Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-730/2024 21.08.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Mən, Göyçay Rayon Məhkəməsinin hakimi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1983-cü ildə Göyçay şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Göyçay şəhəri, Mehdi Hüseynzadə küçəsi, ev 33, mənzil 34-də qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsinin tələblərinin pozulması ilə əlaqədar Göyçay rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdim: Şəxs barəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokola görə, o, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 İdarəsinin EQ/ 19977341 nömrəli, xx.xx.2024-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsi ilə təqsirli bilinərək 300 manat məbləğində cərimə, 180 manat məbləğində dəbbə, ümumilikdə 480 manat cərimə edilməsinə baxmayaraq inzibati tənbeh tətbiq etmə haqqında qərarı qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərmişdir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 İdarəsinin EQ/ 19977341 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı şikayəti əsasında Göyçay Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə ləğv edilmişdir. Həmin qərar ləğv edildiyindən hazırki iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İnzibati xəta haqqında protokola baxılmasının yeri və müddəti ilə əlaqədar xəbərdar edilmiş səlahiyyətli orqana (nümayəndəsinə) məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə hər hansı məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası İXM-in 61.3-cü maddəsinə əsasən işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. İşə əlavə edilmiş Göyçay Rayon Məhkəməsinin 3(046)-555/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarının surətindən görünür ki, şikayət təmin edilərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 İdarəsinin Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-1 və 332.3-cü maddələri ilə təqsirli bilinərək inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli, EQ/19977341 saylı qərarı ləğv edilərək Şəxs əməlində inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında işin icraatına xitam verimişdir. Hesab edirəm ki, aşağıdakılara əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsi inzibati xəta kimi müəyyən edilmişdir. Göründüyü kimi inzibati xətalar qanunvericiliyinin tələbinə görə yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsi 529.3-cü maddəsinin tərkibini yaradır. Bu isə o deməkdir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3cü maddəsi ilə inzibati xəta tərkibinin yaranması üçün başlıca şərt yol hərəkəti qaydaları əleyhinə olan inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsidir. Lakin hazırki iş üzrə tədqiq edilmiş sübutlardan müəyyən olunur ki, xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokolda istinad olunan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 İdarəsinin EQ/ 19977341 nömrəli, xx.xx.2024cü il tarixli qərarı Göyçay Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə ləğv edilmiş,yəni İXM-in 529.3-cü maddəsi ilə inzibati xəta tərkibinin yaranması üçün şəxsin yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə edilməsinə dair inzibati tənbeh vermə haqqında qərarın ( ləğv edildiyindən) hüquqi qüvvəsi yoxdur. Əməlin (hərəkət və ya hərəkətsizliyin) inzibati xəta hesab olunması üçün İXM-lə müəyyən edilmiş 4 əlamətin hər biri mövcud olmalıdır, yəni həmin əməllə Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd edilməli, əməl hüquqazidd olmalı, təqsirli sayılmalı (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati xətanın anlayışından bəhs edilən İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-nin 8.3cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İnzibati xətalar haqqında işlərə baxılarkən çıxarılan qərarlardan biri də İXM-nin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərardır. İnzibati Xətalar Məcəlləsinin 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Qeyd olunanlara əsasən hesab edirəm ki, Şəxs əməlində İXM-in 529.3-cü maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında işi üzrə icraata xitam verilməlidir. Yuxarıda şərh olunanlara əsasən Azərbaycan Respublikası İXM-nin 43, 114, 115, 128, 129 və 130 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldım: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Göyçay rayon məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Elçin Qurbanov
Məhkəmə qərarları › İş №3(046)-730/2024
Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-730/2024
21.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver