Azərbaycan Respublikası adından QƏRARDAD Göyçay rayonu İş № 3(046)-689/2024 05.08.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Mən, Göyçay Rayon Məhkəməsinin hakimi X3, X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərarın ləğv edilməsi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq , müəyyən etdim: X2 xx.xx.2024-cü il tarixli, EQ 21054009-nömrəli inzibati xəta haqqında protokol əsasında barəsində tərtib edilmiş inzibati xəta haqqında iş üzrə xx.xx.2024-cü il tarixli qərarın ləğv edilməsini və inzibati xəta haqqında həmin işə xitam verilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, məhəllə 4094, ev 3, mənzil 57 qeydiyyatda olan Qurbanova Gülnaz İntiqam qızının mülkiyyətində olan «Ford Fiesta» MİNİK markalı, ** SJ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsininin idarə edilməsi üçün onun adına etibarnamə verilmişdir. Həmin avtomobilin idarə edilməsi üçün adına etibarnamə olsa da avtomobili şəxsən özü idarə etmir, çünki Türkiyə Respublikasında daimi olaraq yaşayır. Sözügedən nəqliyyat vasitəsini bacısı Qurbanova Gülnaz İntiqam qızı idarə edir. Buna baxmayaraq, bir neçə dəfə xüsusi texniki vasitənin məlumatlarına əsasən barəsində elektron qərar qəbul edilmiş və həmin qərar əsasında inzibati qaydada cərimə olunmuşdur. Halbuki, inzibati xəta törədildiyi zaman o ölkə hüdudlarından kənarda, yəni Türkiyə Respublikasında olmuşdur. İnizbati xəta haqqında qərardan ölkəyə gəlincə (xx.xx.2024cü il tarixində) xəbəri olmuşdur. Məlumdur ki, xüsusi texniki vasitələr nəqliyyat vasitənin adına etibarnamə olan şəxs və ya nəqliyyat vasitəsinin mülkiyyətçisi tərəfindən idarə edilməsi halını müəyyən etmək imkanına malik deyil. Sərhədkeçmə məlumatları yoxlanılarsa, nəqliyyat vasitəsi onun tərəfindən deyil, bacısı Qurbanova Gülnaz İntiqam qızı tərəfindən idarə olunması aşkar olunar. Göstərilənlərə əsasən hesab edir ki, işə məhkəmədə baxılarkən sərhədkeçmə məlumatları yoxlanılmalı (pasportun surəti əlavə olunmuşdur), inzibati xəta hadisəsini törətmədiyi müəyyən edilməli və xx.xx.2024-cü il tarixli, EQ 21054009-nömrəli inzibati xəta haqqında protokol əsasında barəsində tərtib edilmiş inzibati xəta haqqında iş üzrə xx.xx.2024cü il tarixli qərar ləğv edilməlidir. İnzibati xəta haqqında protokola baxılmasının yeri və müddəti ilə əlaqədar xəbərdar edilmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 məhkəməyə gəlməmiş, məhkəməyə ərizə ilə müraciət edərək xx.xx.2024-cü il tarixli, EQ 21054009 saylı qərarda nəzərdə tutulmuş cəriməni ödədiyindən, verilmiş şikayəti əlavə edilmiş sənədlərlə bilikdə geri qaytarılmasını xahiş etmişdir. Ona görə də Azərbaycan Respublikası İXM-in 61.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş qərarı qəbul etmiş Azərbaycan Respublikası DİN-nin Baş X6i İdarəsinin nümayəndəsi məhkəməyə gəlməmiş, Azərbaycan Respublikası İXM-nin 133.2.4-cü maddəsinə əsasən işə nümayəndənin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, hesab edirəm ki, şikayət baxılmadan geri qaytarılmalıdır . Belə ki, işə əlavə edilmiş xx.xx.2024-cü il tarixli elektron qərarın surətindən görünür ki, X2 idarə etdiyi “Ford Fiesta” minik markalı **-SJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə xx.xx.2024-cü il tarixdə saat 15:24-də Ağsu-Ağdaş yolunda müəyyən edilmiş hərəkət sürətini 21-40 km-saat həddində aşmaqla Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. Bu pozuntuya görə 50 manat cərimə tətbiq edilmişdir. İşə əlavə edilmiş X1 xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, o, xx.xx.2024-cü il tarixli, EQ 21054009 saylı qərarda nəzərdə tutulmuş cəriməni ödəmişdir. Bu səbəbdən verilmiş şikayəti əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından-yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilir. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən bu məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1–57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 52.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatda iştirak edən şəxslər icraatında həmin işlər olan hakimə, səlahiyətli orqana (vəzifəli şəxsə) baxılması məcburi sayılan vəsatət vermək hüququna malikdirlər. Həmin Məcəllənin 52.2-ci maddəsinə əsasən vəsatət yazılı formada verilir və o, dərhal baxılmalıdır. Vəsatətin təmin olunmasından imtina edildikdə, bu barədə qərardad qəbul edilir. Göstərilənlərə əsasən, hesab edirəm ki, X2 şikayətin geri qaytarılması barədə ərizə verdiyindən şikayət baxılmadan geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 118ci maddəsini rəhbər tutaraq, qərara aldım: Azərbaycan Respublikası DİN-nin Baş X6 İdarəsinin xx.xx.2024-cü il tarixli, EQ 21054009-nömrəli inzibati xəta haqqında protokol əsasında barəsində tərtib edilmiş inzibati xəta haqqında iş üzrə xx.xx.2024-cü il tarixli elektron qərarından X2 tərəfindən verilmiş şikayət geri qaytarılsın. Hakim: Elçin Qurbanov
Məhkəmə qərarları › İş №3(046)-689/2024
Göyçay Rayon Məhkəməsi Qərardad — İş №3(046)-689/2024
05.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver