Məhkəmə qərarları › İş №3(046)-734/2023

Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-734/2023

13.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-734/2023 13.12.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Göyçay Rayon Məhkəməsinin hakimi Qurbanova Gülnaz İntiqam qızının sədrliyi, Nəsirov Məhəmməd Yasin oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1991-ci ildə Göyçay rayonu, Xəlitli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Göyçay rayonu, Xəlitli kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsinin tələblərinin pozulması ilə əlaqədar Göyçay rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq məhkəmə, müəyyən etdi: Şəxs 19 noyabr 2023-cü il tarixdə, saat 20 radələrində Göyçay şəhəri, Şirvanmest qəsəbəsində idarə etdiyi **-AB-*** dövlət qeydiyyat nişanlı Traktor nəqliyyat vasitəsində qoşalüləli, ”BUM” markalı, 16 kalibrli,174312-59 nömrəli, yivsiz lüləli ov silahını müvafiq icra hakimiyyəti orqanından xüsusi icazəni almadan daşımışdır. İnzibati xəta hadisənin olması 20 noyabr 2023-cü il tarixli inzibati xəta haqqında protokolla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı, habelə inzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərlə təsdiq olunur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, Göyçay rayonu, Xəlitli kəndində yaşayır. qoşalüləli, ”BUM” markalı, 16 kalibrli,174312-59 nömrəli, yivsiz lüləli ov silahı mərhum babası X1 qalmışdır. 19 noyabr 2023-cü il tarixdə Qəbələdə yaşayan tanışına idarə etdiyi **-AB-*** dövlət qeydiyyat nişanlı Traktor nəqliyyat vasitəsində odun aparan zaman Göyçay şəhəri, Şirvanmest qəsəbəsi ərazisində polis əməkdaşları tərəfindən saxlanılaraq texnika duracağa yerləşdirilmişdir. İdarə etdiyi texnikaya polis əməkdaşları tərəfindən baxış keçirilən zaman oturacağın arxa hissəsində mərhum babasından qalmış ov silahı aşkar edilərək götürülmüşdür. Qeyd edir ki, həmin silahı əvvələr adına sənədləşdirmək istəmiş, lakin sənədləşdirə bilməmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Ovçular və Balıqçılar Cəmiyyətləri İctimai birliyinin Ucar rayon Ovçuların 2 saylı dayaq məntəqəsi tərəfindən tərtib edilmiş aktdan görünür ki, qoşalüləli, ”BUM” markalı, 16 kalibrli,174312-59 nömrəli, yivsiz lüləli mülki ov silahıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almamış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının əldə edilməsi, saxlanılması, daşınması, başqa şəxslərə verilməsi və ya satılmasına görə-silah və döyüş sursatı müsadirə edilməklə səksən manatdan yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatını dinləyib və iş materiallarını nəzərdən keçirib, hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və onun barəsində inzibati tənbeh tətbiq edilməlidir. İnzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlinin hüquqa-zidd olduğunu dərk etmiş və buna baxmayaraq silahı özündə saxlamış və daşımışdır. Barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən, iş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 26.1 və 26.2-ci maddələrinə əsasən inzibati xəta törətmiş şəxsin xüsusi mülkiyyətində olan, inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş hallarda həmin predmetin məcburi qaydada və ödənişsiz dövlətin mülkiyyətinə keçməsindən ibarətdir. İnzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 151.1 və 151.2-ci maddələrinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi haqqında qərar müsadirə edilmiş predmetin alınması və ödənişsiz, məcburi olaraq, dövlət mülkiyyətinə verilməsi yolu ilə icra edilir. Predmetin müsadirəsi haqqında qərarın icrası başa çatdıqda, bu barədə müvafiq qeyd aparılmaqla həmin qərar onu qəbul etmiş hakimə qaytarılır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını və işin digər hallarını nəzərə alaraq onun barəsində əsas inzibati tənbeh tədbiri olaraq cərimənin, əlavə inzibati tənbeh tədbiri olaraq isə inzibati xətanın bilavasitə obyekti olan predmetin müsadirəsinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İnzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə təqsirli bilinərək, bir ədəd qoşalüləli, ”BUM” markalı, 16 kalibrli,174312-59 nömrəli, yivsiz lüləli ov silahı müsadirə edilməklə, 80 (səksən) manat məbləğində cərimə edilsin. Qərardan sürəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Gülnaz Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar