Məhkəmə qərarları › İş №3(046)-735/2024

Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-735/2024

12.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-735/2024 12.08.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Mən, Göyçay Rayon Məhkəməsinin hakimi X2, xx.xx.1993-cü ildə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, Göyçay şəhəri, M.F.Axundov küçəsi, ev 18də qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tələblərinin pozulması ilə əlaqədar Göyçay rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdim: Şəxs Ağdaş Rayon Məhkəməsinin 2(014)-1734/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə 5743 manat, Ağdaş Rayon Məhkəməsinin 2(014)-1737/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə 4814 manat və Ağdaş Rayon Məhkəməsinin 2(014)-1732/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə 1780 manat məbləğində pul tutularaq tələbkar Zərərçəkmiş şəxs verilməsi barədə icra sənədinin icrası ilə bağlı Göyçay rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. İnzibati xəta hadisəsinin olması 12 avqust 2024-cü il tarixli inzibati xəta haqqında protokolla, barəsində inzibati xəta haqında iş üzrə icraat aparılan şəxsin və protokolu tərtib etmiş şəxsin izahatları, habelə inzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərlə təsdiq olunur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, Göyçay şəhəri, M.F.Axundov küçəsi, ev 18-də qeydiyyatda olmaqla həmin evdə yaşayır. Barəsində çıxarılmış məhkəmə qətnaməsindən xəbəri olmamışdır. Göyçay rayon Polis Şöbəsinin işçiləri yaşadığı evə gələrək ona pul borcu ilə bağlı icra məmuru tərəfindən onun barəsində axtarış elan olunması bildirilmişdir. Bundan sonra 07 avqust 2024-cü il tarixdə Göyçay rayon İcra və Probasiya Şöbəsinə gəlmiş, orada icra məmuru tərəfindən ona Zərərçəkmiş şəxs 5743 manat borcu olduğu bildirilmişdir. Maddi imkanı olmadığı üçün borcunu ödəyə bilməmişdir. Eyni zamanda, nə icra məmurunun çağırışlarından yayınmaq, nə də məhkəmənin qərarını icra etməmək niyyəti yoxdur. Borcunu hissə-hissə ödəyəcəkdir. Məhkəmə iclasında protokolu tərtib etmiş şəxs Göyçay rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X1 izahat verərək bildirdi ki,eyni borclu barəsində bir neçə icra sənədinin olması müəyyən edildiyindən Ağdaş Rayon Məhkəməsinin 2(014)- 1734/2023 saylı, xx.xx.2023-cü il tarixli ,2(014)-1737/2023 saylı, xx.xx.2023-cü il tarixli və 2(014)-1732/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədləri bir icraatda birləşdirilmişdir.Borclu Şəxs sms bildiriş vasitəsilə icra sənədində göstərilən məbləğin ödənilməsi barədə xəbərlarlıq edilsədə,o şöbəyə gəlməmiş,icra sənədinin icrası ilə bağlı qanuni tələbləri yerinə yetirməmişdir.Yaşayış yeri məlum olmadığından haqqında 15 iyul 2024-cü ildə axtarış elan edilmişdir. Borclu Şəxs icra sənədləri üzrə heç bir ödəniş etməmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli borclunun axtarılması haqqında qərardan görünür ki, Şəxs yaşadığı yeri müəyyən etmək mümkün olmadığından haqqında axtarış elan edilmişdir. İnzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs Ağdaş Rayon Məhkəməsinin 2(014)-1734/2023 saylı, xx.xx.2023-cü il tarixli, icra sənədində göstərilən məbləğin ödənilməsi barədə Göyçay rayon İcra və Probasiya şöbəsinin icra məmuru tərəfindən xəbərdar edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31-33 maddələrinə müvafiq olaraq inzibati tənbeh tətbiq edərkən xətanın idarəçilik qaydaları əleyhinə olması barədə xarakteri, inzibati xəta törədən şəxsin əmlak vəziyyətinin qənaətbəxş olmaması, iş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmaması nəzərə alınır. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək hesab edirəm ki, inzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə müəyyən edilmiş sanksiya çərçivəsində müəyyən məbləğdə inzibati cərimə tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114,115,128-130-cü maddələrini rəhbər tutub, qərara aldım: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500 (beş yüz) manat cərimə edilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən on gün müddətində qərardan Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elçin Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar