Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-69/2021 29.03.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Göyçay Rayon Məhkəməsinin hakimi Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Xanbutov Elşən Aleksandr oğlunun katibliyi, X2nun və Azərbaycan Respublikasının Qida X1 regional bölməsinin nümayəndəsi X4 iştirakı ilə, X6 Azərbaycan Respublikasının X5nin X9 rəisi X7 tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli MN ******* saylı qərarından verdiyi şikayətə Göyçay şəhərində xx xxxx 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: X12 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının X5nin X9 rəisi X7 tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli MN ******* saylı qərarının ləğv edilməsi inzibati xəta üzrə işə xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X2 şikayətini müdafiə edərək göstərmişdir ki, Azərbaycan Respublikası Qida X3 Regional Bölməsinin əməkdaşları tərəfindən Göyçay rayonu Qaraməryəm kəndində ona məxsus kafedə inzibati xəta aşkar etdiyindən onun barəsində protokol tərtib edilmiş və həmin protokola əsasən onu 4000 (dörd min) manat cərimə edilməsi barədə MN 0898333nömrəli xx xxxxxx 2021-ci il tarixli qərar qəbul edilmişdir. Qərar onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Qida X3 Regional Bölməsi tərəfindən müəyyən edilmişdir ki, ona məxsus yeməkxanada epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması halları aşkar edilmiş, bu barədə Azərbaycan Respublikası Qida X3 Regional Bölməsinin əməkdaşları tərəfindən onun barəsində protokol tərtib edilmişdir. Hesab edir ki, xx xxxxxx 2021-ci il tarixli protokol və həmin protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında MN 0898333-nömrəli xx xxxxxx 2021-ci il tarixli qərar ləğv edilməlidir. Belə ki, Azərbaycan Respublikası Qida X3 Regional Bölməsinin əməkdaşları tərəfindən onun fəaliyyət göstərdiyi yeməkxanada heç bir reyd-yoxlama keçirilməmiş, fəaliyyət göstərdiyi yeməkxanada epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması hallarım təsdiq edəcək heç bir sübut əldə edilməmişdir. Fəaliyyət göstərdiyi yeməkxanada epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin tələblərinə onun tərəfindəntam əməl edilmişdir. Həmçinin Azərbaycan Respublikası Qida X3 Regional Bölməsinin rəisi barəsində tərtib edilmiş protokolun inzibati xətalar haqqında qanunvericiliyin tələbinə uyğun tərtib edilməməsini nəzərə almadan təkcə həmin protokola istinad etmiş, iş üzrə bütün halların məcmusuna hərtərəfli, tam və obyektiv baxmamışdır. Bundan başqa Azərbaycan Respublikası Qida X3 Regional Bölməsinin əməkdaşları tərəfindən tərtib edilmiş protokol hal şahidlərinin iştirakı olmadan tərtib edilmişdir. Halbuki, protokol tərtib edilərkən iki nəfərdən az olmamaqla hal şahidlərinin dəvət edilməsi və şahidlərin, onların ünvanlarının göstərilməsi inzibati xətanın baş verməsini, onun protokolda qeyd edilən şəxs tərəfindən törədilməsini sübut etmək məqsədini daşıyır. Həmçinin Azərbaycan Respublikası Qida X3 Regional Bölməsinin əməkdaşları ilk dəfə yeməkxanaya gələrək oranın sahibi X10 məsul vəzifəli şəxs kimi tanıyıb xəbərdarlığı ona ediblər. Ancaq qanun pozuntusu kimi qeydə alıb cəriməni ona tətbiq ediblər. Ona görə də inzibati xəta haqqında protokolun qanunun tələbinə uyğun tərtib edilməməsi onun sübut növü kimi qəbul edilməsinə imkan vermir. Buna görə də 4000 manat məbləğində cərimə edilməsini qanunsuz hesab edir və Azərbaycan Respublikasının X5nin X9 rəisi X7 tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli MN ******* saylı qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının X5nin nümayəndəsi X8 göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikasının X5nin X9 əməkdaşları tərəfindən Göyçay rayonu Qaraməryəm kəndində X11 məxsus kafedə reyd keçirilmiş, reyd zamanı X12 tərəfindən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejiminin pozulması halları müəyyən edilmişdir. Belə ki, X11 məxsus kafenin yeməkxana üçün nəzərdə tutulmuş zalında və otaqlarında stullar arası məsafəsi 1 metrdən az olduğu, həmçinin stollar üzərində dezinfeksiya edici mayelərin olmadığı aşkar edilmişdir. Həmin faktlar video çəkiliş vasitəsi ilə qeydə alınmışdır. Buna görə də şikayətin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş edirlər. Məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikasının X5nin Şamaxı regional bölməsi tərəfindən xx.xx.2021-ci il tarixdə tərtib edilmiş aktdan görünür ki, Göyçay rayonu Qaraməryəm kəndində X11 məxsus kafedə reyd keçirilmiş, reyd zamanı X12 tərəfindən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejiminin pozulması halları müəyyən edilmişdir. Belə ki, X11 məxsus kafenin yeməkxana üçün nəzərdə tutulmuş zalında və otaqlarında stullar arası məsafəsi 1 metrdən az olduğu, həmçinin stollar üzərində dezinfeksiya edici məhlulun olmadığı aşkar edilmişdir. Məhkəməyə təqdim edilmiş xx.xx.2021-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında qərardan görünür ki, X12 İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətdiyindən sahibkarlıq subyekti olan vəzifəli şəxs kimi 4000 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Məhkəməyə təqdim edilmiş DVD disk görüntülərindən görünür ki, Göyçay rayonu Qaraməryəm kəndində X11 məxsus kafenin yeməkxana üçün nəzərdə tutulmuş zalında və otaqlarında stullar arası məsafəsi 1 metrdən az olduğu, həmçinin stollar üzərində dezinfeksiya edici mayeləri olmamışdır. Məhkəməyə təqdim edilmiş Sahibkarlıq subyektlərinin elektron çıxarışından görünür ki, X12 ərzaq mağazası və restoran xidmətləri göstərməklə fərdi sahibkarlıqla məşqul olur. Vəzifəli şəxs hesab edilir. Məhkəmə baxışı zamanı müəyyən edilir ki, X12 fərdi sahibkar kimi vergi ödəyicisidir. xx.xx.2021-ci il tarixdə özünə məxsus Göyçay rayonu Qaraməryəm kəndində yerləşən kafedə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejiminin pozulmadığını iddia edir, buna görə də barəsində tərtib edilmiş xx.xx.2021-ci il tarixli qərar əsasında 4000 manat cərimə edilməsinə dair qəbul edilmiş qərarı əsassız hesab edir. Halbuki, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlarla X6 xx.xx.2021-ci il tarixdə özünə məxsus Göyçay rayonu Qaraməryəm kəndində yerləşən kafedə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejiminin pozulması tam təsdiqini tapır. Koronavirus (COVİD-19) pandemiyası dövründə ictimai iaşə müəssisələrinə müştəri qəbulu ilə bağlı bəzi məsələlərin tənzimlənməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxx 2020-ci il tarixli qərarından görünür ki, 2.1. koronavirus (COVİD-19) pandemiyası dövründə insanların sıx toplaşmasının xəstəliyin yayılma intensivliyinə birbaşa təsirini nəzərə alaraq, ictimai iaşə müəssisələrinə müştəri qəbulu qüvvədə olan norma və qaydalardan 2 dəfə az olmalı və müvafiq olaraq hər adambaşına müəyyən edilən sahə ikiqat artırılmalıdır; 2.2. ictimai iaşə müəssisələrinin qida qəbulu zallarında, otaqlarında, habelə onların açıq hava sahələrində oturacaqların ara məsafəsi eyni masa arxasında 1 metrdən, masalararası məsafələr isə 2 metrdən az olmamalıdır; 2.6. ictimai iaşə obyektlərinin giriş-çıxışlarında, kassalarda dezinfeksiya məhlulundan istifadə imkanı, o cümlədən dezinfeksiya məhlulundan istifadə üçün müvafiq qurğuların (dispenserlərin) yerləşdirilməsi və həmin qurğuların işlək vəziyyətdə olması təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinə əsasən Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər beş min manatdan on bir min manatadək məbləğdə cərimə edilir. İş üzrə tərəfləri dinləyən təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, X6 Azərbaycan Respublikasının X5nin X9 rəisi X7 tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli MN ******* saylı qərarının ləğv edilməsi barədə tələbi əsassızdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilməsin. X6 Azərbaycan Respublikasının X5nin X9 rəisi X7 tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli MN ******* saylı qərarın ləğv edilməsi tələbinə dair şikayəti təmin edilməsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №3(046)-69/2021
Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-69/2021
29.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver