Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-715/2024 07.08.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Qurbanova Gülnaz İntiqam qızının sədrliyi, Nəsirov Məhəmməd Yasin oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Göyçay rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1, inzibati xəta haqqında protokolu tərtib etmiş Göyçay rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X2 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1987-ci ildə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Göyçay rayonu, Kürd kəndində qeydiyyatda olan və yaşayan. Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1 və 528.1-1-ci maddələrinin tələblərinin pozulması ilə əlaqədar Göyçay rayon Polis Şöbəsindən və Göyçay rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokollara və onlara əlavə edilmiş sənədlərə baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: Göyçay rayon Polis Şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli, MN ******* saylı və Göyçay rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokollarda göstərilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 19:30 radələrində Göyçay şəhəri, Natəvan küçəsində xidməti vəzifəsini yerinə yetirən polis əməkdaşının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bundan başqa Şəxs Göyçay Rayon Məhkəməsinin 06 aprel 2021-ci il tarixli, 2(046)-422/2021 saylı icra sənədi üzrə tələbkar Zərərçəkmiş şəxs 20000 manat aliment borcunu ödəməkdən yayınmışdır. Buna görə də onun barəsində Azərbaycan Respublikası İXM-nin 535.1 və 528.1-1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb olunmasına dair inzibati xəta haqqında protokollar tərtib edilmiş və baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında Göyçay rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 protokolu müdafiə edərək bildirdi ki, Göyçay Rayon Məhkəməsi tərəfindən verilmiş 06 aprel 2021-ci il tarixli, 2(046)-422/2021 saylı icra vərəqəsinə əsasən borclu Şəxs xx.xx.2012-ci il tarixdə anadan olmuş X4, xx.xx.2015-ci il tarixdə anadan olmuş X5 və xx.xx.2017-ci il tarixdə anadan olmuş X7 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşağa görə 140 manat olmaqla, cəmi 420 manat sabit pul məbləğində alimentin tutularaq tələbkar Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. İcra işi əvvəllər icra məmuru Tərlan Əhmədzadənin icraatında olmuş, icra işi onun icraatına 2024-cü ilin iyul ayında daxil olmuşdur. İcra sənədi üzrə icraata başlamaq haqqında qərar və borcun könüllü icrası haqqında bildiriş borclu Şəxs rəsmi qaydada verilmişdir. Bundan sonra Şəxs aliment borcundan sonuncu dəfə 2024-cü ilin may ayında 150 manat ödəniş etmiş, 20000 manat aliment borcu yaranmışdır. İcra sənədinin icrası ilə bağlı borclunun izahatı alınmış və o, izahatında maddi imkanının yaxşı olmadığı üçün borcunu ödəyə bilmədiyini, maddi vəziyyəti yaxşı olacağı təqdirdə borcundan ödənişlər edəcəyini bildirmişdir. İcra sənədi üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs aliment borcunun ödənilməsi ilə bağlı dəfələrlə şikayətlər etmiş, borclu icra şöbəsinə gəlməyərək aliment borcunu ödəməkdən yayınmış və buna görə də onun barəsində axtarış qərarı verilmişdir. Şəxs xx.xx.2024-cü il tarixdə polis əməkdaşlarının təkidi ilə icra şöbəsinə gətirilmişdir. Hazırda görülmüş icra tədbirləri nəticə vermədiyindən borclu Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib etmişdir. Halhazırda borclu Şəxs borclu olduğu 20000 manat aliment borcundan heç bir ödəniş etməmişdir. Göstərilənləri nəzərə alıb borclu Şəxs barəsində qanuna müvafiq qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında Göyçay rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X6 izahat verərək bildirdi ki, Göyçay rayon Polis Şöbəsinin ictimai təhlükəsizlik bölməsinin sahə polis nəfəri Şahid rayon polis şöbəsinin rəisinə müraciət edərək bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 19:30 radələrində Göyçay şəhəri, Natəvan küçəsində olarkən axtarışla bağlı Şəxs yaxınlaşmış, onun barəsində axtarışla bağlı qərar çıxarıldığı üçün onunla bərabər Göyçay rayon İcra və Probasiya Şöbəsinə gedilməsi bildirilmiş, lakin Şəxs polis əməkdaşının qanuni tələblərinə qəsdən tabe olmayaraq qaçmaq istəmiş, sonradan polis əməkdaşı onu rayon polis şöbəsinə gətirərək növbətçi hissəyə təhvil vermişdir. Bu səbəbdən onun barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ona istinad edilən əməli törətdiyini etiraf edərək izahatında göstərmişdir ki, ailə üzvləri ilə birlikdə Göyçay rayonu, Kürd kəndində yaşayır. Məhkəmə qətnaməsinə əsasən hər ay ondan 420 manat alimentin tutularaq tələbkara ödənilməsi qət edilmişdir. Avtomobil ustası işləyərək öz maddi təminatını qarşılayır. İşlədiyi iş daimi olmadığı üçün aliment borcunun ödənilməsində çətinliklər yaranmışdır. Maddi imkanı olduğu qədər aliment borcundan ödənişlər etmiş, lakin əvvəllər borcundan ödəniş edə bilmədiyi üçün 20000 manat aliment borcu yaranmışdır. Hal-hazırda aliment borcundan heç bir ödəniş edə bilmir. Bundan başqa barəsində olan axtarış qərarından məlumatı olmamış, icra məmuru tərəfindən ona heç bir məlumat verilməmişdir. xx.xx.2024-cü il tarixdə Göyçay şəhəri, Natəvan küçəsində olarkən polis əməkdaşı ona yaxınlaşaraq barəsində olan axtarış qərarı ilə bağlı onunla birlikdə icra şöbəsinə getməsini tələb etmiş, qorxduğu üçün polis əməkdaşının qanuni tələblərinə tabe olmayaraq oradan qaçmaq istəmişdir. Daha sonra polis əməkdaşı ilə birlikdə rayon polis şöbəsinə getmişdir. Məhkəmə iclasında şahid qismində izahat vermiş Göyçay rayon Polis Şöbəsinin ictimai təhlükəsizlik bölməsinin sahə polis nəfəri Şahid izahat verərək göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə, saat 19:30 radələrində Göyçay şəhəri, Natəvan küçəsində olarkən axtarışda olan Şəxs görərək ona yaxınlaşmış, axtarışda olduğu üçün onunla birlikdə icra şöbəsinə getməli olduğunu bildirmişdir. Buna baxmayaraq Şəxs onun qanuni tələblərinə məhəl qoymayaraq qaçmaq istəmiş, sonradan tərəfindən qanuna uyğun tədbirlər görülməsi üçün rayon polis şöbəsinə gətirilərək növbətçi hissəyə təhvil vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Göyçay rayon Polis Şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 19:30 radələrində Göyçay şəhəri, Natəvan küçəsində xidməti vəzifəsini yerinə yetirən polis əməkdaşının qanuni tələblərinə qəsdən tabe olmamışdır. - xx.xx.2024-cü il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 20:10-da inzibati qaydada tutulmuşdur. - Göyçay Rayon Məhkəməsinin 2(046)-422/2021 saylı, 06 aprel 2021-ci il tarixli icra vərəqəsindən görünür ki, borclu Şəxs xx.xx.2012-ci il tarixdə anadan olmuş X4, xx.xx.2015-ci il tarixdə anadan olmuş X5 və xx.xx.2017-ci il tarixdə anadan olmuş X7 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşağa görə 120 manat olmaqla, cəmi 360 manat məbləğində tutulan alimentin miqdarı artırılaraq hər ay hər uşağa görə 140 manat olmaqla, cəmi 420 manat sabit pul məbləğində alimentin tutularaq tələbkar Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. - İcraata başlamaq haqqında xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Göyçay Rayon Məhkəməsi tərəfindən verilmiş 2(046)-422/2021 saylı, 06 aprel 2021-cü il tarixli icra vərəqəsi əsasında icraata başlanılmışdır. - Şəxs borcundan ödəniş etmədiyi üçün 20000 manat aliment borcu yaranmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 528.1-1-ci maddəsinə əsasən, bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə- fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibatı hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 17 fevral 2006-cı il tarixli qərarında qeyd olunur ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyacanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgə yaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərdir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər təqsirkarın ətrafdakı şəxslərə və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətləridir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək hesab edir ki, toplanmış sübutlarla Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1 və 528.1-1-ci maddələri ilə inzibati xəta törətməkdə təqsirli olması tam sübuta yetirilir. Belə ki, məhkəmə iclasında Şəxs avtomobil ustası işlədiyini, lakin qazancı çox olmadığı üçün onun dolanışığına həmin çatdığını və bu səbəbdən də aliment borcunun ödənilməsində çətinliklər çəkdiyini göstərsə də, məhkəmə onun irəli sürdüyü arqumenti absurd hesab edərək, məhkəmə qətnaməsinin tam şəkildə icrasında maraqlı olmaması qənaətinə gəlməyə imkan verdiyini vurğulayır. Borclu Şəxs borc məbləğini məhkəmə qərarında göstərildiyi qaydada ödənilməsini təmin etməmiş, borcun ödənilməsinə laqeydlik göstərmiş və icra vərəqəsinin icrasına səhlənkar yanaşmışdır. Həmçinin axtarışda olması ilə bağlı polis əməkdaşı ona yaxınlaşaraq onunla birlikdə icra şöbəsinə getməli olduğunu bildirmiş, buna baxmayaraq Şəxs polis əməkdaşının qanuni tələblərinə məhəl qoymamış, qaçmaq istəyərək öz hərəkətlərini davam etdirmişdir. Onun törətdiyi əməl düzgün olaraq tövsif olunmuşdur və o, Azərbaycan Respublikası İXM-nin 535.1 və 528.1-1-ci maddələri ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. 5.1-ci maddəsinə əsasən insan və vətəndaş hüquqları və azadlıqları ali dəyərə malikdir. Bu hüquqların və azadlıqların pozulmasına yol verən bütün dövlət orqanları, qurumları və vəzifəli şəxslər məsuliyyət daşıyırlar. 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri həmin məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə o, təqsiri olmayan hesab edilir, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyil və inzibati məsuliyyətə cəlb olunmuş şəxsin təqsirli olması barədə olan şübhələr də onun xeyrinə həll olunur; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 32-ci maddəsində nəzərdə tutulan məsuliyyətini yüngülləşdirən, Azərbaycan Respublikası İXM-nin 33-cü maddəsində nəzərdə tutulan məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək hesab edir ki, inzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1 və 528.1-1-ci maddələri ilə təqsirli bilinərək, barəsində İXM-in 34.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla barəsində həmin maddənin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1 və 528.1-1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinin tələbinə uyğun olaraq daha ciddi xətaya görə - İXM-nin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 15 (on beş) gün müddətində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbs müddətinin əvvəli 06 avqust 2024-cü il tarixdən saat 20:10-dan hesablansın. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. Qərarın icrası Göyçay rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən on gün müddətində qərardan Göyçay rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülnaz Qurbanova
Məhkəmə qərarları › İş №3(046)-715/2024
Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-715/2024
07.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver