Azərbaycan Respublikası adından QƏRARDAD Göyçay rayonu İş № 3(046)-698/2025 02.10.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Göyçay Rayon Məhkəməsinin hakimi Qurbanova Gülnaz İntiqam qızı, Qərardan şikayət verən şəxs X2 tərəfindən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsinin xx.xx.2024-cü il tarixli EQ seriyalı 24948830 nömrəli inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayətə və ona əlavə edilmiş sənədlərə işin baxılmağa hazırlanması zamanı nəzərdən keçirərək, məhkəmə müəyyən etdi: X2 məhkəməyə müraciət edərək, DİN BDYPİ-nin Mərkəzi Məlumat Xidmətinin rəisi polis polkovnik-leytenantı Elvin Abduləlizadə tərəfindən xx.xx.2024-cü il tarixli EQ 24948830 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək, barəsində Azərbaycan Respublikası İXM-in 327.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata əməlində inzibati xətanın tərkibi olmaması əsası ilə xitam verilməsini xahiş etmişdir. Məhkəmə daxil olmuş materialları nəzərdən keçirib, hesab edir ki, şikayət və ona əlavə olunmuş sənədlər inzibati xəta üzrə iş onu vermiş şəxsə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 12.1-ci maddəsinə əsasən Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Məhkəmənin icraatına daxil olmuş şikayət ərizəsinin məzmunundan göründüyü kimi X2 xx.xx.2024-cü il tarixli EQ 24948830 nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini göstərmiş, lakin şikayət ərizəsinə xx.xx.2025-ci il tarixli, EQ seriyalı 30253528 nömrəli inzibati tənbeh vermə haqqında qərar əlavə edilmişdir. Məhkəmə hesab edir ki, X1 inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsi rəhbər tutularaq geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109cu maddəsini rəhbər tutaraq, qərara aldı: Qərardan şikayət verən şəxs X2 tərəfindən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsinin xx.xx.2024-cü il tarixli EQ seriyalı 24948830 nömrəli inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayət və ona əlavə edilmiş səndədlər geri qaytarılsın. Qərardaddan apellyasiya şikayəti verilə bilməz. Hakim: Gülnaz Qurbanova
Məhkəmə qərarları › İş №3(046)-698/2025
Göyçay Rayon Məhkəməsi Qərardad — İş №3(046)-698/2025
02.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver