəziyyətdə məhkəmə Şəxs inzibati həbs tənbehinin tətbiqini qaçılmaz sayır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43- 48, 106-115, 117-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 10 (on) gün müddətə inzibati həbs tətbiq olunsun. İnzibati həbs müddətinin əvvəli 23 iyul 2024-cü il tarixdən saat 12:00-dan hesablansın. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. Qərarın icrası Göyçay rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardan sürəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Gülnaz Qurbanova
Məhkəmə qərarları › İş №3(046)-678/2024
Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-678/2024
23.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver