Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-687/2023 22.11.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Qurbanova Gülnaz İntiqam qızının sədrliyi, Nəsirov Məhəmməd Yasin oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Göyçay rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1988-ci il tarixdə Göyçay rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində iki azyaşlı uşağı olan, fərdi əməklə məşğul olan, Göyçay rayonu Bığır kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İXM) 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Göyçay rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına Şəxs İXM-in 528.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Göyçay rayon İcra və Probasiya şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə toplanmış material daxil olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu müdafiə edən icra məmuru X4 izahat verərək bildirmişdir ki, Göyçay Rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(046)- 845/2017 nömrəli icra vərəqəsinə əsasən cavabdehlər X1, X3 və Şəxs 3000 (üç min) manat məbləğində pul alınaraq iddiaçı X6 qaytarılmalıdır. xx.xx.2017-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş, borclulara tələbin könüllü icrası haqqında bildiriş verilmişdir. X5, X7 və Şəxs Göyçay Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(046)-845/2017 nömrəli icra sənədi üzrə tələbi üzrsüz səbəbdən icra etmədiklərinə görə Şəxs Göyçay Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli, 3(046)-455/2023 nömrəli qərarına əsasən İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinib, 500 manat məbləğində cərimə olunmuşdur. Bundan sonra Şəxs müxtəlif vaxtlarda ümumilikdə 1000 manat ödəniş etmişdir. Hal-hazırda sözügedən icra sənədi üzrə 2000 manat borcu mövcuddur. Göyçay Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(046)- 455/2023 nömrəli qərarının qüvvəyə mindiyi gündən bir il ərzində borclu şəxslər eyni icra sənədinə münasibətdə İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı təkrar törətdiyinə görə borclu Şəxs barəsində İXM-in 528.1-1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Odur ki, Şəxs inzibati qaydada məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, Göyçay Rayon Məhkəməsinin 2(046)-845/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədi üzrə ondan, mərhum atası X3 və anası X1 3000 manat pul alınaraq tələbkar X6 ödənilməsi qət edilmişdir. İmkanı olmadığı üçün tələbkara olan borcunu tam və vaxtından ödəyə bilməmiş, borcunu hissə-hissə ödəməyi təklif etmiş, lakin Zərərçəkmiş şəxs razılaşmamış, borcu tam olaraq tələb etmişdir. Hal-hazırda fərdi əməklə məşğul olaraq ailəsini dolandıran yeganə şəxs o olduğunu səbəb kimi göstərək qalıq borcundan 100 manat, sonra isə hər ay mütəmadi olaraq 100 manat ödəniş etmək imkanının olduğunu bildirmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Göyçay Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(046)-845/2017 nömrəli icra vərəqəsinə əsasən cavabdehlər X1, X3 və Şəxs 3000 (üç min) manat məbləğində pul alınaraq iddiaçı X6 qaytarılması qərara alınmışdır. İcraata başlamaq haqqında qərardan və bildirişdən görünür ki, xx.xx.2017-ci il tarixdə icra sənədi üzrə icraata başlanılmış və borcluya tələbin könüllü icrası barədə rəsmi bildiriş göndərilmişdir. Göyçay Rayon Məhkəməsinin 18 Göyçay Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(046)-455/2023 nömrəli qərarından görünür ki, Şəxs İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinib, 500 manat məbləğində cərimə edilmişdir. xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(046)-845/2017 nömrəli icra sənədi üzrə olan borcunu tam olaraq ödəməmişdir. Nəticədə Şəxs barəsində İXM-in 528.1-1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Elektron məhkəmə sistemindən çıxarışdan görünür ki, Şəxs xx.xx.2020-ci il və xx.xx.2023-cü il təvəllüdlü iki azyaşlı uşağı vardır. Məhkəmə, proses iştirakçılarını dinləyib, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində İXM-in 528.1-1-ci maddəsi ilə olan inzibati protokol əsaslı olaraq tərtib edilmişdir. Belə ki, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Göyçay Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(046)-845/2017 nömrəli icra üzrə tələb üzrsüz səbəbdən icra etmədiyinə görə Göyçay Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(046)-455/2023 nömrəli qərarına əsasən Şəxs İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinib, 500 manat məbləğində cərimə olunmuş, həmin qərarın qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı təkrar törətmişdir. Şəxs borcunu maddi imkanı olmadığından vaxtında ödəmədiyini bildirmişdir. Lakin məhkəmə qeyd olunan halı icra sənədinin üzrsüz icra edilməməsi kimi qiymətləndirir və bu səbəblə də, məhkəmə Şəxs İXM-in 528.1-1-ci maddəsi ilə inzibati qaydada məsuliyyətə cəlb edilməsi qənaətinə gəlir. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 4-cü maddəsinə əsasən bu məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunun ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. İXM-in 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, İXM-in 32.2-ci maddəsinə əsasən Şəxs hal-hazırda 2 azyaşlı uşağının və ailəni dolandıran yeganə şəxs onun olduğunu məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə, Şəxs əməlində İXM-in 33-cü maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. İXM-in 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İXM-in 528.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə - fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Məhkəmə, Şəxs şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halın olmasını və məsuliyyətin ağırlaşdıran halların olmamasını, törətmiş olduğu inzibati xətanın xarakterini və inzibati tənbehin məqsədlərinə nail olunmasını nəzərə alaraq hesab edir ki, Şəxs İXMin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 40, 43, 48, 48-51, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 1000 (bir min) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülnaz Qurbanova
Məhkəmə qərarları › İş №3(046)-687/2023
Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-687/2023
22.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver