Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-691/2022 23.11.2022 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Xanbutov Elşən Aleksandr oğlunun katibliyi ilə, X1 Bakı şəhəri Yasamal RPİ-nin 26-cı PB-nin xx.xx.2022-ci il tarixli EPQ ******* saylı qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal RPİ-nin 26-cı PB-nin sahə rəisi X4 xx.xx.2022-ci il tarixli qərarı üzrə İXM-nin 211.2-ci maddəsi ilə təqsirli bilinərək cərimə edilməsi barədə qərarın ləğv edilməsini xahiş etmişdir. X3 şikayətini belə əsaslandırmışdır ki, Azərbaycan Respublikasının İXM-nin 211.2ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair Yasamal RPİ-nin 26-cı Polis Bölməsi tərəfindən barəsində tərtib edilmiş xx.xx.2021-ci il tarixli, EXP ******* nömrəli inzibati xəta haqqında protokol tam qanunsuzdur, əsassızdır və hüquqa ziddir. Belə ki, barəsində xx.xx.2021-ci il tarixdə protokol tərtib edilməsindən və həmin protokol əsasında qərar qəbul edilməsindən məlumatı olmamış, X7 vasitəsi ilə adına cərimə tədbiq edilibedilməməsini yoxladıqı zaman məlum olmuşdur ki, Yasamal RPİ-nin 26-cı Polis Bölməsi tərəfindən qəbul edilmiş qərara əsasən Azərbaycan Dövlət Akademik Milli Dram Teatırının qarşısındaki yeraltı keçiddə tibbi maska taxmadığına görə karantin qaydalarını pozmuş, buna görə də İXM-nin 211.2-ci maddəsi təqsirli bilinib 100 manat cərimə edilmişdir. Barəsində tərtib edilmiş protokolun, həmin protokol əsasında qəbul edilmiş qərarın sürətini Bakı şəhərində təhsilini davam etdirmək üçün gedərkən noyabr ayının əvvələrində əldə etmişdir. Yasamal RPİ-nin 26-cı Polis Bölməsi tərəfindən yuxarıda qeyd etdiyi protokol əsasında barəsində qəbul edilmiş xx.xx.2022-ci il tarixli EPQ ******* saylı “İnzibati tənbeh vermə haqqında” Qərarın ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Yasamal RPİ-nin 26-cı Polis Bölməsinin xx.xx.2022-ci il tarixli EPQ ******* saylı qərarın qəbul edilməsinə əsas olan inzibati xəta protokolu, inzibati qərarı ilə tanış olduqda ona məlum olmuşdur ki, protokolda və qərarda inzibati xətanın mövcudluğunu təsdiq edən hər hansı bir sübut öz əksini tapmamışdır. Barəsində protokol tərtib edilməsi və həmin protokol əsasında qərar çıxarılması üçün inzibati xəta tərkibinin olmaması bir yana, tərtib olunmuş protokolda və qərarda işə baxılarkən müəyyən edilən hallar göstərilməmiş, protokol və qərar əsaslandırılmamış, barəsində cərimə tədbiq edilməsi üçün formal sənədləşdirilmə aparılmışdır. Həmçinin protokol tərtib olunarkən heç bir yerə dəvət edilməmiş, eləcə də sözügedən sənədlər ünvanına göndərilməmişdir. İnzibati xəta törədilməyi ilə razılaşmır, belə bir vəziyyətdə tərtib edilmiş protokol əsasında hər hansı bir digər sübut olmadan barəsində inzibati tənbeh qərarı çıxarılmışdır. Buna görə də barəsində tərtib edilmiş xx.xx.2022-ci il tarixli EPQ ******* saylı inzibati qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada şikayətçi X2 və səlahiyyətli orqan (nümayəndəsinə) məhkəmə iclasının vaxtdı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin üzürlü səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə verilmiş şikayətə X1 və səlahiyyətli orqan nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli EXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, X3 xx.xx.2021-ci il tarixdə Bakı şəhəri Mirzağa Əliyev küçəsində tibbi maskadan istifadə etməmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli EPQ ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X3 Bakı şəhəri Mirzağa Əliyev küçəsində tibbi maskadan istifadə etmədiyi üçün Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsi ilə təqsirli bilinmiş və 100 manat məbləğində cərimə edilmişdir. Məhkəmə baxışı zamanı X3 barəsində qəbul edilmiş xx.xx.2022-ci il tarixli inzibati qərarın ləğv edilməsinə əsas verə bilən heç bir mötəbər sübut müəyyən edilməmişdir. Məhkəmə baxışı zamanı müəyyən edilir ki, X3 barəsində qəbul edilmiş inzibati xəta haqqında qərarın qəbul edildiyi vaxtdan 10 ay müddət keçdikdən sonra məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Belə olan halda tədqiq edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, X1 Yasamal RPİ-nin 26-cı PB-nin sahə rəisi X5 tərəfindən xx.xx.2022-ci il tarixdə qəbul edilmiş EPQ ******* saylı inzibati tənbeh vermə qərarı ilə razılaşmadığı barədə göstərdikləri xüsusatlar onun barəsində qəbul edilmiş qərarın ləğvi üçün əsas ola bilməz. Buna görə də məhkəmə hesab edir ki, X1 şikayəti əsassızdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilməsin. X1 Yasamal RPİ-nin 26-cı PB-nin sahə rəisi X5 tərəfindən xx.xx.2022-ci il tarixdə İXM-nin 211.2-ci maddəsi ilə 100 manat inzibati qaydada cərimə edilməsi barədə qərarın ləğv edilməsinə dair şikayəti təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Göyçay Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №3(046)-691/2022
Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-691/2022
23.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver