Məhkəmə qərarları › İş №3(046)-697/2024

Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-697/2024

03.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-697/2024 03.08.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Göyçay Rayon Məhkəməsinin hakimi Qurbanova Gülnaz İntiqam qızının sədrliyi, Nəsirov Məhəmməd Yasin oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş Göyçay rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, müdafiəçi X3 və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs iştirakı ilə, xx xxxxxx 1993-cü il tarixdə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, fərdi əməklə məşğul olan, Göyçay rayonu, Qızılağac kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinin tələbinin pozulması ilə əlaqədar Göyçay rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: Şəxs 31 avqust 2024-cü il tarixdə saat 15 radələrində Göyçay rayonu, 1-ci Ərəbcəbirli kənd ərazisində kəndin icra nümayəndəsi Zərərçəkmiş şəxs ünvanına nalayiq ifadələr işlədərək xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər etmişdir. Bu barədə Göyçay rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi, polis baş leytenantı X4 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında Göyçay rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X4 izahat verərək bildirdi ki, əməliyyat istintaq qrupunda növbədə olarkən Göyçay rayon 2-ci Ərəbcəbirli kənd icra nümayəndəsi Zərərçəkmiş şəxs rayon polis şöbəsinə ərizə ilə müraciət edərək, xx.xx.2024-cü il tarixdə saat 15 radələrində Ərəbcəbirli kənd ərazisində yerləşən qəbiristanlığının yaxınlığında abadlıq işləri aparılarkən Şəxs oraya gəldiyini, görülən işlərə maneçilik yaradaraq onun ünvanına nalayiq ifadələr işlətdiyini bildirmişdir. Həmin ərizə əsasında Şəxs xx.xx.2024-cü il tarixdə rayon polis şöbəsinə gətirilmiş, Şəxs izahatı alınarkən qeyd etmişdir ki, xx.xx.2024-cü il tarixdə icra nümayəndəliyi və bələdiyyə yolda abadlıq işləri aparılarkən onlara yaxınlaşmış, lakin onları söyüb təhqir etmədiyini bildirmişdir. Bələdiyyə sədri Şahid və icra nümayəndəsi Zərərçəkmiş şəxs izahatı alınarkən qeyd etmişdirlər ki, ilk növbədə kənddə abadlıq işləri aparılarkən Şəxs atası Sadəddin Xasiyev onlara yaxınlaşmış, evində yağış yaxdığı üçün problem olduğunu, həyətinə yaxış sularının topladığın bildirərək bu barədə onlara köməklik göstərilməsin xahiş etmişdir. Daha sonra Şəxs həmin yerə gəlmiş, kənd icra nümayəndəsinə işləyə bilmədiyini deyərək irad bildirmiş, onun ünvanına nalayiq ifadələr işlətmişdir. xx.xx.2024-cü il tarixdə Şəxs inzibati qaydada tutma haqqında protokolu tərtib edilmiş, barəsində xx.xx.2024-cü il tarixdə İXM-nin 510-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə o, icra nümayəndəliyi yolda abadlıq işləri apararkən onlara yaxınlaşaraq etirazını bildirmiş, evlərinin qarşısında yağış yaxarkən yağış sularının toplandığını, qapılarını su basdığını və bununla bağlı tədbirlər görülməsin bildirmişdir. Həmin vaxt aralarında mübahisə yaranmış, lakin o, icra nümayəndəsinin ünvanına qarşı söyüş söyməmiş, əksinə icra nümayəndəsi onun ünvanına qarşı söyüş söyərək təhqir etmiş, dəfələrlə ona valideyninin yanında söyüş söyməsinə irad bildirməsinə baxmayaraq, icra nümayəndəsi onun sözlərinə məhəl qoymamışdır. Məhkəmədə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs izahat verərək bildirdi ki, 2018-ci il tarixdən Göyçay rayon Ərəbcəbirli kənd icra nümayəndəliyi vəzifəsində işləyir. İşlədiyi dövründən Şəxs ailəsini uzun müddətdir ki, tanıyır. Daima onların icra nümayəndəliyinə olan müraciətlərinə baxılmışdır. Sonuncu dəfə kəndə sel gələndən bir gün sonra o, Şəxs yaşadığı evin qarşısına gələrək onların həyətində atası Sadəddin Xasiyev ilə görüşmüş, ona qapısını su basdığını və bununla bağlı tədbirlər görülməsin dedikdə o, icra nümayəndəliyinə bununla bağlı büdcədən pul vəsaiti ayrılmadığın, lakin köməklik edəcəyini bildirmişdir. Daha sonra xx.xx.2024-cü il tarixdə kənd ərazisində abadlıq işləri aparılarkən Şəxs onlara yaxınlaşaraq irad bildirmiş, həmin vaxt aralarında mübahisə yaranmış, mübahisə zamanı Şəxs onun ünvanına xoşagəlməz ifadələr işlətmiş, o idarə etdiyi avtomobilə bələdiyyə sədri Şahid ilə birlikdə əyləşib oradan uzaqlaşmaq istəyərkən, Şəxs onları mobil telefon vasitəsi ilə videoya çəkərək sosial şəbəkədə paylaşmışdır. Bununla bağlı o, əsəbiləşərək rayon polis şöbəsinə ərizə ilə müraciət edərək, Şəxs barəsində qanuna müvafiq tədbirlər görülməsin xahiş etmişdir. Hal-hazırda Şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində izahat vermiş Şahid izahat verərək bildirdi ki, Göyçay rayon Ərəbcəbirli kəndində bələdiyyə sədri vəzifəsində işləyir. xx.xx.2024-cü il tarixdə Ərəbcəbirli kəndində yolda abadlıq işləri aparılarkən kənd sakini Sadəddin Xasiyev onlara yaxınlaşaraq qapısını su basdığını və bununla bağlı tədbirlər görülməsin xahiş etmişdir. Bununla bağlı o, Zərərçəkmiş şəxs ilə Sadəddin Xasiyevin yaşadığı ünvana gedib həyətə baxış keçirmişlər. Həmin vaxt aralarında mübahisə yaranmış, daha sonra Zərərçəkmiş şəxs avtomobilinə əyləşib getmək istəyərkən X2 Xasiyev mobil telefon vasitəsi ilə onlara yaxınlaşaraq çəkiliş aparmış, Zərərçəkmiş şəxs ona çəkilişi dayandırmasını tələb etdikdə aralarında mübahisə yaranmış, mübahisə zamanı orada səs-küy çox olduğu üçün söyüş söyülməsin eşitməmişdir. Nalayiq ifadələrin kim tərəfindən birinci işlənildiyini xatırlamır. Müdafiəçi Göyçay rayon Vəkil Bürosunun vəkili X6 çıxış edərək bildirdi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs barəsində tərtib edilmiş protokolda onun nalayiq ifadələr işlətməsi göstərilsə də, bu hal sübuta yetirilməmişdir. Hesab edir ki, onun əməlində İXM-nin 510-cu maddəsində göstərilən hal mövcud deyildir. Buna görə də iş üzrə icraata xitam verilməsini xahiş edir. İş materiallarında olan və məhkəmə baxış iclasında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli MN saylı ******* saylı protokoldan görünür ki, Şəxs 31 avqust 2024-cü il tarixdə saat 15 radələrində Göyçay rayonu, 1-ci Ərəbcəbirli kənd ərazisində həmin kəndin icra nümayəndəsi Zərərçəkmiş şəxs ünvanına nalayiq ifadələr işlədərək xırda xuliqanlıq etmişdir. Bu səbəbdən barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı inzibati xəta haqqında protokol tərtib edilmişdir. xx.xx.2024-cü il tarixli, 022743 saylı inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 21:15-də inzibati qaydada tutulmuşdur. Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək hesab edir ki, toplanmış sübutlarla Şəxs Azərbaycan Respublikası Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi öz təsdiqini tapmışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs zərər çəkmiş şəxsin ünvanına nalayiq ifadələr işlətmədiyini bildirsə də, onun izahatındakı həmin xüsusatlarla məhkəmə iclasında tədqiq edilmiş digər sübutlarla təkzib edilmişdir. Belə olan halda məhkəmə Şəxs özünü təqsirli bilməməsi ilə əlaqədar irəli sürdüyü dəlilləri özünü müdafiə xarakterli dəlillər kimi qiymətləndirir. Onun törətdiyi əməl düzgün olaraq tövsif olunmuşdur və o, Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. 5.1-ci maddəsinə əsasən insan və vətəndaş hüquqları və azadlıqları ali dəyərə malikdir. Bu hüquqların və azadlıqların pozulmasına yol verən bütün dövlət orqanları, qurumları və vəzifəli şəxslər məsuliyyət daşıyırlar. 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri həmin məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə o, təqsiri olmayan hesab edilir, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyil və inzibati məsuliyyətə cəlb olunmuş şəxsin təqsirli olması barədə olan şübhələr də onun xeyrinə həll olunur; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibatı hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 17 fevral 2006-cı il tarixli qərarında qeyd olunur ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyacanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgə yaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərdir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər təqsirkarın ətrafdakı şəxslərə və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətləridir. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası İXM-nin 31.4-1-ci maddəsinə əsasən, inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək hesab edir ki, inzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinərək, barəsində inzibati cərimə tənbeh növü tətbiq edilməlidir. Bundan başqa, məhkəmə hesab edir ki, Şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımı ödəməkdən azad edilməli və müdafiəçinin göstərdiyi hüquqi yardıma görə dövlət büdcəsinin vəsaiti hesabından Göyçay rayon Vəkil Bürosunun hesablaşma hesabına müvafiq məbləğdə pul köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İnzibati xəta törətmiş X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinərək 75 (yetmiş beş) manat məbləğində cərimə edilsin. Qərarın icrası Şəxs yaşadığı yer üzrə Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımı ödəməkdən azad edilsin və Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyası Göyçay rayon Vəkil bürosunun vəkili X5 verilməkdən ötrü məhkəmə icraat zamanı göstərilmiş 4 iş saatı müddətində hüquqi yardım üçün 24 manat məbləğində pul Göyçay rayon Vəkil Bürosunun (Azərbaycan Respublikası Beynəlxalq Bankın Göyçay filialı, Bankın kodu 805294, VÖEN ********** M/h AZ03NABZ********************, SWİFT kodu İBAZAZ2X, hesablaşma hesabı AZ83İBAZ******************** (VÖEN **********) hesabına ödənilsin. Qərardan, onun surəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Göyçay Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnaz Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar