Məhkəmə qərarları › İş №3(046)-693/2024

Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-693/2024

14.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-693/2024 14.08.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Qurbanova Gülnaz İntiqam qızının sədrliyi, Nəsirov Məhəmməd Yasin oğlunun katibliyi ilə, Hüquqi şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsi ilə 25 iyul 2024-cü il tarixli, EP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün aidiyyəti üzrə Göyçay Rayon Məhkəməsinə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, Şəxs MMC-nin ünvanına xx.xx.2024-cü il tarixində 01BX100/99ZF471 nömrəli nəqliyyat vasitəsilə ölkə ərazisinə daxil olmuş **********3520 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan olunmuşdur. Sözügedən gömrük bəyannaməsi üzrə bəyan edilmiş mallara dair müşayiət sənədlərinin düzgünlüyünün araşdırılması zamanı GB-də bəyan edilmiş malların ümumi brutto çəkisi 19660 kq qeyd olunsa da, digər müşayiət sənədlərində malların ümumi brutto çəkisi 20060 kq olaraq qeyd olunmuşdur. İş üzrə “Gömrük Xidmətinin X1 sistemi baxış keçirilərək müəyyən edilmişdir ki, Şəxs MMC-nin ünvanına gətirilən mallar "xxxx" gömrük postunda həmin MMC tərəfindən xx.xx.2024-cü il tarixli **********3520 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş, Q1BX1QQ/99ZF471 nömrəli nəqliyyat vasitəsi ilə xx.xx.2024-cü il tarixdə saat 00:00 radələrində “Samur” gömrük postundan keçməklə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilmiş mallara dair tərtib edilmiş xx.xx.2024-cü il tarixli, **********3520 sorğu nömrəli gömrük bəyannaməsinin və **********1540 sorğu nömrəli qısa idxal bəyannaməsinin 35-ci qrafalarında malların ümumi brutto çəkisi 19660 kq qeyd olunsa da həmin bəyannamələrə qoşulan nömrəsiz xx.xx.2024cü il tarixli yol nəqliyyat qaiməsində gətirilən malların brutto çəkisi 20060 kq qeyd olunmuşdur. Barəsində inzibati icraat aparılan hüquqi şəxs və səlahiyyətli orqan məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndələrinin iştirakını təmin etməmişlər, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə barəsində inzibati icraat aparılan hüquqi şəxsin və səlahiyyətli orqanın nümayəndəsinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 08 may 2024-cü il tarixli raportdan görünür ki, Şəxs MMC ünvanına xx.xx.2024-cü il tarixində 01BX100/99ZF471 nömrəli nəqliyyat vasitəsi ölkə ərazisinə daxil olmuş **********3520 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan olunmuşdur. Sözügedən gömrük bəyannaməsi üzrə bəyan edilmiş mallara dair müşayiət sənədlərinin düzgünlüyünün araşdırılması zamanı GB-də bəyan edilmiş malların ümumi brutto çəkisi 19660 kq qeyd olunsa da, digər müşayiət sənədlərində malların ümumi brutto çəkisi 20060 kq olaraq qeyd olunmuşdur. xx.xx.2024-cü il tarixli, **********3520 nömrəli gömrük bəyannaməsindən görünür ki, "xxxx" MMC tərəfindən bəyan edilmiş malların ümumi brutto çəkisi 19660 kq qeyd olunmuşdur. Gömrük Xidmətinin “X1 Sistemi” informasiya resursuna baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Göyçay rayonu, Potu ünvanında qeydiyyatda olan Şəxs MMC (VÖEN: **********) tərəfindən təqdim edilən xx.xx.2024-cü il tarixli **********3520 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilən mallara dair tərtib edilmiş **********1540 sorğu nömrəli qısa idxal bəyannaməsində qeyd edilən məlumatların uyğun olub-olmamasını, həmçinin həmin bəyannamələrə qoşulan sənədlərdə uyğunsuzluğun olub-olmamasını müəyyən etməkdən ötrü Gömrük Xidmətinin “X1 Sistemi” informasiya resursuna baxış keçirilmişdir. Baxış zamanı müəyyən olundu ki, Şəxs MMC-nin ünvanına gətirilən mallar "xxxx" gömrük postunda həmin MMC tərəfindən xx.xx.2024-cü il tarixli **********3520 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş, 01BX100/99ZF471 nömrəli nəqliyyat vasitəsi ilə xx.xx.2024-cü il tarixdə saat 00:00 radələrində “Samur” gömrük postundan keçməklə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilmiş, gətirilmiş mallara dair tərtib edilmiş xx.xx.2024-cü il tarixli **********3520 sorğu nömrəli gömrük bəyannaməsinin və **********1540 sorğu nömrəli qısa idxal bəyannaməsinin 35-ci qrafalarında malların ümumi brutto çəkisi 19660 kq qeyd olunsa da həmin bəyannamələrə qoşulan nömrəsiz xx.xx.2024-cü il tarixli yol nəqliyyat qaiməsində gətirilən malların brutto çəkisi 20060 kq qeyd olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 485.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda, mallar və nəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilərkən Azərbaycan Respublikasının gömrük sərhədindən keçmə barədə və ya gömrük ərazisindən aparılarkən malların və nəqliyyat vasitələrinin aparılması barədə müvafiq icra hakimiyyəti orqanına məlumatların verilməməsinə və ya təhrif olunmuş məlumatın verilməsinə, yaxud malların və nəqliyyat vasitələrinin məlumatda göstərilən yerə müəyyən edilmiş vaxtda çatdırılmamasına görə - fiziki şəxslər iyirmi manatdan əlli manatadək məbləğdə, vəzifəli şəxslər yetmiş manatdan yüz manatadək məbləğdə, hüquqi şəxslər iki yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə inzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək hesab edir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 485.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi araşdırılmış sübutlarla öz təsdiqini tapır. Belə ki, Şəxs MMC tərəfindən **********3520 sorğu nömrəli gömrük bəyannaməsinin 35ci qrafasında malların ümumi brutto çəkisi 20060 kq qeyd edilməli olduğu halda, sözü gedən qrafada 19660 kq qeyd edilərək gömrük orqanına təhrif olunmuş məlumat verildiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası İXM-nin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə araşdırması zamanı hüquqi şəxs Şəxs MMC barəsində məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, hüquqi şəxsin əmlak vəziyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası həddində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 250 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə Göyçay Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülnaz Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar