Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-721/2024 09.08.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Qurbanova Gülnaz İntiqam qızının sədrliyi, Nəsirov Məhəmməd Yasin oğlunun katibliyi, Göyçay rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və müdafiəçisi Vəkil iştirakı ilə, xx xxx 1991-ci ildə Göyçay rayonu, İnçə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Göyçay rayonu, İnçə kəndində qeydiyyatda olan və Bakı şəhərində yaşayan. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhər Xətai Rayon Məhkəməsinin 2(011)-1804/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsinə əsasən Şəxs xx.xx.2023-cü il tarixdən hesablanmaqla xx.xx.2018-ci il tarixdə anadan olmuş X5 və xx.xx.2023-cü il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün (Şəxs məhkəmə icraatı gedişində ödədiyi 550 manat məbləğində aliment nəzərə alınmaqla) hər ay hər uşaq üçün 220 manat olmaqla, cəmi 440 manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. Borclu Şəxs icra sənədi üzrə tələbləri yerinə yetirmədiyinə görə onun barəsində «İcra haqqında» qanunun 82-ci maddəsinə əsasən 09 avqust 2024-cü il tarixdə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında Göyçay rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 protokolu müdafiə edərək bildirdi ki, Bakı şəhər Xətai Rayon Məhkəməsinin 2(011)- 1804/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsinə əsasən borclu Şəxs xx.xx.2023-cü il tarixdən hesablanmaqla xx.xx.2018-ci il tarixdə anadan olmuş X5 və xx.xx.2023-cü il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün (Şəxs məhkəmə icraatı gedişində ödədiyi 550 manat məbləğində aliment nəzərə alınmaqla) hər ay hər uşaq üçün 220 manat olmaqla, cəmi 440 manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. İcra sənədi üzrə icraata başlamaq haqqında qərar və borcun könüllü icrası haqqında bildiriş borclu Şəxs rəsmi qaydada verilmişdir. Borclu Şəxs hər təyin edilmiş aliment borcundan 300 manat mütəmadi olaraq ödənişlər etmiş, aliment borcunu hər ay tam olaraq ödəyə bilmədiyi üçün qalıq 1180 manat aliment borcu yaranmışdır. Sonuncu dəfə borclu Şəxs icra şöbəsinə çağırılmış, gəlmədiyi üçün barəsində xx.xx.2024-cü il tarixdə borclunun axtarışı haqqında qərar qəbul edilmişdir. Daha sonra polis əməkdaşları tərəfindən borclu icra şöbəsinə gətirilmiş, borcundan ödəniş edilməsi ilə bağlı xəbərdarlıq edilmiş, lakin borclu hər ayın 25 maaş əmək haqqı aldığını, hal-hazırda borcunu tam şəkildə ödəməyə maddi imkanının olmadığın bildirmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs aliment borcunun ödənilməsi ilə bağlı dəfələrlə şikayətlər etmiş, tərəflər arasında razılıq əldə olunmadığı üçün Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında protokol tərtib edilmişdir. Hal-hazırda borclu Şəxs aliment borcundan 100 manat ödəniş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərmişdir ki, Bakı şəhər Xətai Rayon Məhkəməsinin 2(011)- 1804/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsinə ondan xx.xx.2023-cü il tarixdən hesablanmaqla xx.xx.2018-ci il tarixdə anadan olmuş X5 və xx.xx.2023-cü il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün (Şəxs məhkəmə icraatı gedişində ödədiyi 550 manat məbləğində aliment nəzərə alınmaqla) hər ay hər uşaq üçün 220 manat olmaqla, cəmi 440 manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. Məhkəmə qətnaməsindən sonra hər ay aliment borcundan 300 manat ödəniş etmiş, lakin hər ay təyin edilmiş aliment pulu 440 manat olduğu üçün qalıq 1180 manat borcu yaranmışdır. Bildirir ki, rayonda iş tapa bilmədiyi üçün Bakı şəhərinə işləməyə getmiş, orada dönər ustası yanında köməkçi və ofisiant kimi işləyərək öz maddi təminatını qarşılayır. Aldığı əmək haqqı məbləği çox olmadığı üçün aliment pulunu tam şəkildə ödəyə bilmir. Dəfələrlə zərər çəkmiş şəxsə hər ay 300 manat ödədiyi puldan əlavə 50 manat ödəməsi ilə bağlı təkliflər etmiş, lakin o razılaşmayaraq borcun ödənilməsini tam şəkildə tələb etmişdir. Borcunu tam şəkildə ödəməyə maddi imkanı yoxdur. Hal-hazırda borcundan 100 manat ödəyir, qalan borcu hissə-hissə ödəyəcəkdir. Eyni zamanda, nə icra məmurunun çağırışlarından yayınmaq, nə də məhkəmənin qərarını icra etməmək niyyəti yoxdur. Müdafiəçisi Vəkil çıxış edərək bildirdi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs hər ay iki uşağın saxlanılması üçün 440 manat aliment borcundan hər ay 300 manat ödəniş etmiş, əmək haqqı məbləği az olduğu üçün borcunu tam olaraq ödəyə bilməmişdir. Göründüyü kimi borclu tərəfindən alimentin borcunun ödənilməsində heç bir qərəzçilik olmamışdır. Buna görə də maddi vəziyyətinin nəzərə alınmasını və aliment borcunun ödənilməsi ilə bağlı ona vaxt verilməsini xahiş edir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını yoxlayıb, inzibati xəta haqqında protokolun dəlillərini araşdırıb, Göyçay rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını dinləyərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilmədir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhər Xətai Rayon Məhkəməsinin 2(011)-1804/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsinə əsasən borclu Şəxs xx.xx.2023-cü il tarixdən hesablanmaqla xx.xx.2018-ci il tarixdə anadan olmuş X5 və xx.xx.2023-cü il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün (Şəxs məhkəmə icraatı gedişində ödədiyi 550 manat məbləğində aliment nəzərə alınmaqla) hər ay hər uşaq üçün 220 manat olmaqla, cəmi 440 manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Bakı şəhər Xətai Rayon Məhkəməsi tərəfindən verilmiş 2(011)-1804/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsi əsasında icraata başlanılmışdır. xx.xx.2024-cü il tarixli, e87452/2024-61-12-003 saylı məktubdan görünür ki, Göyçay rayon İcra və Probasiya Şöbəsi tərəfindən Göyçay rayonu, İnçə kəndində qeydiyyatda olan Şəxs tələbin könüllü icrası ilə bağlı bildiriş göndərilmişdir. xx.xx.2024-cü il tarixli, e87452/2024-61-12-002 saylı məktubdan görünür ki, Göyçay rayon İcra və Probasiya Şöbəsi tərəfindən Göyçay rayonu, İnçə kəndində qeydiyyatda olan Şəxs aliment borcunun ödənilməsi ilə bağlı xəbərdarlıq göndərilmişdir. Borclunun axtarışı haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Göyçay rayonu, İnçə kəndində qeydiyyatda olan Şəxs barəsində axtarış elan edilmişdir. xx.xx.2024-cü il tarixli ödəniş qəbzin surətindən görünür ki, borclu Şəxs aliment borcundan 100 manat tələbkar Zərərçəkmiş şəxs hesabına ödəmişdir. Borclu Şəxs Göyçay rayon İcra və Probasiya Şöbəsində izahat verərək ödənilməli olan aliment borcundan hər ay 300 manat ödəniş etdiyini, 1180 manat aliment borcunun qaldığını və aliment borcunu ödəmədiyi halda barəsində bütün məcburi icra tədbirlərinin görülməsinə etirazı olmadığını bildirmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin EMF-dən alınmış çıxarışdan görünür ki, borcluya məxsus hər hansı daşınar və ya daşınmaz əmlak aşkar edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 105.1-ci maddəsinə əsasən, Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Məhkəmə icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını, eləcə də inzibati materialda olan sənədləri nəzərə alıb, icra işini nəzərdən keçirərək, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcud deyil. “İcra haqqında” Qanunun 82.1-ci maddəsinə əsasən, borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Hazırki halda nə məhkəməyə təqdim edilmiş sənədlərlə, nə də məhkəmə iclasında iştirak edən icra məmurunun, barəsində inzibati qaydada icraat aparılan şəxsin izahatlarında göstərdikləri xüsusatlarla Şəxs məhkəmə qərarını məhz üzrsüz səbəbdən icra etməmə halı öz təsdiqini tapmamışdır. Əksinə borclu icra sənədi ilə bağlı aliment borcundan mütəmadi olaraq hər ay 300 manat ödəniş etmişdir. Şəxsin hazırda tələb olunan məbləği bütöv şəkildə ödəmək imkanının olmadığını bildirməsinə və bu halın real olmasına baxmayaraq barəsində inzibati xəta haqqında protokol tərtib edilərək onun məhkəmə aktını icra etməməsinin üzrsüz hal kimi qiymətləndirilməsi qanuni olmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2012-ci il 2 oktyabr tarixli Qərarındakı hüquqi mövqeyinə görə məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: - borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; - borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması, tələbin yönəldilməsi mümkün olan əmlakın və pul vəsaitinin gizlədilməsi, icradan yayınmaq məqsədilə əmlakın özgəninkiləşdirilməsi və borcun tam ödənilməsi imkanı olduğu halda kiçik məbləğin ödənilməsi. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasına əsasən, icra sənədinin borclu tərəfindən üzrsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olduğundan, borclu Şəxs mütəmadi olaraq hər ay aliment borcundan 300 manat ödəniş etməsi, hazırda isə borclu Şəxs borclu olduğu aliment borcundan 100 manat ödəməsi icra məmurunun məhkəməyə təqdim etdiyi ödəniş qəbzində öz təsdiqini tapmış və bununla da icra sənədinin üzrsüz səbəblərdən icra edilməməsi halının mövcudluğu istisna olunduğundan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata onun əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Bundan başqa, məhkəmə hesab edir ki, Şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımı ödəməkdən azad edilməli və müdafiəçinin göstərdiyi hüquqi yardıma görə dövlət büdcəsinin vəsaiti hesabından Göyçay rayon Vəkil Bürosunun hesablaşma hesabına müvafiq məbləğdə pul köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 105-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Bakı şəhər Xətai Rayon Məhkəməsinin 2(011)-1804/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinin icra edilməməsi ilə bağlı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən tərtib edilmiş 09 avqust 2024-cü il tarixli inzibati xəta haqqında protokol əsasında başlanılmış icraata xitam verilsin. Şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımı ödəməkdən azad edilsin və Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyası Göyçay rayon Vəkil bürosunun vəkili Vəkil verilməkdən ötrü məhkəmə icraat zamanı göstərilmiş 4 iş saatı müddətində hüquqi yardım üçün 24 manat məbləğində pul Göyçay rayon Vəkil Bürosunun (Azərbaycan Respublikası Beynəlxalq Bankın Göyçay filialı, Bankın kodu 805294, VÖEN ********** M/h AZ03NABZ********************, SWİFT kodu İBAZAZ2X, hesablaşma hesabı AZ83İBAZ******************** (VÖEN **********) hesabına ödənilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (gün) müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Göyçay Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülnaz Qurbanova
Məhkəmə qərarları › İş №3(046)-721/2024
Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-721/2024
09.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver