Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-723/2025 24.10.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi ilə, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Gəncə Gömrük İdarəsindən «X2 Kombinatı» MMC barəsində daxil olmuş inzibati xəta haqqında materiala Göyçay şəhərində baxaraq, məhkəmə M Ü Ə Y Y ƏN E T D İ : «X2 Kombinatı» MMC barəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Gəncə Gömrük İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixdə İXM-nin 483-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Göyçay Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəməyə təqdim edilmiş xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında haqqında protokoldan görünür ki, Göyçay rayonu Çavarxı kəndində qeydiyyatda olan “X2 Kombinatı” MMC (VÖEN **********) tərəfindən xx.xx.2024-cü il tarixli, 011024 nömrəli müqavilə əsasında xx.xx.2025-ci il tarixli **********6135 sorğu nömrəli gömrük bəyannaməsi üzrə Rusiya Federasiyasında olan ‘‘X1” şirkətinə çəkisi 21000.00 kq, dəyəri 73500.00 ABŞ dolları olan “Qablaşdırılmış nar sirəsi” yükü ixrac edilmişdir. İxrac edilmiş yükün dəyərinin 1686.96 (bir min altı yüz səksən altı dollar doxsan altı sent) ABŞ dolları 180 gün ərzində ixracatçının müvəkkil bank hesabına geri köçürülməmiş və bu barədə Yevlax gömrük postundan Əməliyyat və Təhqiqat şöbəsinə raport daxil olmuşdur. Qeyd olunan faktla baqlı Gəncə Gömrük İdarəsi, Əməliyyat və Təhqiqat Şöbəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə xx.xx.2025-ci il tarixli, 00900-00314/25 saylı inzibati xəta haqqında iş üzrə inzibati araşdırma başlanmışdır. Azərbaycan Respublikası Prezdentinin 24 iyun 1997-ci il tarixli 609 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydalan”-nın 12.2-ci bəndinin tələbinə əsaəsən 180-gün müddətinə xarici valyuta vəsaitləri, malları ixrac edən ixracatçının Azərbaycan Respublikasında müvəkkil bankda olan hesabına köçürülməsinin təmin edilməsi nəzərdə tutulmuşdur. Araşdırma ilə əlaqədar ixrac olunmuş və ixrac olunan malın müqabilində Azərbaycan Respublikasına gətirilməmiş yuxarıda qeyd edilən bəyannamə üzrə yükün dəyərinin qalıq məbləği olan 1686.96 ABŞ dollarının Azərbaycan manatına nisbəti bəyannamənin 23-cü qrafasında bir ABŞ dollarının Azərbaycan manatına nisbətinin 1.7000 manat olduğu qeyd edilmiş və beləliklə Xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində xaricdən qaytarılmayan müvəkkil bankın hesabına məcburi qaydada köçürülməli olan məbləğin 2867.83 (iki min səkkiz yüz altmış yeddi manat səksən üç qəpik) AZN təşkil etdiyi müəyyən olunmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin qeyd hissəsində: “az miqdar” dedikdə qaytarılmamış xarici valyuta vəsaitinin 20000 (iyirmi min) manatadək olan məbləği başa düşülür. Beləliklə, “X2 Kombinatı” MMC tərəfindən ixrac olunan malın müqabilində müvəkkil edilmiş bankın hesabına məcburi qaydada küçürülməli olan 2867.83 (iki min səkkiz yüz altmış yeddi manat səksən üç qəpik) AZN valyuta vəsaiti az miqdar təşkil etmişdir. “X2 Kombinatı” MMC-yə məhkəmə baxışının yeri və vaxtı barədə məlumat verilmiş, nümayəndə məhkəmə baxışında iştirak etməmişdir. Təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, «X2 Kombinatı» MMC -nin Azərbaycan Respublikası İnzibati Xətaları Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam sübuta yetir. «X2 Kombinatı» MMC-yə həmin maddədə nəzərdə tutulmuş inzibati tənbeh təyin edilməlidir. Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsinə əsasən xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə - inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir. Təqdim edilmiş materiallardan görünür ki, «X2 Kombinatı» MMC hüquqi şəxs hesab edilir. Məhkəmə «X2 Kombinatı» MMC barəsində inzibati tənbeh təyin edərkən törədilmiş xətanın xarakterini, törədilmə şəraitini, həmçinin məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq «X2 Kombinatı» MMC-yə inzibati cərimə tənbeh növünün təyin edilməsini məqsədə müvafiq hesab edir. Göstərilənləri və Azərbaycan Respublikası İXM-nin 43, 112, 114, 115, 117, 128-130cu maddələrini əldə rəhbər tutub QƏRARVERDİ: «X2 Kombinatı» MMC-yə inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləği olan 2867.83 manatın otuz faizi miqdarında yəni, 860.34 manat məbləğində inzibati cərimə təyin edilsin. Qərarın icrası Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Azərbaycan Respublikası Şəki Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim : İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №3(046)-723/2025
Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-723/2025
24.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver