Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-680/2023 15.11.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Qurbanova Gülnaz İntiqam qızının sədrliyi, Nəsirov Məhəmməd Yasin oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və inzibati xəta haqqında protokol tərtib etmiş Göyçay rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X1 iştirakı ilə, xx.xx.1981-ci ildə Göyçay rayonu, Hacalıkənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, Göyçay rayonu, Hacalıkənd kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tələblərinin pozulması ilə əlaqədar Göyçay rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq məhkəmə, müəyyən etdi: Şəxs 2206 ABŞ dolları məbləğində pulun tutularaq iddiaçı Zərərçəkmiş şəxs verilməsi barədə Göyçay Rayon Məhkəməsinin 2(046)-368/2020 saylı, 04 mart 2020-ci il tarixli icra sənədinin icrası ilə bağlı Göyçay rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. İnzibati xəta hadisəsinin olması 15 noyabr 2023-cü il tarixli inzibati xəta haqqında protokolla, barəsində inzibati xəta haqında iş üzrə icraat aparılan şəxsin və inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin izahatları, habelə inzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərlə təsdiq olunur. Məhkəmə iclasında protokolu tərtib etmiş şəxs Göyçay rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X2 izahat verərək bildirdi ki, Göyçay Rayon Məhkəməsinin 2(046)-368/2020 saylı, 04 mart 2020-ci il tarixli icra sənədi üzrə 2206 ABŞ dolları məbləğində pulun Şəxs alınaraq tələbkar Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. İcra sənədi üzrə icraata başlanılması ilə eyni tarixdə borcluya könüllü icra haqqında bildiriş və icraata başlamaq haqqında qərar göndərilmişdir. Buna baxmayaraq icra sənədinin icrası könüllü olaraq təmin edilməmişdir. İcra sənədlərinin icrası könüllü olaraq təmin edilmədiyi üçün “Elektron İcra" İnformasiya Sistemindən məlumat çıxarılmış, məlumata əsasən adına hər hansı daşınar və ya daşınmaz əmlak, yaşadığı mənzildə tələbin yünəldilə biləcəyi digər qiymətli əşya aşkar olunmamışdır. Borclunun rəsmi iş yeri yoxdur. Borclu Şəxs borcunu ödəmədiyinə görə dəfələrlə tərəfindən yazılı və şifahi qaydada xəbərdarlıq edilmiş, lakin Şəxs şöbəyə dəvət olunmasına baxmayaraq çağırışlara gəlməmişdir. Həmçinin, onun icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzbati məsuliyyətə, həmçinni qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətməyə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunacağı barədə rəsmi şəkildə xəbərdarlıq edilmişdir. Borclu Şəxs borcundan bu günədək 600 manat ödəniş etmiş, 3480 manat borcu qalmışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, borcunun olduğundan məlumatı vardır. Hal-hazırda himayəsində yaşayan ailə üzvü xəstə olduğu üçün heç bir yerdə işləyə bilmir. Buna görə də borcunu ödəməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Göyçay Rayon Məhkəməsinin 2(046)-368/2020 saylı, 04 mart 2020-ci il tarixli icra sənədindən görünür ki, cavabdeh Şəxs 2206 ABŞ dolları borc alınaraq Zərərçəkmiş şəxs verilməlidir. İcraata başlama haqqında xx.xx.2020-cı il tarixli qərarın surətindən görünür ki, Göyçay Rayon Məhkəməsinin 2(046)-368/2020 saylı, 04 mart 2020-ci il tarixli icra sənədinə əsasən iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Şəxs göndərilmişdir; İşin materiallarından görünür ki, Şəxs borcundan 600 manat ödəniş etmişdir. İzahatdan görünür ki, Şəxs icra sənədlərinin icrası tələb edilmiş, sonuncu hazırda imkanı olmadığını, gələcəkdə imkanı olduqça hissə-hissə ödəniş edəcəyini bildirmişdir. Məhkəmə işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək hesab edir ki, inzibati xəta hadisəsi olduğundan inzibati xəta törətmiş şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. İnzibati həbs növündə inzibati tənbehin müddəti İXM-nin 31.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Eyni zamanda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31-33 maddələrinə müvafiq olaraq inzibati həbs tətbiq edərkən xətanın idarəçilik qaydaları əleyhinə olması barədə xarakteri, inzibati xəta törədən şəxsin əmlak vəziyyətinin qənaətbəxş olmaması, iş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmaması nəzərə alınır. Məhkəmə hesab edir ki, inzibati xəta törətmiş şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasının həddləri daxilində müəyyən müddətə inzibati həbs edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114,115,128-130-cü maddələrini rəhbər tutub məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 8 (səkkiz) gün müddətə inzibati həbs olunsun. İnzibati həbs müddətinin əvvəli 15 noyabr 2023-cü il tarixdən saat 17:00-dan hesablansın. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. Qərarın icrası Göyçay rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən on gün müddətində qərardan Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülnaz Qurbanova
Məhkəmə qərarları › İş №3(046)-680/2023
Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-680/2023
15.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver