Məhkəmə qərarları › İş №3(046)-688/2023

Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-688/2023

04.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-688/2023 04.12.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Mən, Göyçay Rayon Məhkəməsinin hakimi X3, xx.xx.1973-cü ildə Göyçay rayonu, Mallı-Şıxlı kəndində anadan olmuş, evli, orta təhsilli, Göyçay rayonu, Mallı-Şıxlı kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsinin tələblərinin pozulması ilə əlaqədar Göyçay rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdim: Şəxs 24 iyun 2023-cü il tarixdə yaşadığı Göyçay rayonu, Mallı-Şıxlı kəndində müvafiq icra hakimiyyəti orqanından xüsusi icazəsi olmadan sənədsiz qoşalüləli, 16 kalibrli, Toz markalı 86506-58 nömrəli ov silahını özündə saxlamışdır. İnzibati xəta hadisənin olması 18 noyabr 2023-cü il tarixli inzibati xəta haqqında protokolla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı, habelə inzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərlə təsdiq olunur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, təklüləli, qoşalüləli, 16 kalibrli, Toz markalı 86506-58 nömrəli ov tüfəngi mərhum atasından qalmışdır. Atası vəfat etmişdir. Həmin ov tüfəngini yaşadığı evdə saxlamış, sonradan sənədləşdirə bilmədiyi üçün aparıb Göyçay rayon Polis Şöbəsinə təhvil vermişdir. Törətdiyi əməldən peşmandır. İş materiallarında olan raportdan görünür ki, Göyçay rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi polis kapitanı İlkin Məhərrəmov xx.xx.2023-cü il tarixdə inzibati ərazidə ov silahlarının saxlanılması qaydalarını yoxlayarkən Göyçay rayonu, Mallı-Şıxlı kəndində yaşayan Şəxs təklükəli, 16 kalibrli, Toz markalı 86506-58 nömrəli ov silahını qeydiyyata aldırmadan özündə saxladığı müəyyən edilmişdir. İş materiallarında olan maddi sübutun götürülməsi barədə protokoldan görünür ki, Göyçay rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi polis mayoru X1, hal şahidləri X4 və X2 iştirakları ilə xx.xx.2023-cü il tarixdə Göyçay rayonu, Mallı-Şıxlı kəndində yaşayan Şəxs məxsus olan bir ədəd qoşalüləli, Toz markalı, 16 kalibrli, 86506-58 nömrəli ov silahı götürülərək Göyçay RPŞ-nin növbətçi hissəsinə təhvil verilmişdir. İş materiallarında olan Azərbaycan Ovçular və Balıqçılar Cəmiyyətləri İctimai birliyinin Ucar rayon Ovçuların 2 saylı dayaq məntəqəsi tərəfindən tərtib edilmiş aktdan görünür ki, bir ədəd qoşalüləli, 16 kalibrli, Toz markalı 86506-58 nömrəli ov tüfəngi yivsiz, lüləli mülki ov silahıdır. İş materiallarına əlavə edilmiş Göyçay rayon Polis Şöbəsinin rəisi Müqalib Abdiyev tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki,Göyçay rayonu Mallı- Şıxlı kənd sakini Şəxs götürülmüş bir ədəd qoşalüləli,16 kalibrli,»TOZ» markalı ,86506-58 nömrəli ov silahı yivsiz,lüləli mülki ov silahıdır Göyçay RPŞ-in odlu silahın uçotu və qeydiyyatı kitabında qeydiyyatda yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almamış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının əldə edilməsi, saxlanılması, daşınması, başqa şəxslərə verilməsi və ya satılmasına görə-silah və döyüş sursatı müsadirə edilməklə səksən manatdan yüz manatadək məbləğdə cərimə edilir. İş materiallarını nəzərdən keçirib, hesab edirəm ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və onun barəsində inzibati tənbeh tətbiq edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən,onun İ Qarabağ müharibəsi veteranı olması, iş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmaması nəzərə alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 26.1 və 26.2-ci maddələrinə əsasən inzibati xəta törətmiş şəxsin xüsusi mülkiyyətində olan, inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş hallarda həmin predmetin məcburi qaydada və ödənişsiz dövlətin mülkiyyətinə keçməsindən ibarətdir. İnzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 151.1 və 151.2-ci maddələrinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi haqqında qərar müsadirə edilmiş predmetin alınması və ödənişsiz, məcburi olaraq, dövlət mülkiyyətinə verilməsi yolu ilə icra edilir. Predmetin müsadirəsi haqqında qərarın icrası başa çatdıqda, bu barədə müvafiq qeyd aparılmaqla həmin qərar onu qəbul etmiş hakimə qaytarılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İ Qarabağ müharibəsi veteranı olmasını, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını və işin digər hallarını nəzərə alaraq onun barəsində əsas inzibati tənbeh tədbiri olaraq cərimənin, əlavə inzibati tənbeh tədbiri olaraq isə inzibati xətanın bilavasitə obyekti olan predmetin müsadirəsinin tətbiq edilməsini məqsədə müvafiq hesab edirəm. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldım: İnzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə təqsirli bilinərək, bir ədəd qoşalüləli, 16 kalibrli, Toz markalı 86506-58 nömrəli ov silahı müsadirə edilməklə, 80 (səksən) manat məbləğində cərimə edilsin. Qərardan sürəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Elçin Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar