Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-679/2023 27.11.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Bürcəliyev Sabir Arzu oğlunun katibliyi, X1 iştiraki ilə, X1 Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin BDYPİ-nin polis Polkovnik X2 xx.xx.2023-cü il tarixli EQ/17951723 nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdı̇ X9 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin BDYPİ-nin polis Polkovnik X2 09.11,2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv olunmasını və inzibati xəta haqqında işə xitam verilməsini xahiş etmişdir. Şikayətçi ərizəsini belə əsaslandırmışdır ki, MERCEDES BENZ E 240 markalı, ** XD *** dövlət qeydiyyatı nişanlı avtomobil onun xüsusi mülkiyyətindədir. X13 birlikdə xx.xx.2023-cü il tarixdə baş etibatnamə ilə sahibliyində və istifadəsində olan MERCEDES BENZ E 240 markalı, ** XD *** dövlət qeydiyyatı nişanlı nəqliyyat vasitəsi ilə oğlu Oqtay Məmmədov idarə etməklə Göyçay rayonundan Bərdə rayonuna toya gedərkən, xx.xx.2023-cü il tarixdə saat 15:58-də Bərdə-Bakı yolu 5.8-ci km Bərdə istiqamətində hərəkətdə olarkən, hərəkət surətini həddinin aşmışdır. Buna görə də Azərbaycan Respublikası İXM-in 328.1 və 332.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib etmiş, eyni tarixdə Azərbaycan Respublikası İXM-in 328.1 və 332.2-ci maddəsi ilə təqsirli bilinib 100 (yüz) manat inzibati cərimə olunmağım barədə qərar qəbul etmişdir. Barəsində Azərbaycan Respublikası İXM-in 328.1 və 332.2-ci maddəsi ilə inzibati xəta haqqında qərarın yazılmasına əsas olan Bərdə-Bakı yolu 5.8-ci km Bərdə istiqamətində MERCEDES BENZ E 240 markalı, ** XD *** dövlət qeydiyyatı nişanlı nəqliyyat vasitəsini idarə edərkən yolda müəyyən edilmiş hərəkət surətini 10-20km/ saat həddində aşması və nəqliyyat vasitəni idarə etmək hüququ olmadan nəqliyyat vasitəni idarə etməsi olmuşdur. Səhətində problemlər olduğu üçün uzaq məsafəyə nəqliyyat vasitəsini idarə edə bilmir. Bu səbəbdən xx.xx.2023-cü il tarixdə Göyçay rayonundan Bərdə rayonuna toya gedərkən baş etibatnamə ilə sahibliyində və istifadəsində olan MERCEDES BENZ E 240 markalı, ** XD *** dövlət qeydiyyatı nişanlı nəqliyyat vasitəsini oğlu Oqtay Məmmədov idarə etmişdir. Həmin nəqliyyat vasitəsində olmuşdur. Buda onu göstərir ki, oğlu həmin vaxt nəqliyyat vasitəsini idarə edərkən yol hərəkəti haqqında qanun tələblərini pozmamışdır. Buna görə də şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin BDYPİ-nə məlumat verilmiş, lakin nümayəndə məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə şikayət ərizəsinə, xx.xx.2023-cü il tarixli, EQ 17951723 saylı inzibati xəta haqqında iş üzrə qərara və digər iş materiallara baxaraq hesab edir ki, şikayət qismən təmin olunmalıdır. İş materiallarına əlavə edilmiş X4 verilməsi haqqında etibarnamədən görünür ki, MERCEDES BENZ E 240 markalı, ** XD *** dövlət qeydiyyatı nişanlı avtomobil baş etibarnamə ilə, (yəni sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq və ərizə vermək) X6 etibar edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli, EQ 17951723 saylı inzibati xəta haqqında qərardan görünür ki, X9 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 328.1 və 332.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 100 manat inzibati qaydada cərimə edilmişdir. Məhkəməyə təqdim edilmiş DVD disk görüntülərindən və foto şəkillərdən görünür ki, X5 xx.xx.2023-cü il tarixdə Bərdə-Bakı yolu 5.8-ci km-də Bərdə istiqamətində MERCEDES BENZ E 240 markalı, ** XD *** dövlət qeydiyyatı nişanlı avtomobildə olubolmadığını müyyən etmək mümkün olmamışdır. Məhkəmə baxışı zamanı tədqiq edilmiş sübutlarla X5 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.2-ci maddəsinə nəzərdə tutulmuş əməli törətməsi tam sübuta yetirilməmişdir. Bun görə də məhkəmə hesab edir ki, qeyd edilən qərar qanunvericiliyin tələblərinə cavab verməyən sübut növü olmaqla, inzibati icraat üzrə sübut edilməli olan halların sübuta yetirilməsində istifadə edilə bilməz. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 99.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xətalar haqqında işlər üzrə icraata başlamağa səbəb ola bilər. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən, protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. Həmin Məcəllənin 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. Həmin Məcəllənin 124.4-cü maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə haqqında qərar və ya inzibati xəta haqqında protokol operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal, yaxud belə kompüter olmadıqda həmin günün sonunadək müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə bu Məcəllənin 125.2.1-ci maddəsində nəzərdə tutulmuş qaydada bu barədə məlumat verilir. İnzibati tənbeh tətbiq etmə haqqında qərarın və ya inzibati xəta haqqında protokolun kağız daşıyıcıda surəti səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən yerindəcə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə, həmçinin belə müraciəti olduqda inzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsə verilir. Bu Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul edilən qərar qəbul edildiyi gün müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Məhkəmə X5 ərizəsində göstərdiyi xüsusatlara və məhkəmə baxışında verdiyi izahata hüquqi qiymət verərək hesab edir ki, X9 barəsində inzibati xəta protokolu üzrə qərar qəbul edilərkən törədilmiş inzibati xətanın törədilmə şəraiti, hadisənin baş verdiyi yerin sxeminin tərtib edilməməsi, inzibati xəta törətmiş şəxsin şəxsiyyəti, məsuliyyətini yüngülləşdirən, həmçinin məsuliyyətini ağırlaşdırılan halların olub olmamasını müəyyən edilməməsi, barəsində qərar qəbul edilərkən inzibati xəta törətmiş X5 verə biləcəyi vəsatətlərin nəzərə alınmaması xüsusatları, X6 istinad edilən inzibati xətanın araşdılması hüququnu məhdudlaşdırılmışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106-cı maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən bir sıra məsələləri o cümlədən inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələbinə müvafiq olaraq tərtib edildiyini (106.0.3), mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplandığını (106.0.5) həll edir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinin tələbinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması və həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Beləliklə, məhkəmə hesab edir ki, X1 şikayəti qismən təmin edilməli, X9 barəsində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin BDYPİ-nin polis Polkovnik X3 tərəfindən qəbul eidlmiş xx.xx.2023-cü il tarixli, EQ 17951723 saylı qərar ləğv edilməli, yenidən baxılması üçün Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin BDYPİ-nə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldi: X5 şikayəti qismən təmin edilsin. X9 barəsində İnzibati Xətalar Məcəlləsinin 328.1 və 332.2-ci maddəsi ilə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin BDYPİ-nin polis Polkovnik X3 tərəfindən X5 100 manat cərimə edilməsinə dair qəbul edilmiş xx.xx.2023-cü il tarixli, EQ 17951723 saylı inzibati xəta haqqında iş üzrə qərar ləğv edilsin. xx.xx.2023-cü il tarixdə baş vermiş inzibati xəta ilə bağlı araşdırma aparılmaqla yenidən baxılması üçün Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin BDYPİ-nə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Göyçay Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №3(046)-679/2023
Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-679/2023
27.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver