Azərbaycan Respublikası adından QƏRARDAD Göyçay rayonu İş № 3(046)-717/2022 17.11.2022 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Xanbutov Elşən Aleksandr oğlunun katibliyi ilə, inzibati xəta törətmiş şəxs Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə Göyçay Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokollar üzrə materiallara baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə MN ******* və 535.1-ci maddəsi ilə MN ******* saylı inzibati xəta protokolları tərtib edilərək baxılması üçün Göyçay Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə hesab edir ki, Şəxs barəsində tərtib edilmiş inzibati xəta protokolları üzrə işə eyni vaxtda baxıldığından həmin inzibati işlər bir icraatda birləşdiriliməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. 34.2. Şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. 34.3. Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 34, 109, 114cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARVERDİ: Şəxs barəsində Göyçay Rayon Polis X1 Məcəlləsinin 510-cu maddəsi ilə MN ******* və 535.1-ci maddəsi ilə MN ******* saylı inzibati xəta haqqında protokollar üzrə materiallar icraata qəbul edilsin. Həmin materiallar bir icraatda birləşdirilsin. İşin baxılması 17 noyabr 2022-ci il tarixə, saat 18:15-ə Göyçay Rayon Məhkəməsinin binasında təyin edilsin. İnzibati xəta haqqında iş üzrə icraatın iştirakçılarının məhkəmə baxışında iştirakı təmin edilsin. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №3(046)-717/2022
Göyçay Rayon Məhkəməsi Qərardad — İş №3(046)-717/2022
17.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver