Məhkəmə qərarları › İş №3(046)-680/2025

Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-680/2025

25.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-680/2025 25.09.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Mən, Göyçay Rayon Məhkəməsinin hakimi X2, Zərərçəkmiş şəxs iştirakı ilə, xx.xx.1991-ci ildə Göyçay şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Göyçay şəhəri, Nizami küçəsi, ev 135 A, mənzil 43-də qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tələblərinin pozulması ilə əlaqədar Göyçay rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdim: Şəxs birgə nikah dövründə alınmış ünvan 1 ünvanında yerləşən 65 saylı mənzilin satışından banka olan ümumi borc bağlandıqdan sonra əldə olunmuş 1/2 hissəsinin Zərərçəkmiş şəxs ödənilməsi barədə Göyçay Rayon Məhkəməsinin 2(046)-123/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədinin icrası ilə bağlı Göyçay rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirməmişdir. İnzibati xəta hadisəsinin olması 25 sentyabr 2025-ci il tarixli inzibati xəta haqqında protokolla, barəsində inzibati xəta haqında iş üzrə icraat aparılan şəxsin və protokolu tərtib etmiş şəxsin izahatları, habelə inzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərlə təsdiq olunur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, Göyçay Rayon Məhkəməsinin 2(046)-123/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən birgə nikah dövründə alınmış ünvan 1 ünvanında yerləşən 65 saylı mənzilin satışından banka olan ümumi borc bağlandıqdan sonra əldə olunmuş 1/2 hissəsi Zərərçəkmiş şəxs verilməlidir.Mənzili satandan sonra əldə edilmiş vəsait onun haqqıdır,ona görə də Zərərçəkmiş şəxs heç nə verməmişdir.Himayəsində iki az yaşlı övladları vardır. Özünə məxsus mağazası vardır. Ordan əldə etdiyi gəlir ilə uşaqlarını saxlayır. Başqa heç bir yerdə işləmir. Hal hazırda heç bir ödəniş edə bilmir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahat verərək bildirdi ki, Şəxs ilə birgə nikah dövründə alınmış ünvan 1 ünvanında yerləşən 65 saylı mənzilin satışından banka olan ümumi borc bağlandıqdan sonra əldə olunmuş 1/2 hissəsi ona ödənilməlidir. Şəxs bu vaxta qədər ona heç bir ödəniş etməmişdir. Ona olan borcunun tam şəkildə ödənilməsini tələb edir. Şəxs ona olan borcunu tam ödəmədiyi halda onun barəsində daha ciddi inzibati tənbeh tədbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta protokolu tərtib etmiş şəxs Göyçay rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X1 izahat verərək bildirdi ki, Göyçay Rayon Məhkəməsinin 2(046)-123/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədi üzrə Şəxs birgə nikah dövründə alınmış ünvan 1 ünvanında yerləşən 65 saylı mənzilin satışından banka olan ümumi borc bağlandıqdan sonra əldə olunmuş 1/2 hissəsinin Zərərçəkmiş şəxs ödənilməsi qərara alınmışdır. Borclu Şəxs borcundan heç bir ödəniş etməmişdir.Onun icra sənədinin icrası ilə əlaqədar qanuni tələblərini yerinə yetirməmişdir. İnzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərdən görünür ki, İmani X3 Rayon Məhkəməsinin 2(046)-123/2025 saylı, xx.xx.2025-ci il tarixli, icra sənədində göstərilən məbləğin ödənilməsi barədə Göyçay rayon İcra və Probasiya şöbəsinin icra məmuru tərəfindən xəbərdar edilmişdir. İnzibati xəta haqqında protokola əlavə edilmiş Şəxs yazılı izahatından görünür ki, Göyçay Rayon Məhkəməsinin 2(046)-123/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədi üzrə heç bir ödəniş edə bilməyəcəyini bildirmişdir. Borcunu ödəmədiyi halda inzibati və cinayət məsuliyyətinə cəlb olunacağı ona bildirilmişdir. «Azemis» Elektron Məhkəmə İnformasiya Sistemindən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2015-ci il təvəllüdlü X4 və xx.xx.2018-ci il təvəllüdlü X5 adlı uşaqları anadan olmuşdur. «İcra haqqında « Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə görə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə görə icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Göründüyü kimi İXM-in 528.1-ci maddəsinin tərkibi məhkəmə və digər orqanlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilmədiyi və ya onun tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətlər etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin məhz üzrsüz səbəbdən icra edilmədiyi hallarda yaranır. İnzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərdən görünür ki, tələbin könüllü icrası üçün borclu Şəxs xx.xx.2025-ci il tarixli bildiriş təqdim edilmiş, tələbin könüllü icrası üçün 10 gün vaxt müəyyən edilmişdir. Lakin həmin müddət, həmçinin icra sənədinin icrası üçün qanunla müəyyən edilmiş müddət keçməsinə baxmayaraq icra sənədi üzrə tələb icra edilməmiş qalmışdır. Belə olan halda isə hesab edirəm ki, Göyçay Rayon Məhkəməsinin 2(046)- 123/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədi üzrsüz səbəbdən icra edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, əlilliyi olan uşaqlar, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31-33 maddələrinə müvafiq olaraq inzibati tənbeh tətbiq edərkən inzibati xəta törədən şəxsin əmlak vəziyyətinin qənaətbəxş olmaması, xətanın idarəçilik qaydaları əleyhinə olması barədə xarakteri, iş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmaması nəzərə alınır. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək hesab edirəm ki, inzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə müəyyən edilmiş sanksiya çərçivəsində müəyyən məbləğdə inzibati cərimə tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114,115,128-130-cü maddələrini rəhbər tutub, qərara aldım: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 600 (altı yüz) manat cərimə edilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən on gün müddətində qərardan Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elçin Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar