Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-679/2024 23.07.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Qurbanova Gülnaz İntiqam qızının sədrliyi, Nəsirov Məhəmməd Yasin oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Göyçay rayon X5 X7 inzibati təcrübə üzrə inspektoru X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, müdafiəçisi X1 və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs iştirakı ilə, 28 fevral 1979-cu il tarixdə Göyçay şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, işsiz, Göyçay şəhəri, Ə.Kərim küçəsi, ev 41-də qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 23 iyul 2024-cü il tarixli, AP ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Göyçay rayon X5 X7 inzibati təcrübə üzrə inspektoru X4 tərtib etdiyi protokolu müdafiə edərək göstərmişdir ki, Şəxs 21 iyul 2024-cü il tarixdə, saat 15:30 radələrində Göyçay şəhəri, S.Vurğun küçəsi ilə “TOYOTA LAND CRUİSER” markalı **-HC-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkətdə olarkən H.Əliyev prospekti ilə kəsişməyə çatan zaman 2.5 “Dayanmadan keçmək qadağandır” yol nişanının tələbini pozaraq hərəkəti davam etdirmiş və H.Əliyev prospekti ilə hərəkətdə olan “MERCEDES BENZ” markalı **-MK-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşaraq yol nəqliyyat hadisəsi törətmişdir. Araşdırma aparılarkən müəyyən edilmişdir ki, Şəxs avtomobili idarəetmə hüququ olmadan idarə etmişdir. Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törədilməsinə dair inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs özünü qismən təqsirli bilərək izahatında göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə, saat 15:30 radələrində etibarnamə və sürücülük hüququ olmadan idarə etdiyi “TOYOTA LAND CRUİSER” markalı **-HC-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Göyçay şəhəri, S.Vurğun küçəsi ilə hərəkətdə olarkən H.Əliyev prospekti ilə kəsişməyə çatan zaman hərəkətini davam etdirərək STOP yol nişanının tələblərini pozmuş, yol ayrıcından keçən zaman H.Əliyev prospekti ilə hərəkətdə olan “MERCEDES BENZ” markalı **-MK-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşaraq yol nəqliyyat hadisəsi törətmişdir. Bildirir ki, hadisə yol ayrıcından öz yoluna keçən zaman baş vermiş, hadisə vaxtı “MERCEDES BENZ” markalı avtomobilin yolda hərəkət sürəti yüksək olmuşdur. Törətdiyi əməlindən peşmandır. Barəsində yüngül inzibati tənbeh növünün seçilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahat verərək protokolda qeyd olunanları təsdiq etmiş və bildirmişdir ki, idarə etdiyi “MERCEDES BENZ” markalı **-MK-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə H.Əliyev prospektində saatda 40-50 km sürət ilə hərəkətdə olarkən yol ayrıcında “TOYOTA LAND CRUİSER” markalı **-HC-*** dövlət qeydiyyat nişanlı avtomobil yol nişanının tələbini pozaraq onun yoluna çıxmış və nəticədə yolnəqliyyat hadisəsi baş vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Göyçay rayon X5 X7 inzibati təcrübə üzrə inspektoru X4 tərəfindən tərtib edilmiş 23 iyul 2024-cü il tarixli, AP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 21 iyul 2024-cü il tarixdə, saat 15:30 radələrində Göyçay şəhəri, S.Vurğun küçəsi ilə “TOYOTA LAND CRUİSER” markalı **-HC-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkətdə olarkən H.Əliyev prospekti ilə kəsişməyə çatan zaman 2.5 “Dayanmadan keçmək qadağandır” yol nişanının tələbini pozaraq hərəkəti davam etdirmiş və H.Əliyev prospekti ilə hərəkətdə olan “MERCEDES BENZ” markalı **-MK-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşaraq yol nəqliyyat hadisəsi törətmişdir. Yol-nəqliyyat sxemindən görünür ki, “TOYOTA LAND CRUİSER” markalı **-HC-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə “MERCEDES BENZ” markalı **-MK-*** dövlət qeydiyyat nişanlı avtomobil Göyçay şəhəri, S.Vurğun küçəsi ilə H.Əliyev prospekti ilə kəsişməsində yol-nəqliyyat hadisəsi baş vermişdir. xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikası "xxxx" MMC-i tərəfindən verilmiş arayışdan görünür ki, “MERCEDES BENZ” markalı **-MK-*** dövlət qeydiyyat nişanlı avtomobilə 3990 manat məbləğində maddi ziyan dəymişdir. Məhkəmə inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 332.4-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə - beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs səmimi peşmançılığını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Həmin Məcəllənin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran halllar müəyyən edilməmişdir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, əmlak vəziyyətini, yaşayış tərzini, o cümlədən məsuliyyəti yüngülləşdirən halın olduğunu və ağırlaşdıran halların olmadığını nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədə müvafiqdir. Bundan başqa, məhkəmə hesab edir ki, Şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımı ödəməkdən azad edilməli və müdafiəçinin göstərdiyi hüquqi yardıma görə dövlət büdcəsinin vəsaiti hesabından Göyçay rayon Vəkil Bürosunun hesablaşma hesabına müvafiq məbləğdə pul köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21, 43, 106-112, 114.1.1, 115.1, 115.5, 117, 128.2.1, 130.1 və 332.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın icrası Şəxs qeydiyyatda olduğu yer üzrə Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımı ödəməkdən azad edilsin və Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyası Göyçay rayon Vəkil bürosunun vəkili X2 verilməkdən ötrü məhkəmə icraat zamanı göstərilmiş 4 iş saatı müddətində hüquqi yardım üçün 24 manat məbləğində pul Göyçay rayon Vəkil Bürosunun (Azərbaycan Respublikası Beynəlxalq Bankın Göyçay filialı, Bankın kodu 805294, VÖEN ********** M/h AZ03NABZ********************, SWİFT kodu İBAZAZ2X, hesablaşma hesabı AZ83İBAZ******************** (VÖEN **********) hesabına ödənilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Göyçay Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülnaz Qurbanova
Məhkəmə qərarları › İş №3(046)-679/2024
Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-679/2024
23.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver