Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-699/2022 28.11.2022 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Xanbutov Elşən Aleksandr oğlunun katibliyi, inzibati xəta törətmiş Şəxs və Zərərçəkmiş şəxs2 iştirakı ilə, xx.xx.1992-ci il tarixdə Göyçay rayonu Çaxırlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Göyçay rayonu Çaxırlı kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 338.7-ci maddəsi ilə Göyçay rayon Polis şöbəsindən daxil olmuş protokol üzrə materiala Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏNETDİ: Şəxs barəsində xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 338.7-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Göyçay rayon Məhkəməsinə göndərilmişdir, ona görə ki, Şəxs xx.xx.2022-ci il tarixdə Göyçay rayonu Çaxırlı kəndi ərazisində bir baş iri buynuzlu heyvanı nəzarətsiz asfalt-beton örtüklü yola buraxmış, nəticədə həmin yolla hərəkətdə olan Zərərçəkmiş şəxs2 idarə etdiyi VAZ-2106 markalı **-CU-*** dövlət nömrə nişanlı avtomaşınla həmin inəyi vuraraq tələf etmişdir. Nəticədə Zərərçəkmiş şəxs2 idarə etdiyi VAZ-2106 markalı **-CU-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi zərər dəymiş, avtomobildə sərnişin kimi olan Zərərçəkmiş şəxs1 yüngül dərəcəli bədən xəsarətləri almışdır. İnzibati xəta törətmiş şəxs qismində izahat vermiş Şəxs göstərmişdir ki, xx.xx.2022ci il tarixdə Göyçay rayonu Çaxırlı kəndi ərazisində özünə məxsus iri buynuzlu heyvanı asfalt-beton örtüklü yola nəzarətsiz buraxmış və nəticədə həmin yolla hərəkətdə olan Zərərçəkmiş şəxs2 idarə etdiyi VAZ-2106 markalı, **-CU-*** dövlət qeydiyyat nişanlı avtomaşınla ona məxsus iri buynuzlu heyvanı vurmuşdur. Hadisə nəticəsində ona məxsus bir baş iri buynuzlu heyvan tələf olmuş, VAZ-2106 markalı **-CU-*** dövlət qeydiyyat nişanlı avtomaşına maddi ziyan dəymişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs2 göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 19:30-da Göyçay rayonu Çaxırlı kəndi ərazisində idarə etdiyi VAZ-2106 markalı, **-CU-*** dövlət qeydiyyat nişanlı avtomaşınla hərəkətdə olarkən Şəxs məxsus iri buynuzlu heyvanı vurmuşdur. Hadisə nəticəsində avtomobilində olan qardaşı Zərərçəkmiş şəxs1 xəsarət almış və avtomobilinə maddi ziyan dəymişdir. Cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, Şəxs və Zərərçəkmiş şəxs2 əməlində cinayət tərkibinin əlamətləri təsdiq olunmadığından barəsində cinayət işi başlanılması rədd edilmişdir. Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 338.7-ci maddəsinin tərkibinin əlamətləri olduğu üçün barəsində inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti aidiyyatı üzrə Göyçay RPŞ-nin DYPB-nə göndərilmişdir. xx.xx.2022-ci il tarixli qərarla təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PA birliyi Publik Hüquqi şəxsi Göyçay rayon şöbəsinin xx.xx.2022-ci il tarixli, 600 nömrəli ekspert rəyində göstərilmişdir ki, 1979-cu il təvəllüdlü Zərərçəkmiş şəxs1 məhkəmə-tibbi ekspertizası zamanı onun bədəni üzərində aşkar edilmiş xəsarətlər: Başın sağ alın nahiyyəsindən başlayaraq sağ qaşın iç bucağı daxil olmaqla, yumşaq toxumanın əzilmiş-çırılmış yarası küt-bərk əşyanın təsirindən törənmişlər, törənmə müddətləri, qərarən təsviri hissəsində göstərilən xx.xx.2022-ci il tarixdə avtomobil qəzası nəticəsində əmələ gəlməsi inkar edilmir və dərəcəsinə görə səhhətin qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. 2. Sağ saidin aşağı 1/3nin bayır səthində dərinin epidermis qatının sıyrılmış yarası küt-bərk əşyanın təsirindən törənmişlər, törənmə müddətləri, qərarən təsviri hissəsində göstərilən xx.xx.2022-ci il tarixdə avtomobil qəzası nəticəsində əmələ gəlməsi inkar edilmir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. İş üzrə toplanmış sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, Şəxs oğlunun Azərbaycan Respublikası İXM-nin 338.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi subuta yetir. Azərbaycan Respublikası İXM-nin 338.7-ci maddəsinə əsasən bu Məcəllənin 338.4 - 338.6-cı maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə - səksən manatdan yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə Şəxs oğlunun şəxsiyyətini, törətdiyi əməlin xarakterini, məsuliyyətini yüngülləşdirən və məsuliyyətini ağırlaşdıran halın olmamasını nəzərə alaraq, ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə tənbeh növünün təyin edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 338.7-ci maddəsi ilə təqsirli bilinib, ona 80 manat məbləğində inzibati cərimə tənbeh növü təyin edilsin. Qərarın icrası Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №3(046)-699/2022
Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-699/2022
28.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver