Məhkəmə qərarları › İş №3(046)-697/2023

Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-697/2023

04.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-697/2023 04.12.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Qurbanova Gülnaz İntiqam qızının sədrliyi, Nəsirov Məhəmməd Yasin oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Zərərçəkmiş şəxs iştirakı ilə, xx.xx.1991-ci ildə Göyçay rayonu, Qarabağlar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Göyçay rayonu, Qarabağlar kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsinin tələblərinin pozulması ilə əlaqədar Göyçay rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq məhkəmə, müəyyən etdi: Şəxs tərəfindən xx.xx.2023-cü il tarixdə, saat 19 radələrində Göyçay rayonu, Qarabağlar kəndi ərazisində özünə məxsus olan iribuynuzlu inək heyvanlarını nəzarətsiz qoyulması nəticəsində yol hərəkəti qaydaları pozularaq «Vaz 21043 » minik markalı **-BX-*** dövlət nömrə nişanlı avtomobilin sahibi Zərərçəkmiş şəxs maddi ziyan vurulmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, Göyçay rayonu, Qarabağlar kəndində yaşayır. Özünə məxsus iribuynuzlu heyvanları atası ilə birlikdə sahədən gətirən zaman həmkəndlisi Zərərçəkmiş şəxs idarə etdiyi «Vaz 21043 » minik markalı **-BX-*** dövlət nömrə nişanlı avtomobil ilə yolun kənarında olan ona məxsus bir baş iribuynuzlu heyvanı vuraraq tələf etmişdir. Qeyd edir ki, hadisənin baş verməsinə səbəb Zərərçəkmiş şəxs avtomobillə yolda müəyyən edilmiş sürət həddini aşması olmuşdur. Hadisədən sonra Zərərçəkmiş şəxs yaşadığı evə gedərək avtomobilinə dəymiş ziyanla bağlı razılığa gəlmək istəmiş, lakin o, avtomobilə dəymiş ziyandan artıq məbləğdə pul tələb etdiyindən onunla razılığa gələ bilməmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahat verərək bildirdi ki, «Vaz 21043» minik markalı, **-BX-*** dövlət nömrə nişanlı avtomobili ona məxsusdur. xx.xx.2023-cü il tarixdə, saat 19 radələrində özünə məxsus «Vaz 21043» minik markalı, **-BX-*** dövlət nömrə nişanlı avtomobil ilə hərəkətdə olarkən qarşısına iribuynuzlu heyvan çıxmış və nəticədə onu vurmuşdur. Hadisədən sonra avtomobilinə 730 manat maddi ziyan dəymişdir. Ona dəymiş ziyan Şəxs tərəfindən ödənilməmişdir. İnzibati xəta haqqında protokola əlavə edilmiş AB seriyalı 872794 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, «Vaz 21043» minik markalı **- BX-*** dövlət nömrə nişanlı avtomobil Zərərçəkmiş şəxs məxsusdur. İnzibati xəta haqqında protokola əlavə edilmiş xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası "xxxx" MMC-i tərəfindən verilmiş arayışdan görünür ki, «Vaz 21043» minik markalı **-BX-*** dövlət nömrə nişanlı avtomobilə 730 manat məbləğində maddi ziyan dəymişdir. İnzibati xəta haqqında protokola əlavə edilmiş yol-nəqliyyat sxemindən görünür ki, «Vaz 21043» minik markalı **-BX-*** dövlət nömrə nişanlı avtomobillə Göyçay rayonu, Qarabağlar kənd ərazisində yol-nəqliyyat hadisəsi törədilmişdir. İnzibati xəta hadisəsinin olması xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokolla, yol nəqliyyat hadisəsinin sxemi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin izahatları ilə, habelə inzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərlə təsdiq olunur. At arabalarını (kirşəni) idarə edən və mal-qara ötürən tərəfindən yol hərəkəti qaydalarının pozulması, yəni mal-qaranın yolda nəzarətsiz qoyulması Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.5.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətadır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsinə əsasən, bu Məcəllənin 338.4 və 338.5-ci maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə - yüz manatdan yüz əlli manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31-33-cü maddələrinə müvafiq olaraq inzibati tənbeh tətbiq edərkən məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin əmlak vəziyyətinin qənaətbəxş olmasını, inzibati xəta törətmiş şəxsin səmimi etirafı iş üzrə məsuliyyəti yüngülləşdirən hal olduğunu, iş üzrə məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alınır. Məhkəmə qeyd olunanları nəzərə alıb, hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 338.7-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə -100 manat məbləğində inzibati cərimənin tətbiq edilməsi məqəsədə müvafiqdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114,115 ,128-130-ci maddələrini rəhbər tutub məhkəmə, qərara aldı: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə təqsirli bilinərək 100 (yüz) məbləğində manat cərimə edilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən (10) on gün müddətində qərardan Göyçay rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Gülnaz Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar