Məhkəmə qərarları › İş №3(046)-711/2024

Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-711/2024

14.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-711/2024 14.08.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Mən, Göyçay Rayon Məhkəməsinin hakimi X6, Zərərçəkmiş şəxslər X2, X3 və onun qanuni nümayəndəsi X4 iştirakı ilə, xx.xx.1981-ci ildə Göyçay rayonunda anadan olmuş, evli, orta təhsilli, işləməyən, Göyçay rayonu Qaraməryəm kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinin tələblərinin pozulması ilə əlaqədar Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdim: Şəxs 14 aprel 2024-cü il tarixdə saat 21.30 radələrində Bakı-Şamaxı-Yevlax yolunun Qaraməryəm kəndi ərazisindən keçən 193-cü kilometrliyində idarə etdiyi özünə məxsus «Hyundai Santafe» minik markalı ** NB *** dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkətdə olduğu vaxt sola dönən zaman eyni əhəmiyyətli yolda qarşı tərəfdən düzünə hərəkət edən nəqliyyat vasitəsinə yol verməli olduğu halda həmin tələblərə riayət etməyib «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 77-ci maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq həmin tələblərə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmasına baxmayaraq sola dönmə əməliyyatı edən zaman qarşı zolaqda hərəkətdə olan sürücü X2 idarə etdiyi «Mitsubishi Outlander» markalı ** NJ *** dövlət qeydiyyat nişanlı avtomobil ilə onun hərəkət zolağında toqquşmuş,ehtiyatsızlıqdan hadisə nəticəsində «Hyundai Santafe» minik markalı ** NB *** dövlət qeydiyyat nişanlı avtomobildə olan sərnişin yetkinlik yaşına çatmayan zərərçəkmiş şəxs X1 yüngül bədən xəsarəti yetirmişdir. İnzibati xəta hadisəsinin olması 06 avqust aprel 2024-cü il tarixli inzibati xəta haqqında protokolla, yol hadisəsinin sxemi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin izahatları ilə, cinayət işinin başlanmasının rədd edilməsi haqqında 03 iyul 2024-cü il tarixli qərarla, habelə inzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərlə təsdiq olunur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, 14 aprel 2024-cü il tarixdə saat 21.30 radələrində özünə məxsus «Hyundai Santafe» minik markalı ** NB *** dövlət qeydiyyat nişanlı avtomobili ilə Göyçay rayonu, Yekəxana kəndindən qohumları gilin evindən öz evinə doğru hərəkət etməyə başlamışdır. Avtomobildə yoldaşı X8, uşaqları Ziyad Abbaszadə və Nihad Abbaszadə isə arxa oturacaqda əyləşmişlər. Hərəkətdə olan zaman Göyçay rayonu, Qaraməryəm kəndinə çatdıqdan sonra küçəyə dönməli olmuşdur. Küçəyə çatdıqda dönmək üçün sola dönmək işığını yandırmışdır. Sola dönmə işığını yandırdıqda qarşı tərəfdən tanımadığı avtomobilin gəlməsini görmüşdür. Həmin avtomobil ilə arasında 40-50 metr olmasını görüb sola dönməyə başlamışdır. Sola dönməyə başladıqdan sonra dönməni həyata keçirən zaman qarşıdan gələn avtomobilin sağ tərəfə, yəni onun üzərinə doğru hərəkət etdiyini görmüşdür. Bu vaxt qarşıdan gələn avtomobilin surəti çox olduğu üçün qəzanın qarşısını ala bilməmişdir. Bundan sonra isə həmin avtomobilin ön tərəfi onun avtomobilinin ön sağ təkərindən dəymişdir. Hadisə zamanı avtomobilində olan ailə üzvləri xəsarət aldığı üçün onları Göyçay RMX-na göndərmişdir. Hadisə yerinə polis əməkdaşları gələrək və onları müayinədən keçirtmək üçün xəstəxanaya aparmışdır. Məhkəmə iclasında qanuni nümayəndəsi X4 iştirakı ilə zərərçəkmiş şəxs qismində dindirilmiş X9 izahat verərək bildirdi ki, atası, anası və qardaşı ilə birlikdə atasının avtomobili ilə evlərinə gedərkən küçələrinə dönən zaman qarşıdan gələnin avtomobilin surətinin çox olmasına görə onlar dönən zaman qarşıdan gələn avtomobilin ön tərəfi onların avtomobilinin ön sağ təkərindən dəymişdir. Hadisə zamanı o avtomobilin arxa oturacaqinda əyləmişdir. Hadisə zamanı qorxduğundan ardını xatırlamır. Məhkəmə iclasında zərərçəkmiş şəxs X3 qanuni nümayəndəsi X8 baş vermiş yol nəqliyyat hadisəsi ilə əlaqədar barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə qarşı tələbinin və şikayətinin olmamasını bildirdi . Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində izahat vermiş X5 izahat verərk bildirdi ki,yeznəsi X7 məxsus «Mitsubishi Outlander» markalı ** NJ *** dövlət qeydiyyat nişanlı avtomobili ilə 14 aprel 2024-cü il tarixdə saat 18.30 radələrində İsmayıllı raonu Külüllü kəndindən Göyçay rayonu Qaraməryəm kəndinə gəlmişlər,orada «NZS» adlanan kafedə yeyib içdikdən sonra saat 21.30 radələrində oradan çıxıb getmişlər.Kafeyə qədər avtomobili Səhrab idarə etmiş,lakin kafedən sonra Səhrab araq içdiyi üçün avtomobili özü idarə etmiş,Səhrab isə onun yanında əyləşmişdir.Onlar Qaraməryəm kəndində olan dairəvi yolu keçdikdən sonra hərəkətinə davam etmiş,bir qədər irəli getmişdir ki,qarşıdan ağ rəngli «Hyundai Santafe» markalı avtomobil hərəkət edir,həmin avtomobil qəflətən sol tərəfə küçəyə dönmək istəmişdir.Həmin avtomobilin dönməsini görüb idarə etdiyi avtomobili saxlamaq üçün əyləcə basmış,lakin qəzanın qarşısını ala bilməmiş, avtomobillər onun hərəkət zolağının sağ hissəsində toqquşmuşdur.Digər avtomobildə olan sərnişinlər xəsarət aldığı üçün xəstəxanaya aparılmışdır.Baş vermiş yol nəqliyyat hadisəsi ilə əlaqədar heç bir şikayət və tələbi yoxdur. İnzibati xəta haqqında protokola əlavə edilmiş «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» 03 iyul 2024-cü il tarixli qərarının surətindən görünür ki,Şəxs əməlində CM-in 263.1-ci maddəsinin tərkib əlamətləri olmadığından həmin maddə ilə barəsində cinayət işinin başlanılması rədd edilmişdir. İşə əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi X15 01 may 2024-cü il tarixli, 216 saylı ekspert rəyindən görünür ki, xx.xx.2013-cü il təvəllüdlü X3 məhkəmə-tibbi ekspertizası zamanı onun bədəni üzərində aşkar edilən xəsarətlər –sol göz yuvası ətrafı nahiyyədə bir qədər yumşaq toxumanın şişkinliyi, sol göz yarığının yuvası və ağlı qişaya qansızma ilə müşahidə olunan hematoma, başın alın və üz nahiyələrində çoxsaylı xırda dərilərin epidermis qatınınsəthi cızılmış yaraları, üst qapağın yad cismi küt-bərk əşyanın (əşyaların) təsirindən işlən törnmə müddətləri qərarın təsviri hissəsində göstərilən xx.xx.2024-cü il tarixli avtomobil hadisəsindən əmələ gəlmələri inkar edilmir və dərəcəsinə görə səhhətin qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərərvurmaya aiddirlər. İşə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14 iyun 2024-cü il tarixli, 8/1141-8/1146 saylı ekspert rəyindən görünür ki, ilkin kontakt anında toqquşma «X16» markalı ** BN *** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ yan hissəsi ilə «Mitsubishi Outlander» markalı ** NJ *** dövlət qeydiyyat nişanlı avtomobilin sol yan orta hissəsi arasında təxminən 100-110 dərəcə bucaq altında baş vermişdir. İstintaq tərəfindən təqdim edilmiş və sürücülərin göstərdikləri hadisə mexanizmləri bir- biri ilə ziddiyyət təşkil etmir. İstintaq tərəfindən təqdim olunan məlumatlara əsasən «X16» markalı 77NB623 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 77-ci maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuş, həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İstintaq tərəfindən təqdim olunan məlumatlara əsasən «Mitsubishi Outlander» markalı 90NJ568 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X2 hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətlərini texniki nöqteyi nəzərdən tədqiq etməyə lüzum yoxdur. Sürücü G.C.Canalıyev avtomobili sərxoş vəziyyətdə idarə etdiyindən, onu hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31-33-cü maddələrinə müvafiq olaraq inzibati tənbeh tətbiq edərkən xətanın yol hərəkəti qaydaları əleyhinə olması barədə xarakteri,inzibati xəta törədən şəxsin əmlak vəziyyətinin qənaətbəxş olması nəzərə alınır. Zərərçəkmiş şəxslərin inzibati xəta törətmiş şəxsə qarşı tələbinin olmaması iş üzrə məsuliyyəti yüngülləşdirən hal olması və iş üzrə məsuliyyəti ağırlaşdıran halların olmaması nəzərə alınır. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək hesab edirəm ki, inzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin sanksiyasının həddləri daxilində cərimə növündə inzibati tənbeh verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114,115 ,128-130-ci maddələrini rəhbər tutub, qərara aldım: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinərək 300 manat miqdarında cərimə edilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən on gün müddətində qərardan Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim: Elçin Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar