Məhkəmə qərarları › İş №3(046)-718/2022

Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-718/2022

17.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-718/2022 17.11.2022 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Xanbutov Elşən Aleksandr oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş Göyçay RPŞ-nin İTB-nin sahə rəisi, polis kapitanı X3 və inzibati xəta törətmiş Şəxs iştirakı ilə, xx.xx.1995-ci il tarixdə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Göyçay şəhəri, A.Faruq küçəsi, 26 saylı evdə yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə Göyçay rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara Göyçay şəhərində baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə inzibati xəta protokolları tərtib edilərək, baxılması üçün Göyçay Rayon Məhkəməsinə göndərilmişdir ona görə ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 18 radələrində Göyçay şəhəri, H.Əliyev prospektində “Gənclər Mərkəzinin” qarşısında sərxoş vəziyyətdə ünvansız nalayiq söyüşlər söymüş, orada olan polis əməkdaşları onu nizam-intizama dəvət edərkən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmayaraq öz hərəkətlərini davam etdirmişdir. Həmin vaxt polis əməkdaşları onu polis şöbəsinə aparmış, polis şöbəsində öz hərəkətlərini davam etdirmiş, polislərin ünvanına nalayiq ifadələr işlədərək polisin normal iş rejimini pozmuş, xuliqanlıq hərəkətlərinə yol vermişdir. Şəxs sərxoşluqun müayinəsi üçün TTYS-na aparılarkən ekspertizadan keçirilməkdən imtina etmişdir. Məhkəmədə inzibati xəta törətmiş Şəxs göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə dostları ilə birlikdə spirtli içki qəbul etmiş, “Gənclər Mərkəzinin” qarşısında ünvansız nalayiq söyüşlər söymüşdür. Polis əməkdaşları ona yaxınlaşdıqları zaman ondan əl çəkmələrini tələb etmiş, polis əməkdaşlarının ünvanına nalayiq söyüşlər söymüşdür. Polis əməkdaşları onu polis şöbəsinə aparmış, polis şöbəsində hərəkətlərini davam etdirmişdir. Məhkəmədə inzibati xəta protokolu tərtib etmiş Göyçay RPŞ-nin İTB-nin sahə rəisi, polis kapitanı X5 izahat verərək göstərmişdir ki, Şəxs 16 noyabr 2022-ci il tarixdə saat 18 radələrində Göyçay şəhəri, H.Əliyev prospektində “Gənclər Mərkəzinin” qarşısında sərxoş vəziyyətdə ünvansız nalayiq söyüşlər söymüş, orada olan polis əməkdaşları onu nizamintizama dəvət edərkən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmayaraq öz hərəkətlərini davam etdirmişdir. Həmin vaxt polis əməkdaşları onu polis şöbəsinə gətirmiş, polis şöbəsinin inzibati binasının daxilində növbətçi hissədə xidmət aparan polis leytenantı Nəsir Məcidovun və digər polis əməkdaşlarının iş fəaliyyətinə maneəçilik törədərək polis əməkdaşlarına nalayiq söyüşlərlə söyərərək hərəkətlərinə davam etmişdir. Şəxs sərxoşluqun müayinəsi üçün TTYS-na aparılarkən ekspertizadan keçirilməkdən imtina etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Göyçay RPŞ-nin PPXB-nin polis nəfəri polis serjantı X4 izahat verərək göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə PPXB-nin polis nəfəri polis serjantı Qərib Niftalıyevlə birlikdə 1 nömrəli piyada postunda xidmət apararkən Göyçay şəhəri H.Əliyev prospektində “Gənclər Mərkəzinin” qarşısında bir nəfər şəxsin ucadan səs-küy saldığını eşitmiş, bununla bağlı onlar həmin şəxsə yaxınlaşıb özlərini təqdim edərək onu nizam-intizama dəvət etmiş, lakin buna baxmayaraq tabesizlik göstərərək onların qanuni tələblərinə qəsdən tabe olmayaraq öz hərəkətlərini davam etdirmişdir. Daha sonra onu polis şöbəsinə gətirmək istəyərkən onlara hədə-qorxu gələrək “sizin başınıza oyun açacam mən bilirəm nə edəcəm” ifadələri işlətmişdir. Həmin şəxsin barəsində müvafiq tədbirlər görülməsi üçün 2 nömrəli avtopatrul xidmətində xidmət aparan polis nəfərləri polis baş serjantı Rövşən Kərimovu və polis serjantı Elvin Məhərrəmzadəni köməyə çağıraraq onu RPŞ-nə gətirmişlər. Polis şöbəsinin inzibati binasının daxilində növbətçi hissənin qarşısında xidmətdə olan polis leytenantı Nəsir Məcidova və digər polis əməkdaşlarına qarşı nalayiq söyüşlər söymüş, onu nizam-intizama dəvət etmiş polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmayaraq öz hərəkətlərini davam etmişdir. Göyçay RPŞ-nin PPXB-nin polis nəfəri polis serjantı X2 məhkəmədə izahat vermiş şahid X1 göstərdiyi xüsusatları təsdiq etmişdir. İnzibati materialına əlavə edilmiş xx.xx.2022-ci il tarixli 970 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Şəxs tibbi müayinədən keçməkdən imtina etmişdir. X7 Haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 18:15-də inzibati qaydada tutulmuşdur. Məhkəməyə təqdim edilmiş CD disk video görüntülərindən və səs yazısından görünür ki, disk əlavə edilmiş səs yazısında Şəxs sərxoş vəziyyətdə polis əməkdaşlarına qarşı nalayiq söyüşlər söyməsi faktı da öz təsdiqini tapmışdır. Bundan başqa video görüntüdə Şəxs sərxoşluq vəziyyətinin tibbi müayinə aktından keçməkdən imtina etmişdir. Məhkəmə, tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetir. Şəxs 510 və 535.1-ci maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati tənbeh təyin edilməlidir. Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə -əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs inzibati xətaları sərxoş halda törətməsini onun məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə inzibati xəta törətmiş Şəxs tərəfindən törədilən inzibati xətaların xarakterini, onun şəxsiyyətini və təqsirinin dərəcəsini, habelə məsuliyyəti yüngülləşdirən halın olmamasını və məsuliyyətini ağırlaşdıran halı nəzərə alaraq ona Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbehin təyin edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinib, ona 15 (on beş) gün müddətinə inzibati həbs tənbeh növü təyin edilsin. İnzibati həbs müddətinin başlanğıcı 16 noyabr 2022-ci il tarixdən saat 18:15-dən hesablansın. Qərarın icrası Göyçay rayon PŞ-nə həvalə edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Göyçay Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar