Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-73/2024 25.01.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Bürcəliyev Sabir Arzu oğlunun katibliyi, X2 iştirakı ilə, X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli EQ 18726893 saylı və xx.xx.2023-cü il tarixli EQ 18726887 saylı qərarların ləğv edilməsi barədə verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: X1 məhkəməyə müraciət edərək xx.xx.2023-cü il tarixli EQ 18726893 saylı və xx.xx.2023-cü il tarixli EQ 18726887 saylı inzibati tənbeh vermə haqqında qərarlarınnın ləğv edilərək, barəsində Azərbaycan Respublikası İXM-in 332.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında işlərə xitam verilməsini xahiş etmişdir. X3 şikayətini belə əsaslandırmışdır ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.3-cü maddəsi ilə qəbul edilmiş xx.xx.2023-cü il tarixli EQ 18726887saylı inzibati xəta haqqında qərardan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 11:33-də Bakı- Qazax ylu 67.8-ci km Bakı istiqamətində Opel Astra markalı, **-EK-*** dövlət qeydiyyatı nişanlı nəqliyyat vasitəsini idarə edərkən yolda müəyyən edilmiş hərəkət surətini aşmış və nəqliyyat vasitəni idarə etmək hüququ olmadan nəqliyyat vasitəni idarə etmişdir. Eləcə də Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.3-cü maddəsi ilə qəbul edilmiş xx.xx.2023-cü il tarixli EQ 18726893 saylı inzibati xəta haqqında qərardan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 11:40-da Bakı-Qazax ylu 55.1 -ci km Bakı istiqamətində Opel Astra markalı, **-EK-*** dövlət qeydiyyatı nişanlı nəqliyyat vasitəsini idarə edərkən yolda müəyyən edilmiş hərəkət surətini aşmış və nəqliyyat vasitəni idarə etmək hüququ olmadan nəqliyyat vasitəni idarə etmişdir. Aşağıda göstərilən əsaslara görə xx.xx.2023-cü il tarixli EQ 18726893 saylı və29.12.202-cü il tarixli EQ 18726887saylı qərarlar ləğv edilməli, barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata əməlimdə inzibati xətanın tərkibi olmaması əsası ilə xitam verilməlidir. Belə ki, Opel Astra markalı, **-EK-*** dövlət qeydiyyatı nişanlı nəqliyyat vasitəsi 6 ay əvvəl istifadəsində olmuşdur. Daha sonra həmin avtomobili Göyçay şəhər sakini Şahid istifadəsində olmuşdur. Lakin Şahid avtomobilə olan etibarnaməmi ləğv etdirməmişdir. xx.xx.2023-cü il tarixdə sürücülük hüququnu məhdudlaşdırıldığından, Opel Astra markalı, **-EK-*** dövlət qeydiyyatı nişanlı nəqliyyat vasitəsinə dair etibarnaməsi olduğundan, idarə edən şəxs sürət həddini aşdığı üçün barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.3-cü maddəsi ilə iki qərar qəbul edilmişdir. Məhkəməyə təqdim etdiyi foto görüntülərdən də göründüyü kimi həmin avtomobil tərəfindən idarə edilməmişdir. Bu faktı avtomobili faktiki idarə edən şəxs Şahid məhkəmə iclasında təsdiq edə bilər. Buna görə də şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmədə şahid qismində izahat vermiş Şahid göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 11:33-də Bakı-Qazax yolu 67.8-ci km Bakı istiqamətində və xx.xx.2023-cü il tarixdə saat 11:40-da Bakı-Qazax ylu 55.1-ci km Bakı istiqamətində Opel Astra markalı, **- EK-*** dövlət qeydiyyatı nişanlı nəqliyyat vasitəsini idarə etmişdir. Məhkəmə şikayət ərizəsinə, iş materiallara baxaraq hesab edir ki, şikayət qismən təmin olunmalıdır. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli EQ/18726893 nömrəli inzibati xəta haqqında qərardan görünür ki, X3 oğlu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.3-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 300 manat inzibati qaydada cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli EQ/18726887 nömrəli inzibati xəta haqqında qərardan görünür ki, X3 oğlu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 300 manat inzibati qaydada cərimə edilmişdir. Məhkəmə baxışı zamanı tədqiq edilmiş sübutlarla X3 oğlunun xx.xx.2023-cü il tarixdə saat 11:33-də Bakı-Qazax yolu 67.8-ci km Bakı istiqamətində və xx.xx.2023-cü il tarixdə saat 11:40-da Bakı-Qazax ylu 55.1-ci km Bakı istiqamətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.3-cü maddəsinə nəzərdə tutulmuş əməli törətməsi tam sübuta yetirilməmişdir. Belə ki, məhkəmə iclası zamanı şahid qismində ifadə verən Şahid xx.xx.2023-cü il tarixdə saat 11:33-də Bakı-Qazax yolu 67.8-ci km Bakı istiqamətində və xx.xx.2023-cü il tarixdə saat 11:40-da Bakı-Qazax ylu 55.1-ci km Bakı istiqamətində Opel Astra markalı, **-EK-*** dövlət qeydiyyatı nişanlı nəqliyyat vasitəsini idarə etdiyini bildirmişdir. Buna görə də məhkəmə hesab edir ki, qeyd edilən qərarlar qanunvericiliyin tələblərinə cavab verməyən sübut növü olmaqla, inzibati icraat üzrə sübut edilməli olan halların sübuta yetirilməsində istifadə edilə bilməz. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 99.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xətalar haqqında işlər üzrə icraata başlamağa səbəb ola bilər. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. Həmin Məcəllənin 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. Həmin Məcəllənin 124.4-cü maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə haqqında qərar və ya inzibati xəta haqqında protokol operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal, yaxud belə kompüter olmadıqda həmin günün sonunadək müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə bu Məcəllənin 125.2.1-ci maddəsində nəzərdə tutulmuş qaydada bu barədə məlumat verilir. İnzibati tənbeh tətbiq etmə haqqında qərarın və ya inzibati xəta haqqında protokolun kağız daşıyıcıda surəti səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən yerindəcə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə, həmçinin belə müraciəti olduqda inzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsə verilir. Bu Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul edilən qərar qəbul edildiyi gün müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Məhkəmə X3 oğlunun ərizəsində göstərdiyi xüsusatlara, şahid ifadəsinə və məhkəmə baxışında verdiyi izahata hüquqi qiymət verərək hesab edir ki, X3 oğlu barəsində qərarlar qəbul edilərkən törədilmiş inzibati xətanın törədilmə şəraiti, inzibati xəta törətmiş şəxsin şəxsiyyəti, məsuliyyətini yüngülləşdirən, həmçinin məsuliyyətini ağırlaşdırılan halların olub olmamasını müəyyən edilməməsi, barəsində qərar qəbul edilərkən inzibati xəta törətmiş X3 oğlunun verə biləcəyi vəsatətlərin nəzərə alınmaması xüsusatları, X3 oğluna istinad edilən inzibati xətanın araşdılması hüququnu məhdudlaşdırılmışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106-cı maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən bir sıra məsələləri o cümlədən inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələbinə müvafiq olaraq tərtib edildiyini (106.0.3), mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplandığını (106.0.5) həll edir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinin tələbinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması və həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Beləliklə, məhkəmə hesab edir ki, X1 oğlunun şikayəti təmin edilməli, X3 oğlu barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli EQ 18726893 saylı və xx.xx.2023-cü il tarixli EQ 18726887 saylı qərarlar ləğv edilməli, yenidən baxılması üçün Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin BDYPİ-nə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X3 oğlunun şikayəti qismən təmin edilsin. X3 oğlu barəsində İnzibati Xətalar Məcəlləsinin 332.3-cü maddəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsi tərəfindən X3 oğlunun 300 manat cərimə edilməsinə dair qəbul edilmiş xx.xx.2023-cü il tarixli EQ 18726893 saylı və xx.xx.2023-cü il tarixli EQ 18726887 saylı inzibati tənbeh vermə haqqında qərarlar ləğv edilsin. xx.xx.2023-cü il tarixdə saat 11:40-da Baxı-Qazax yolu 55.1-ci km-də və xx.xx.2023-cü il tarixdə saat 11:33-də Baxı-Qazax yolu 67.1-ci km-də baş vermiş inzibati xətalar ilə bağlı araşdırma aparılmaqla yenidən baxılması üçün Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin BDYPİ-nə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Göyçay Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №3(046)-73/2024
Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-73/2024
25.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver