Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-701/2025 06.10.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Qurbanova Gülnaz İntiqam qızının sədrliyi, Əliyeva Leyla Bəhər qızının katibliyi ilə, Göyçay rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X1 iştirakı ilə, "xxxx" MMC-nin rəhbəri Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəki Apellyasiya Məhkəməsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 2-2(107)-96/2025 saylı icra vərəqəsinə əsasən ilkin iddia üzrə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 1.503.837.5 (bir milyon beş yüz üç min səkkiz yüz otuz yeddi manat əlli qəpik) manat məbləğində pul tutularaq ilkin iddia üzrə iddiaçı Zərərçəkmiş şəxsnə ödənilməsi, Şəki Kommersiya Məhkəməsinin 19 dekabr 2022-ci il tarixli, e-2-2(117)- 1018/2022 nömrəli qətnaməsi ilkin iddianın həll edilməsinə aid hissəsində qismən, yəni cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən əlavə görülən işlərə görə tələb olunan pulun tutulmaması” hissəsində ləğv edilərək, həmin hissədə yeni qətnamə qəbul edilməsi və iddia tələbi həmin hissədə də təmin edilib, əlavə görülən işlərə görə tələb olunan ******* (bir milyon üç yüz on iki min dörd yüz iyirmi bir) manat məbləğində pul vəsaiti cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq iddiaçı Zərərçəkmiş şəxsnə ödənilməsi qət edilmişdir. Borclu "xxxx" MMC-nin rəhbəri Şəxs icra qeydi üzrə tələbləri yerinə yetirmədiyinə görə onun barəsində «İcra haqqında» qanunun 82-ci maddəsinə əsasən 02 oktyabr 2025-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında Göyçay rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X2 izahat verərək bildirdi ki, Şəki Apellyasiya Məhkəməsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 2-2(107)-96/2025 saylı icra vərəqəsinə əsasən ilkin iddia üzrə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 1.503.837.5 (bir milyon beş yüz üç min səkkiz yüz otuz yeddi manat əlli qəpik) manat məbləğində pul tutularaq ilkin iddia üzrə iddiaçı Zərərçəkmiş şəxsnə ödənilməsi, Şəki Kommersiya Məhkəməsinin 19 dekabr 2022-ci il tarixli, e-2-2(117)- 1018/2022 nömrəli qətnaməsi ilkin iddianın həll edilməsinə aid hissəsində qismən, yəni cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən əlavə görülən işlərə görə tələb olunan pulun tutulmaması” hissəsində ləğv edilərək, həmin hissədə yeni qətnamə qəbul edilməsi və iddia tələbi həmin hissədə də təmin edilib, əlavə görülən işlərə görə tələb olunan ******* (bir milyon üç yüz on iki min dörd yüz iyirmi bir) manat məbləğində pul vəsaiti cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq iddiaçı Zərərçəkmiş şəxsnə ödənilməsi qət edilmişdir. Bununla bağlı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində vergiyə və torpaq komitələrini sorğular verilmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hazırki direktoru Elnur müəllim əvvəlki direktoru isə İkram müəllim olmuş, İkram müəllim işdən çıxması ilə bağlı icra şöbəsinə ərizə gətirib təqdim etmişdir. Tələbkar Zərərçəkmiş şəxs Ədliyyə Nazirliyini şikayətlər edərək pulun ödənilməsini tələb etmişdir. Borclu "xxxx" MMCnin rəhbəri Şəxs həmin borcdan məlumatı olmadığını və borcun ona aid olmamasını bildirmişdir. Buna görə də icra sənədinin icra edilməsi istiqamətində çətinliklər yarandığı üçün "xxxx" MMC-nin rəhbəri Şəxs barəsində vəzifəli şəxs kimi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə gətirilmişdir. Borclu Şəxs izahat almaq istəyərkən izahat verməkdən imtina etmiş, bununla əlaqədar akt tərtib edilərək iş materillarına əlavə edilmişdir. İlkin məhkəmə baxış iclasında "xxxx" MMC-nin rəhbəri Şəxs izahat verərək göstərdi ki, "xxxx" MMC-nin rəhbər vəzifəsinə yeni təyin edilmiş, lakin hələ təhvil-təslim aktı imzalamamışdır. İkram müəllim ilə 2-3 günə təhvil-təslim ediləcəkdir. Onun Zərərçəkmiş şəxs barəsində heç bir məlumatı yoxdur. Barəsində inzibati xəta haqqında protokol tərtib edilən zaman məlumatı olmuşdur. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, icra işini, inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, "xxxx" MMCnin rəhbəri Şəxs yuxarıda qeyd edilən icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi öz təsdiqini tapır. Bununla da Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-2(107)-96/2025 saylı icra vərəqəsinə əsasən ilkin iddia üzrə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 1.503.837.5 (bir milyon beş yüz üç min səkkiz yüz otuz yeddi manat əlli qəpik) manat məbləğində pul tutularaq ilkin iddia üzrə iddiaçı Zərərçəkmiş şəxsnə ödənilməsi, Şəki Kommersiya Məhkəməsinin 19 dekabr 2022-ci il tarixli, e-2-2(117)-1018/2022 nömrəli qətnaməsi ilkin iddianın həll edilməsinə aid hissəsində qismən, yəni cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən əlavə görülən işlərə görə tələb olunan pulun tutulmaması” hissəsində ləğv edilərək, həmin hissədə yeni qətnamə qəbul edilməsi və iddia tələbi həmin hissədə də təmin edilib, əlavə görülən işlərə görə tələb olunan ******* (bir milyon üç yüz on iki min dörd yüz iyirmi bir) manat məbləğində pul vəsaiti cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq iddiaçı Zərərçəkmiş şəxsnə ödənilməsi qət edilmişdir. İcraata başlamaq haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Şəki Apellyasiya Məhkəməsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 2-2(107)-96/2025 saylı icra vərəqəsi əsasında icraata başlanılmışdır. xx.xx.2025-ci il tarixli e171127/2025-61-10 nömrəli məktubdan görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir. İcra haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində göstərildiyi kimi, «Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar». Həmin Qanunun 28.2-ci maddəsi ilə müəyyən edilmiş icraatda tərəflər, yəni tələbkar və borclu Qanunun 29.2-ci maddəsinə əsasən, icra hərəkətlərinin həyata keçirilməsi zamanı icra haqqında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini yerinə yetirməyə borcludurlar. Həmin Qanunun 84.1-ci maddəsinin tələblərinə görə, İcra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə, o cümlədən qərarlarının icra olunmamasına görə, icra sənədinin itirilməsinə və ya onun vaxtında göndərilməməsinə görə, habelə borclunun iş yeri və ya yaşayış yeri, onun gəlirləri və əmlak vəziyyəti haqqında dəqiq olmayan məlumat təqdim edilməsinə görə icra məmuru təqsirkar şəxslərin inzibati məsuliyyətə cəlb olunması üçün qanunvericiliyə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icrasına maneçilik törətmə halları istisna olmaqla). Məhkəmə iclasında "xxxx" MMC-nin rəhbəri Şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbər vəzifəsinə yeni təyin edildiyini, hələ təhvil-təslim aktı imzalamadığını, onun Zərərçəkmiş şəxs barəsində heç bir məlumatı olmadığını, barəsində inzibati xəta haqqında protokol tərtib edilən zaman məlumatı olduğunu və vaxt veriləcəyi təqdirdə zəruri sübutları məhkəməyə təqdim edəcəyini bildirmiş məhkəmə bunları təsdiq edən müvafiq sənədlərin təqdim edilməsi üçün ona vaxt verərək, iclası təxirə salmış, lakin Şəxs məhkəmənin növbəti iclasına gəlməyərək məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. Məhkəmə qeyd göstərilən bu dəlillərin şəxsin məhkəmə qətnaməsinin tam şəkildə icrasında maraqlı olmaması qənaətinə gəlməyə imkan verdiyini vurğulayır. Bununla da, borclu "xxxx" MMC-nin rəhbəri Şəxs borc məbləğini məhkəmə qərarında göstərildiyi qaydada ödənilməsini təmin etməmiş və icra vərəqəsinin icrasına səhlənkar yanaşmışdır. Buna görə də məhkəmə "xxxx" MMC-nin rəhbəri Şəxs hərəkətlərini icra sənədlərinin icrasına mane olma kimi qiymətləndirir və onun barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə inzibati məsuliyyətə cəlb edilməsi qənaətinə gəlir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 17-ci maddəsinə əsasən Vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Qeyd: Dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. 528.1-ci maddəsinə əsasən, icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, "xxxx" MMC-nin rəhbəri Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə bununla bağlı qeyd edir ki, "İcra haqqında” Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinin tələbinə görə, borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 40, 43, 48-51, 53, 55, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: "xxxx" MMC-nin rəhbəri Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 1200 (min iki yüz) manat inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülnaz Qurbanova
Məhkəmə qərarları › İş №3(046)-701/2025
Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-701/2025
06.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver