Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-713/2024 13.09.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Qurbanova Gülnaz İntiqam qızının sədrliyi, Nəsirov Məhəmməd Yasin oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs iştirakı ilə, xx.xx.1998-ci ildə Göyçay rayonu, Şahsoltanlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Göyçay rayonu, Şahsoltanlı kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.5.5 və 338.7-ci maddələrinin tələblərinin pozulması ilə əlaqədar Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 İdarəsinin Yol-Patrul Xidməti Alayından daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2024-cü il tarixdə Bakı-Şamaxı-Yevlax yolunun 190-cı kilometrliyində xırda buynuzlu heyvanları nəzarətsiz asfalt-beton örtüklü yola buraxmış, nəticədə həmin yolla hərəkətdə olan Zərərçəkmiş şəxs idarə etdiyi «Volkswagen Passat» minik markalı **-CA-*** dövlət nömrə nişanlı avtomaşınla xırda buynuzlu heyvanları vurmuşdur. Nəticədə Zərərçəkmiş şəxs idarə etdiyi «Volkswagen Passat» minik markalı **-CA-*** dövlət qeydiyyat nişanlı avtomobilə 2115 manat maddi ziyan vurulmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə səlahiyyətli orqana (nümayəndəsinə) lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, xx.xx.2024-cü il tarixdə, saat 19:45 radələrində Bakı-Şamaxı-Yevlax yolunun 190-cı kilometrliyində mal-qaranı yoldan keçirən zaman yolun əks istiqamətində nəqliyyat vasitələri dayanarkən Zərərçəkmiş şəxs idarə etdiyi «Volkswagen Passat» minik markalı **-CA-*** dövlət qeydiyyat nişanlı avtomobili yüksək sürətlə idarə edərək xırda buynuzlu heyvanları vurmuş, nəticədə heyvanların bir qismi tələf olmuşdur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahat verərək bildirdi ki, xx.xx.2024-cü il tarixdə, saat 20 radələrində etibarnamə əsasında idarə etdiyi «Volkswagen Passat» minik markalı **-CA-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Bakı-Şamaxı-Yevlax yolunun 190-cı kilometrliyində hərəkətdə olarkən sutkanın qaranlıq vaxtı qoyun sürüsü qarşısına çıxmış və nəticədə onu vurmuşdur. Hadisədən sonra avtomobilinə 2115 manat maddi ziyan dəymişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs İXM-nin 338.7-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: 02 avqust 2024-cü il tarixli İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki Şəxs tərəfindən xx.xx.2024-cü il tarixdə Bakı-Şamaxı-Yevlax yolunun 190-cı kilometrliyində xırda buynuzlu heyvanları nəzarətsiz asfalt-beton örtüklü yola buraxmış, nəticədə həmin yolla hərəkətdə olan Zərərçəkmiş şəxs idarə etdiyi «Volkswagen Passat» minik markalı **-CA-*** dövlət nömrə nişanlı avtomaşınla xırda buynuzlu heyvanları vurmuşdur. Nəticədə Zərərçəkmiş şəxs idarə etdiyi «Volkswagen Passat» minik markalı **-CA-*** dövlət qeydiyyat nişanlı avtomobilə 2115 manat maddi ziyan vurulmuşdur. Nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında ƏN-Vİİ nömrəli 328936 saylı etibarnamənin surətindən görünür ki, «Volkswagen Passat» minik markalı **-CA-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi X1 tərəfindən xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs nəqliyyat vasitəsini idarə etmək üçün etibarnamə vermişdir. xx.xx.2024-cü il tarixli Qəbələ şəhəri fərdi avtomobillərə texniki xidmət stansiyasının müdiri Çingiz Cəfərov tərəfindən verilmiş arayışdan görünür ki, «Volkswagen Passat» minik markalı **- CA-*** dövlət qeydiyyat nişanlı avtomobilə 2115 manat məbləğində maddi ziyan dəymişdir. Yol-nəqliyyat hadisəsinin sxemindən görünür ki, «Volkswagen Passat» minik markalı **-CA- *** dövlət qeydiyyat nişanlı avtomobil idarə edilərkən Bakı-Şamaxı-Yevlax yolunun 190-cı kilometrliyində yol-nəqliyyat hadisəsi törədilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, 02 avqust 2024-cü il tarixdə Bakı- Şamaxı-Yevlax yolunun 190-cı kilometrliyində Göyçay rayonu, Şahsoltanlı kəndin sakini Şəxs xırda buynuzlu heyvanları yolda nəzarətsiz qoymuş, nəticədə həmin heyvanlar yolun qaranlıq hissəsindən asfalt örtüklü yola çıxmışdır. Həmin vaxt yolda hərəkətdə olan Qəbələ rayon sakini Zərərçəkmiş şəxs idarə etdiyi «Volkswagen Passat» minik markalı **-CA-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə öz hərəkət zolağında heyvanları vurmuş və nəticədə avtomobilinə maddi ziyan dəymişdir. Bununla da Şəxs İXM-nin 338.7-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.1-ci maddəsinə əsasən Bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 sentyabr 2020-ci il tarixli Qərarına əsasən şəxsin bir hərəkəti ilə bir neçə inzibati xəta törətməsi, bu xətalardan biri məhkəmənin, digəri isə müvafiq orqanın səlahiyyətinə aid olduqda bu xətalara münasibətdə ayrı-ayrı orqanlar öz səlahiyyətləri çərçivəsində tənbeh tətbiq etməlidirlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1-ci maddəsinin dispozisiyasından görünür ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.5.5-ci maddəsi ilə inzibati xəta haqqında işə baxılması məhkəmənin səlahiyyətlərinə aid deyil. Bu səbəbdən inzibati xəta törətmiş şəxs Şəxs yalnız Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə inzibati tənbeh verilməlidir. 338.7-ci maddəsinə əsasən Bu Məcəllənin 338.4, 338.4-1 və 338.5-ci maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə - yüz manatdan yüz əlli manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Şəxs şəxsiyyətini xarakretizə edən halları, törətdiyi inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini nəzərə alaraq hesab edir ki, onun barəsində İXM-nin 338.7-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədə müvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 40, 43, 48-51, 114-117, 128-130 və 338.7-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 338.7ci maddəsi ilə təqsirli bilinərək 100 (yüz) manat cərimə edilsin. Qərarın icrası Şəxs qeydiyyatda olduğu yer üzrə Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən on gün müddətində qərardan Göyçay rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülnaz Qurbanova
Məhkəmə qərarları › İş №3(046)-713/2024
Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-713/2024
13.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver