Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-7/2023 10.01.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Göyçay Rayon Məhkəməsinin hakimi Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, İsmayilov Natiq Namiq oğlunun katibliyi ilə, Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə Azərbaycan Respublikası DİN Göyçay rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta protokolu üzrə materiala baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azəbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə 03 dekabr 2022-ci il tarixdə tərtib edilmiş İXP ******* saylı inzibati xəta protokol tərtib edilərək baxılması üçün Göyçay Rayon Məhkəməsinə göndərilmişdir ona görə ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 346.1-ci maddəsi ilə tərtib edilmiş 09 mart 2022-ci il tarixli, EQ ******* nömrəli inzibati xəta qərar əsasında Şəxs, 20 (yirmi) manat inzibati qaydada cərimə edilmiş, həmin qərar qanuni qüvvəyə mindiyi vaxtdan 3 ay müddət kecməsinə baxmayaraq, Şəxs cəriməni ödəməmişdir. İş üzrə inzibati xəta törətmiş şəxs Şəxs məhkəmə baxışının yeri barədə məhkəmə bildirişi vasitəsi ilə məlumat verilmiş, lakin məhkəmə baxışında iştirak etməmişdir. Məhkəmə işə inzibati xəta törətmiş Şəxs iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tərtib edilmiş inzibati xəta protokolundan görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsində nəzərdə tutulan inzibati xətaya yol verməsi tam sübuta yetir. Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə - nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə inzibati xəta törətmiş Şəxs inzibati tənbeh təyin edərkən məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, nəzərə alaraq ona Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə tənbeh növünün təyin edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 112, 114, 115, 117, 128-130-cu və 529.3-cü maddələrini rəhbər tutaraq, QƏ R A R A A L D İ M : Şəxs Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə təqsirli bilinib, ona 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırması tənbeh növü təyin edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Şəki Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №3(046)-7/2023
Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-7/2023
10.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver