Məhkəmə qərarları › İş №3(046)-736/2022

Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-736/2022

01.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-736/2022 01.12.2022 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Xanbutov Elşən Aleksandr oğlunun katibliyi, X1nun iştirakı ilə, DİN Baş Dövlət Yol Polis İdarəsinin inzibati tənbeh vermə haqqında elektron qərarlarından verilmiş şikayətə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: X6 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, barəsində inzibati tənbeh vermə haqqında xx.xx.2021-ci il tarixli EQ ******* saylı, xx.xx.2021-ci il tarixli EQ ******* saylı, xx.xx.2022-ci il tarixli EQ ******* saylı, xx.xx.2022-ci il tarixli EQ ******* saylı, xx.xx.2022-ci il tarixli EQ 10173168 saylı, xx.xx.2022-ci il tarixli EQ 11316791 saylı, xx.xx.2022-ci il tarixli EQ 11758346 saylı, xx.xx.2022-ci il tarixli EQ 11758702 saylı elektron qərarların ləğv edilərək, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X1 şikayətini belə əsaslandırmışdır ki, 2022-ci ilin noyabr ayının əvvələrində sürücülük vəsiqəsini yeniləmək məqsədi ilə “Asan xidmət” mərkəzinə yaxınlaşmış, orada ona adında cərimələr olduğunu, həmin cərimələr ödənildikdən sonra sürücülük vəsiqəsinin yenilənə biləcəyini bildirilmişdir. Sözügedən cərimələrin olmasından məlumatı olmamış, telefon nömrəsinə nə sms bildiriş nə də ünvanına məktub göndərilməmişdir. xx.xx.2022-ci il tarixdə Göyçay RPŞ-nin DYPB-nə yaxınlaşmış, həmin qərarların surətlərini ona təqdim edilməsini xahiş etmişdir. DYPB-nin inspektorundan qeyd edilən cərimələr barəsində ona nə səbəbə görə sms bildirişin göndərilmədiyini soruşduqda, “Azercellin günahıdır” demişdir. Cərimə ilə bağlı elektron qərarlar ona xx.xx.2022-ci il tarixdə poçt vasitəsi ilə gəldikdən sonra cərimələr barəsində məlumatı olmuşdur. Hazırda qanunla müəyyən edilmiş şikayət vermə müddətini ötürməmişdir. Odur ki, barəsində tərtib edilmiş elektron qərarlar əsassız olduğu üçün ləğv edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə səlahiyyətli orqan (nümayəndəsinə) lazımi qaydada məlumat verilsə də, məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə hər hansı məlumat verməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş DİN-nin Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli EQ ******* saylı inzibati tənbeh vermə qərarından görünür ki, X6 Bakı-Qazax yolunun 347-ci km idarə etdiyi Kamaz 5511 markalı **-BM-*** dövlət nömrə nişanlı avtomobillə İXM-nin 339.1-1-ci maddəsinin tələbini pozduğuna görə 50 manat məbləğində inzibati qaydada cərimə edilmiş, xx.xx.2021-ci il tarixli EQ ******* saylı inzibati tənbeh vermə qərarından görünür ki, X6 Bakı-Şamaxı-Yevlax yolunun 200-cü km idarə etdiyi Kamaz 5511 markalı **-BM-*** dövlət nömrə nişanlı avtomobillə İXM-nin 339.1-1-ci maddəsinin tələbini pozduğuna görə 50 manat məbləğində inzibati qaydada cərimə edilmiş, xx.xx.2022-ci il tarixli EQ ******* saylı inzibati tənbeh vermə qərarından görünür ki, X6 Bakı-Şamaxı-Yevlax yolunun 213-cü km idarə etdiyi Kamaz 5511 markalı **-BM-*** dövlət nömrə nişanlı avtomobillə İXM-nin 339.1-1-ci maddəsinin tələbini pozduğuna görə 50 manat məbləğində inzibati qaydada cərimə edilmiş, xx.xx.2022-ci il tarixli EQ ******* saylı inzibati tənbeh vermə qərarından görünür ki, X2 yolunun 255.5-cü km idarə etdiyi Kamaz 5511 markalı **-BM-*** dövlət nömrə nişanlı avtomobillə İXM-nin 339.1-1-ci maddəsinin tələbini pozduğuna görə 50 manat məbləğində inzibati qaydada cərimə edilmiş, xx.xx.2022-ci il tarixli EQ 10173168 saylı inzibati tənbeh vermə qərarından görünür ki, X6 Bakı-Şamaxı-Yevlax yolunun 222-ci km idarə etdiyi Kamaz 5511 markalı **- BM-*** dövlət nömrə nişanlı avtomobillə İXM-nin 339.1-1-ci maddəsinin tələbini pozduğuna görə 50 manat məbləğində inzibati qaydada cərimə edilmiş, xx.xx.2022-ci il tarixli EQ 11316791 saylı inzibati tənbeh vermə qərarından görünür ki, X6 Bakı-Şamaxı-Yevlax yolunun 213-cü km idarə etdiyi Kamaz 5511 markalı **-BM-*** dövlət nömrə nişanlı avtomobillə İXM-nin 339.1-1-ci maddəsinin tələbini pozduğuna görə 50 manat məbləğində inzibati qaydada cərimə edilmiş, xx.xx.2022-ci il tarixli EQ 11758346 saylı inzibati tənbeh vermə qərarından görünür ki, X3-Ağdaş yolunun 217.8-ci km idarə etdiyi Kamaz 5511 markalı **-BM-*** dövlət nömrə nişanlı avtomobillə İXM-nin 339.1-1-ci maddəsinin tələbini pozduğuna görə 50 manat məbləğində inzibati qaydada cərimə edilmiş, xx.xx.2022-ci il tarixli EQ 11758702 saylı inzibati tənbeh vermə qərarından görünür ki, X6 Bakı-Ağsu- Ağdaş yolunun 217.8-ci km idarə etdiyi Kamaz 5511 markalı **-BM-*** dövlət nömrə nişanlı avtomobillə İXM-nin 469.3-cü maddəsinin tələbini pozduğuna görə 50 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş DİN-nin DYP Web Portalından çıxarışların surətindən görünür ki, inzibati tənbeh vermə haqqında elektron qərarların X5 çatdırılması haqqında məlumat əlavə edilmədiyi göstərilmişdir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, şikayət təmin edilməli, başlanmış inzibati xəta haqqında iş üzrə icraat xitam edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı, ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Əbilovun şikayəti üzrə 13 iyun 2008-ci il tarixli Qərarı). Avropa Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı Bratyakin Rusiyaya qarşı iş üzrə 9 mart 2006-cı il, Radçikov Rusiyaya qarşı iş üzrə 24 may 2007-ci il, Lenskaya Rusiyaya qarşı iş üzrə 29 yanvar 2009-cu il tarixli Qərarlarına əsasən, hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı, məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 122.1-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346.3, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir; 125.2-ci maddəsinə əsasən inzibati xətanı törətmiş nəqliyyat vasitəsinin istifadəçisi (həmçinin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitələri ilə əlaqədar hüquqi şəxs, yaxud istifadəsində olan nəqliyyat vasitələri ilə əlaqədar dövlət qurumu) inzibati xəta haqqında protokol və inzibati xəta haqqında iş üzrə qərar barədə aşağıdakı qaydada məlumatlandırılır: müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi inzibati xəta haqqında protokolu və ya inzibati xəta haqqında iş üzrə qərarı və onların əlavələrini hər bir nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılmış elektron kabinetə dərhal yerləşdirir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin elektron ünvanına (olduğu halda) göndərir; eyni zamanda müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi nəqliyyat vasitəsi istifadəçisinin elektron kabinetində olan mobil telefon nömrəsinə inzibati xəta törətməsi, törətdiyi xətanın qısa məzmunu, xətanın törədildiyi yer və vaxt, bu Məcəllənin hansı maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunması, cərimənin məbləği, inzibati xəta haqqında iş üzrə qərarın nömrəsi, həmin sənədlə və ona əlavə edilmiş materiallarla tanış ola biləcəyi elektron kabinetin internet ünvanı və daxilolma qaydası barədə ödənişsiz SMS məlumatı dərhal göndərir; inzibati tənbeh vermə haqqında elektron qərar əlavə edilmiş materiallarla birlikdə müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemi tərəfindən kağız daşıyıcıda çap olunaraq, bu Məcəllənin 57.1 - 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verilməsi üçün 2 gün ərzində müvafiq icra hakimiyyəti orqanına göndərilir; 57.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarına bu Məcəllədə müəyyən edilmiş hallarda inzibati xətalar haqqında işlər üzrə sənədlər (qərarlar, qərardadlar, protokollar, bildirişlər) hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi ilə çatdırılır, yaxud səlahiyyətli vəzifəli şəxs tərəfindən şəxsən verilir. Sifarişli poçt göndərişi - göndərilmək üçün qəbul olunduğuna dair istifadəçiyə qəbz verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərişidir. Sənədin çatdırılmasını hakim məhkəmə işçisinə, səlahiyyətli orqan isə müvafiq orqanın əməkdaşına tapşıra bilər; 57.6-cı maddəsinə əsasən bu Məcəllənin 122.1-ci, 124.5-ci və ya 124.6-cı maddələrində nəzərdə tutulan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilən inzibati xəta haqqında iş üzrə qərar aşağıdakı hallarda da rəsmi qaydada verilmiş hesab olunur: nəqliyyat vasitəsinin istifadəçisinin elektron kabinetində olan mobil telefon nömrəsinə inzibati xəta haqqında bu Məcəllənin 125.2.2-ci maddəsində nəzərdə tutulan qaydada SMS məlumat çatdırıldığı vaxtdan; nəqliyyat vasitəsinin istifadəçisi bu Məcəllənin 125.2.1-ci maddəsində nəzərdə tutulan qaydada onun elektron kabinetinə yerləşdirilmiş inzibati xəta haqqında iş üzrə qərarla və onun əlavələri ilə tanış olduğu vaxtdan (elektron kabinetdə mobil telefon nömrəsi olmadığı halda); “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılması və daimi uçota alınması, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyat nişanının verilməsi, yaxud nəqliyyat vasitəsinə texniki baxışın keçirilməsi və ya sürücülük vəsiqəsinin dəyişdirilməsi zamanı barəsində inzibati xəta haqqında iş üzrə elektron qərar qəbul edilmiş şəxsə həmin qərarın verildiyi vaxtdan (elektron kabinetdə mobil telefon nömrəsi olmadığı halda); bu Məcəllənin 97.4-cü maddəsində nəzərdə tutulmuş halda barəsində inzibati xəta haqqında iş üzrə elektron qərar qəbul edilmiş şəxsə həmin qərar verildiyi vaxtdan (elektron kabinetdə mobil telefon nömrəsi olmadığı halda). 38.6-cı maddəsinə əsasən bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh vermə haqqında elektron qərar və onun əlavəsi (foto və ya video materiallar) inzibati xətanın törədildiyi gündən bir gün müddətində hər bir nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılan elektron kabinetdə yerləşdirilmədikdə, şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, X4 Azərbaycan Respublikası İXM-nin müvafiq maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında protokollar əsasında qəbul edilmiş xx.xx.2021-ci il tarixli EQ ******* saylı, xx.xx.2021-ci il tarixli EQ ******* saylı, xx.xx.2022-ci il tarixli EQ ******* saylı, xx.xx.2022-ci il tarixli EQ ******* saylı, xx.xx.2022-ci il tarixli EQ 10173168 saylı, xx.xx.2022-ci il tarixli EQ 11316791 saylı, xx.xx.2022-ci il tarixli EQ 11758346 saylı, xx.xx.2022-ci il tarixli EQ 11758702 saylı inzibati xəta haqqında iş üzrə qərarların əsaslı olmasını və Azərbaycan Respublikası İXM-nin 38.6-cı maddəsinin tələblərinə riayət edilməsini təsdiq edən sübut təqdim olunmamışdır. İnzibati qanunvericiliyin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir; 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında. Beləliklə, məhkəmə hesab edir ki, X4 şikayətində irəli sürülən dəlillər öz təsdiqini tapmış, şikayət təmin olunaraq əməlində inzibati xəta tərkibi olmaması əsası ilə X4 barəsindəki qərarlar ləğv edilməli və inzibati xəta haqqında işlər üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 53, 105, 114- 115, 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şikayət təmin edilsin. X4 barəsində DİN Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2021ci il tarixli EQ ******* saylı, xx.xx.2021-ci il tarixli EQ ******* saylı, xx.xx.2022-ci il tarixli EQ ******* saylı, xx.xx.2022-ci il tarixli EQ ******* saylı, xx.xx.2022-ci il tarixli EQ 10173168 saylı, xx.xx.2022-ci il tarixli EQ 11316791 saylı, xx.xx.2022-ci il tarixli EQ 11758346 saylı, xx.xx.2022-ci il tarixli EQ 11758702 tarixli inzibati xəta haqqında qərarlar ləğv edilsin və başlanmış inzibati xəta haqqında iş üzrə icraat xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar