Məhkəmə qərarları › İş №3(046)-728/2023

Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-728/2023

07.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-728/2023 07.12.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Bürcəliyev Sabir Arzu oğlunun katibliyi, X1, Göyçay rayon PŞ-nin DYPB-nin baş leytenantı X5 iştirakı ilə, Göyçay rayon YPX-nin baş-X3 tərəfindən xx.xx.2023-cü il tarixdə qəbul edilmiş qərardan verilmiş şikayətə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: X8 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, barəsində xx.xx.2023-cü il tarixdə İnzibati tənbeh vermə haqqında TP ******* saylı qərarın ləğv edilməsini xahiş etmişdir. X2 şikayətini belə əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixində saat 19:00-də VAZ 2101 markalı, **-BL-*** dövlət nömrə nişanlı minik avtomobil ilə hərəkətdə olarkən ona Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsinə əsasən əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə qaydalarının pozulmasına dair inzibati xəta haqqında protokol tərtib edilmişdir. xx.xx.2023-cü il tarixdə barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola Azərbaycan Respublikası Göyçay rayon Yol Patrul Xidməti Polis Baş X3 tərəfindən baxılmış və 80 manat məbləğində inzibati tənbeh edilməsi barədə qərar qəbul edilmişdir. Göyçay RPŞ-nin DYPB-nin yol patrul xidməti polis baş X3nun xx.xx.2023-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və barəmdə Azərbaycan Respublikası İXM-nin 327.2.-ci maddəsinə əsasən başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, İnzibati tənbeh vermə haqqında qərarda inzibati tənbeh edilməyinə əsas olmuş qayda pozuntusunun harda, hansı yolda törətməyi qeyd edilməmişdir. Bundan başqa barəsində inzibati xəta haqqında protokol tərtib edən YPX əməkdaşı ona istinad olunan inzibati xəta törətməyini təsdiq edən hər hansı sübutu, yəni foto və videogörüntünü, hal şahidini təqdim etmədən, başqa sözlə desək heç bir sübuta əsaslanmadan barəmdə inzibati xəta haqqında protokol tərtib etmişdir. İnzibati xətanın mövcudluğunu sübut etmədən barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola Azərbaycan Respublikası Göyçay RPŞ-nin DYPB-nin yol patrul xidməti polis baş leytenantı elə həmin tarixdə də baxmış və inzibati tənbeh edilməyi barədə qanunsuz qərar qəbul etmişdir. Buna görə də qərarın ləğv edilməsin xahiş etmişdir. Göyçay rayon PŞ-nin DYPB-nin baş leytenantı X9 izahat verərək göstərmişdir ki, X8 xx.xx.2023-cü il tarixdə idarə etdiyi VAZ 2101 markalı, **-BL-*** dövlət nömrə nişanlı minik avtomobil ilə hərəkətdə olarkən Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı, yəni ötmə əməliyyatını düzgün həyata keçirmədiyindən, barəsində Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə xx.xx.2023-cü il tarixdə qərar qəbul etmişdir. Qeyd edilən pozuntu ilə əlaqədar olaraq video görüntünü vardır. Buna görə də şikayət rədd edilməsini xahiş etmişdir. Məhkəməyə təqdim edilmiş Göyçay rayon Polis şöbəsinin baş X3 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə qərarından görünür ki, X8 xx.xx.2023-cü il tarixdə saat idarə etdiyi VAZ 2101 markalı, **-BL-*** dövlət nömrə nişanlı minik avtomobil ilə hərəkətdə olarkən yol hərəkəti qaydalarını pozduğuna görə İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinib 40 manat inzibati qaydada cərimə edilmişdir. Məhkəməyə təqdim edilmiş DVD disk görüntülərdən görünür ki, X8 xx.xx.2023-cü il tarixdə idarə etdiyi VAZ 2101 markalı, **-BL-*** dövlət nömrə nişanlı minik avtomobil ilə hərəkətdə olarkən düz xətt nişanını pozaraq sol zolağa çıxaraq ötmə əməliyyatı etmişdir. Təqdim edilmiş sübutlardan görünür ki, X8 xx.xx.2023-cü il tarixdə idarə etdiyi VAZ 2101 markalı, **-BL-*** dövlət nömrə nişanlı minik avtomobil ilə hərəkətdə olarkən düz xətt nişanını pozaraq sol zolağa çıxaraq ötmə əməliyyatı etmişdir. Baş vermiş hadisə ilə bağlı Göyçay rayon Polis şöbəsinin baş X3 tərəfindən xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinib 80 manat inzibati qaydada cərimə edilməsi barədə qərar qəbul edilmişdir. Məhkəmə baxışı zamanı X8 xx.xx.2023-cü il tarixli qərarın ləğv edilməsinə əsas verə bilən heç bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Belə olan halda tədqiq edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, X4 Göyçay rayon YPX-nin baş-X3 tərəfindən xx.xx.2023-cü il tarixdə qəbul edilmiş, TP ******* saylı inzibati tənbeh vermə qərarı ilə razılaşmadığı barədə göstərdikləri xüsusatlar onun barəsində qəbul edilmiş qərarın ləğvi üçün əsas ola bilməz. Buna görə də X4 şikayəti əsassızdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 128-130, 131- 134-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: Şikayət təmin edilməsin. X4 Göyçay rayon YPX-nin baş-X3 tərəfindən xx.xx.2020-ci il tarixli İXM-nin 333.1-ci maddəsi ilə 400 manat inzibati qaydada cərimə edilməsi barədə qərarın ləğv edilməsinə dair şikayəti təmin edilməsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İbrahim Fəttahov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar